Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-416/2024 05.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair mülki işə 05 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla, cəmi 12426.10 manat borcun və 127.68 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4134ovNFT/22 saylı kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12426.10 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi,həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş,müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 3136.46 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127.68 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla, cəmi 12426.10 manat borcu vardır. İddiaçı cavabdehdən 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla, cəmi 12426.10 manat borc və 127.68 manat dövlət rüsumu məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş,ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş,məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. 18 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair 01U/21 saylı ümumi oferta müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12426.10 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 29 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 4134ovNFT/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin 29 yanvar 2024-cü il tarixinə 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla, cəmi 12426.10 manat məbləğində borcu vardır. 29 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 127.28 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 4134ovNFT/22 saylı kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən cavabdehə 12426.10 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 3136.46 manat cərimə borcu hesablanmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış,lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127.68 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla, cəmi 12426.10 manat borcu vardır.İddiaçı cavabdehdən 9289.64 manat əsas və 3136.46 manat cərimə olmaqla,cəmi 12426.10 manat borcun və 127.68 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki,Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan,yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,cavabdehdən iddiaçının xeyrinə 9289.64 manat əsas borcu məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli,xxxxxxx saylı kredit müqaviləsi üzrə 3136.46 manat cərimə həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmamışdır və yüksək məbləğdir. Ona görə də həmin müqavilə üzrə cavabdehə hesablanmış 3136.46 manat cərimə məbləği azaldılaraq 1857.92 manata endirilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 1857.92 manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 127.68 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 123.44 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9289.64 manat əsas, 1857.92 manat cərimə olmaqla, cəmi 11147.56 manat borc və 123.44 manat dövlət rüsumu məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-416/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-416/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver