Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-431/2025 03.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək xx.xx.2023-cüil tarixli 330559-CNS-48289 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehdən xx.xx.2025-cü il tarixə 1301,94 manat əsas, 54,10 manat faiz, 43,64 manat cərimə – cəmi 1399,69 manat kredit borcunun və 34 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 330559-CNS-48289 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 330559-1-33925 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmışdır. Cavabdeh 1301,94 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 1399,69 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. İddiaçı xx.xx.2023-cüil tarixli 330559-CNS-48289 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehdən xx.xx.2025-cü il tarixə 1301,94 manat əsas, 54,10 manat faiz, 43,64 manat cərimə – cəmi 1399,69 manat kredit borcunun və 34 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 24 fevral 2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 11 % olmaqla 59 ay müddətinə 1301,94 manat məbləğində kredit verilmişdir. -05 sentyabr 2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” ilə müəyyən olunmuş müddət ərzində 1301,94 manat əsas və 448,42 manat faiz olmaqla, cəmi 1750,36 manat ödəməyi öhdəsinə götürmüşdür. -21 yanvar 2025-ci il tarixli arayışından görünür ki, cavabdehin 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı kredit müqaviləsi üzrə 21 yanvar 2025-ci il tarixə 1301,94 manat əsas, 54,10 manat faiz, 43,65 manat cərimə – cəmi 1399,69 manat borcu qaldığı qeyd edilmişdir. -23 yanvar 2025-ci il tarixli 152P nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən 11 aprel 2022-ci il tarixli 330559-1-33925 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 11 % olmaqla 59 ay müddətinə 1301,94 manat məbləğində kredit verilmişdir. Cavabdeh 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” ilə müəyyən olunmuş müddət ərzində 1301,94 manat əsas və 448,42 manat faiz olmaqla, cəmi 1750,36 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48289 saylı kredit müqaviləsi üzrə 21 yanvar 2025-ci il tarixə 1301,94 manat əsas, 54,10 manat faiz, 43,65 manat cərimə – cəmi 1399,69 manat borcu qaldığı qeyd edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1301,94 manat əsas, 54,10 manat faiz, 43,64 manat cərimə – cəmi 1399,68 manat kredit borcunun və 34 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1301,94 manat əsas, 54,10 manat faiz, 43,64 manat cərimə – cəmi 1399,68 manat kredit borcunun və 34 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1301,94 manat əsas, 54,10 manat faiz, 43,64 manat cərimə və 34 manat dövlət rüsumu - cəmi 1433 (bir min dörd yüz otuz üç) manat 68 (altmış səkkiz) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-431/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-431/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver