Məhkəmə qərarları › İş №e-2(037)-437/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-437/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-437/2025 03.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsinə əsasən 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat borcun və 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsinə əsasən 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borcun və ödənilmiş 52,17 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 700 manat kredit vəsaiti mədaxil edilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 16 yanvar 2024cü il tarixli GTKR5856992B118 saylı Kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 23,7 faiz dərəcəsi ilə 2850 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17 fevral 2025-ci il tarixə İddiaçı ASC-yə 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsinə əsasən 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat borcu, 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsinə əsasən 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı Birbank Cashback Kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 30% olmaqla, 59 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir. -16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 23,7% olmaqla, 36 ay müddətinə 2850 manat məbləğində kredit verilmişdir. -17 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 52,57 manat dövlət rüsumu ödənilmişdir. -19 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 17 fevral 2025ci il tarixə İddiaçı ASC-yə 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsinə əsasən 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat borcu, 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsinə əsasən 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borcu qaldığı qeyd edilmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 16 oktyabr 2023cü il tarixli BRCB4243869B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 700 manat vəsait mədaxil edilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı Kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 23,7 faiz dərəcəsi ilə 2850 manat vəsait mədaxil edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17 fevral 2025-ci il tarixə İddiaçı ASC-yə 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsinə əsasən 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat borcu, 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsinə əsasən 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən xx.xx.2025-ci il tarixli maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52,17 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsinə əsasən 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat, 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsinə əsasən 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borc və ödənilmiş 52,17 dövlət rüsumu məbləği alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16 oktyabr 2023-cü il tarixli BRCB4243869B299 saylı kredit müqaviləsi üzrə 577,47 manat əsas, 12,22 manat faiz, cəmi 589,69 manat, 16 yanvar 2024-cü il tarixli GTKR5856992B118 saylı kredit müqaviləsi üzrə 2503,04 manat əsas, 123,85 manat faiz, cəmi 2626,89 manat, ümumilikdə 3216,58 manat borc və ödənilmiş 52,17 dövlət rüsumu məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar