Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-436/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 12 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla onun hərəkətləri nəticəsində ona dəymiş 3070 manat maddi,10000 manat mənəvi və 130 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclasları 22 may 2024 və 12 iyun 2024-cü il tarixlərə təyin edilmişdir. İddiaçı və nümayəndəsi/Vəkil 12 iyun 2024-cü il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə baxış iclasına gəlməmişlər,məhkəməyə gəlməmələrinin səbəblərini bildirməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh məhkəmə iclasında izahat verərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi/Vəkil məhkəmə baxış iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə, Cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-436/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-436/2024
12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver