Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-445/2025 25.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 25 iyun 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3749,69 manat əsas, 1066,95 manat faiz, cəmi 4816,64 manat borcun və 68,16 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Rəfail Allahverdiyev iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlərlə iddiaçının Şamaxı filialı arasında bağlanmış 24 iyun 2014-cü il tarixli 489 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Birgə borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 750,31 manat, faiz borcundan isə 474,69 manat ödəniş olmuşdur. Birgə borcluların iddiaçıya olan əsas borcu 3749,69 manat, faiz borcu 1066,95 manat, cəmi borcu 4816,64 manat təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Cavabdeh3 kredit borcundan 19 iyun 2025-ci il tarixdə 30 manat ödəniş etmişdir. Ona görə də cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas, 1036,95 manat faiz, cəmi 4786,64 manat borcun və 68,16 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına və müvafiq qərar qəbul olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh3 iddia müddətinin tətbi edilməsi barədə ərizə göndərərək bildirmişdir ki, İddiaçıQSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən tərtib olunmuş 24 iyul 2014-cü il tarixli 489 saylı kredit müqaviləsi ona təqdim olunaraq imzalamadını bildirmişlər. O, da sözügedən kredit müqaviləsini imzalamışdır. Kredit müqaviləsində göstərilən məbləğ ona təqdim olunmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin hərtərəfli araşdırılmasını, sübutların məcmusuna hüquqi qiymət verməklə iddiaçının iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və digər cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas,1066,95 manat faiz olmaqla, cəmi 4816,64 manat borc və 68,16 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçının iddia tələbini əsassız hesab edir. Belə ki, 2014-cü ildə iddiaçı tərəfindən onun və digər birgə borcluların adına kredit rəsmiləşdirilsə də həmin vaxtdan 11 ilə yaxın müddət keçməsinə baxmayaraq bank tərəfindən ona kredit borcu barədə heç bir məlumat verilməmişdir. Məhkəmədən bildiriş gələndən sonra ona məlum olmuşdur ki, onun və digər cavabdehlərin iddiaçıya ödənilməmiş borcları qalmışdır. İddiaçı 11 il keçdikdən sonra onu və digər cavabdehləri məhkəməyə vermiş, bununla da qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə onun arasında bağlanmış 24 iyul 2014-cü il tarixli 489 saylı kredit müqaviləsinin müddəti 24 iyul 2017-cı il tarixdə bitmişdir. Belə olan halda iddiaçının borc tələbi ilə bağl iddia müddəti ötmüşdür. İddia müddətinin keçməsi ilə bağlı iddiaçının iddia tələbi rədd edilməlidir. İddiaçının ona qarşı cəmi 4816,64 manat borc və 68,16 manat dövlət rüsumu məbləğinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan: 24 iyul 2014-cü il tarixli, 489 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. 16 yanvar 2025-ci il tarixli, 20 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 18 fevral 2025-ci il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 24 iyul 2014-cü il tarixli 489 nömrəli kredit müqaviləsi üzrə 18 fevral 2025-ci il tarixə 3749,69 manat əsas və 1066,95 manat faiz, cəmi 4816,64 manat qalıq borcu vardır. İşdə olan hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh3 19 iyun 2025-ci il tarixdə kredit borcundan 30 manat ödəniş etmişdir. 25 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 68,16 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 24 iyul 2014-cü il tarixli 489 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə 18 fevral 2025-ci il tarixə 3749,69 manat əsas və 1066,95 manat faiz, cəmi 4816,64 manat qalıq borcu vardır. İşdə olan hesabdan çıxarış üzrə müəyyən edilir ki, Cavabdeh3 19 iyun 2025-ci il tarixdə kredit borcundan 30 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Məhkəmə Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, işdə olan hesabdan çıxarış üzrə Cavabdeh3 19 iyun 2025-ci il tarixdə kredit borcundan 30 manat ödəniş etdiyi müyyən edilir. Belə olan halda iddia müddətinin axımı kəsilmiş və hazırki iddia üzrə iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas və 1066,95 manat faiz, cəmi 4816,64 manat borcun tutulması hissəsində Cavabdeh3 tərəfindən 30 manat ödəniş edildiyindən qismən təmin edilməli, yəni iddia tələbi cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas və 1036,95 manat faiz, cəmi 4786,64 manat borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 4786,64 manatdır. Ona görə də cavabdehdən həmin məbləğə uyğun olaraq 67,67 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 0,49 manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3749,69 manat əsas borc, 1036,95 manat faiz borcu və 67,67 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 4854 (dörd min səkkiz yüz əlli dörd) manat 31 (otuz bir) qəpik tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 0,49 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-445/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-445/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver