Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-448/2025 23.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 23 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1107.03 manat əsas, 253.59 manat faiz olmaqla, cəmi 1360.62 manat borc və 33.60 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə,cəmi 4000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 24 ay müddətində 4000 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş,əsas borcdan 2892.97 manat, faiz borcundan isə 1651 manat ödəniş olmuşdur. Cavabdehlərin birgə borclularla kredit müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu 1107.03 manat, faiz borcu 253.59 manat olmaqla,cəmi borcu 1360.62 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyır. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Hesab edirlər ki, birgə borclular onlarla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 1360.62 manat məbləği onlar tərəfindən kredit təşkilatına ödənilməlidir. Hazırda cavabdehlərin 04 fevral 2025-ci il tarixə iddiaçıya 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsi üzrə 1107.03 manat əsas, 253.59 manat faiz olmaqla, cəmi 1360.62 manat borcu qalmışdır. Cavabdehlərdən müştərək qaydada 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsi üzrə 1107.03 manat əsas, 253.59 manat faiz olmaqla, cəmi 1360.62 manat borcun və 33.60 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə dəftərxana vasitəsilə göndərdikləri iddia müddətinin tətbiqi barədə ərizələrini onunla əsaslandırmışlar ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlardan müştərək qaydada 1107.03 manat əsas, 253.59 manat faiz olmaqla, cəmi 1360.62 manat borc və 33.60 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçının iddia tələbini əsassız hesab edirlər. Belə ki, 2014-cü ildə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən onların adına kredit rəsmiləşdirilsə də,həmin vaxtdan 10 ilə yaxın müddət keçməsinə baxmayaraq bank tərəfindən onlara kredit borclarının olması barədə heç bir məlumat verilməmişdir. Məhkəmədən bildiriş gələndən sonra onlara məlum olmuşdur ki, onların İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş borcları qalmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 10 il keçdikdən sonra onları məhkəməyə vermiş, bununla da qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hesab edirlər ki, iddiaçının onlara qarşı olan hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ona görə də ərizələrinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə dəftərxana vasitəsilə göndərdikləri iddia müddətinin tətbiqi barədə ərizələri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 02 dekabr 2014-cü il tarixli 631 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən hər birinə ayrı-ayrılıqda olmaqla Cavabdeh1 1000 manat, Cavabdeh2 1500 manat və Cavabdeh3 1500 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində 24 ay müddətinə illik 27 faizlə kredit verilmişdir. 16 yanvar 2025-ci il tarixli, 23 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş,əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 04 fevral 2025-ci il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsi üzrə 04 fevral 2025-ci il tarixə 1107.03 manat əsas, 253.59 manat faiz olmaqla, cəmi 1360.62 manat borcu vardır. 25 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 33.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən cavabdehlərə 24 ay müddətinə illik 27 faizlə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 02 dekabr 2016-cı il tarixdə bitmişdir. İddiaçı 2016-cı il tarixdən etibarən cavabdehlər tərəfindən ödəniş edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizələr verilmişdir. Məhkəmə ərizələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Belə ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli 631 saylı kredit müqaviləsinə əsasən birgə borclulara hər birinə ayrıayrılıqda Cavabdeh1 1000 manat, Cavabdeh2 1500 manat və Cavabdeh3 1500 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində 24 ay müddətinə illik 27%-lə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 02 dekabr 2016-cı il tarixdə bitmişdir.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizələr verilmişdir. Ona görə də məhkəmə hazırkı mülki işə iddia müddətinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kredit borcundan ödəniş edilib-edilməməsi, eyni zamanda sonuncu ödənişin nə vaxt edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 02 dekabr 2014cü il tarixli 631 saylı kredit müqaviləsinin müddəti 02 dekabr 2016-cı il tarixdə bitmişdir. İddiaçı 2016-cı il tarixdən etibarən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödəniş edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizələrini əsaslı hesab edir və iddia tələbinə iddia müddəti tətbiq edilməklə təmin edilməməsini əsaslı və qanuni hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulmasına dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş 33.60 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-448/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-448/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver