Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-450/2025 26.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 26 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borc və 42.17 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Beytulla İmanverdiyev məhkəməyə elektron qaydada iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borc və 42.17 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 24 ay müddətində 4500 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda,həmin şərtlərə əməl edilməmiş,əsas borcdan 2711.26 manat, faiz borcundan isə 1198.86 manat ödəniş olmuşdur. Cavabdehlərin birgə borclularla kredit müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu 1788.74 manat, faiz borcu 428.93 manat olmaqla, cəmi borcu 2217.67 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına,tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır.Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır.Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyır. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Hesab edirlər ki,birgə borclular onlarla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 2217.67 manat onlar tərəfindən kredit təşkilatına ödənilməlidir. Hesab edirlər ki, iddianın 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə kredit borcunun Cavabdeh2 tutulması hissəsində azaldılmasına zərurət yaranmışdır.Hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 04 fevral 2025-ci il tarixə iddiaçıya 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borcun və 42.17 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında hazırkı iddia tələbi ilə eyni məzmunda izahat verərək hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək iddiaçının iddia tələbini əsassız hesab etdiyini, kredit müqaviləsi üzrə birgə borclu kimi onun payına düşən kredit məbləğini tam ödədiyini, 2014-cü ildə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən onun və digər birgə borcluların adına kredit rəsmiləşdirilsə də, həmin vaxtdan 10 ilə yaxın müddət keçməsinə baxmayaraq bank tərəfindən ona kredit borcu barədə heç bir məlumat verilmədiyini, məhkəmədən bildiriş gələndən sonra onun və digər cavabdehlərin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş borcları qaldığını öyrəndiyini, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 10 il keçdikdən sonra onu və digər cavabdehləri məhkəməyə vermiş, bununla da qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürdüyünü, ona görə də iddiaçının ona və digər cavabdehlərə qarşı olan hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 eyni zamanda əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclaslarına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, hazırkı iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 25 avqust 2014-cü il tarixli 510 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27 faizlə kredit verilmişdir. 16 yanvar 2025-ci il tarixli, 18 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş,əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 04 fevral 2025-ci il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 25 avqust 2014-cü il tarixli 510 nömrəli kredit müqaviləsi üzrə 04 fevral 2025-ci il tarixə 1788.74 manat əsas və 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borcu vardır. 25 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 42.17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 25 avqust 2014-cü il tarixli 510 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən cavabdehlərə 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.16 yanvar 2025-ci il tarixli, 18 nömrəli pretenziyaya əsasən cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Məhkəməyə müraciət edildikdən sonra iddiaçı tərəfindən məhkəməyə elektron qaydada ərizə göndərilərək iddianın 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə kredit borcunun Cavabdeh2 tutulması hissəsində azaldılmasına zərurət yarandığı qeyd edilmişdir. Hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 04 fevral 2025-ci il tarixə iddiaçıya 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borcu qalmışdır. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 25 avqust 2014-cü il tarixli 510 saylı kredit müqaviləsi üzrə 1788.74 manat əsas, 428.93 manat faiz olmaqla, cəmi 2217.67 manat borcun və 42.17 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək hazırkı mülki işə iddia müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərindən onların hazırkı iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddia ərizəsində tələb edilən 1788.74 manat əsas borc məbləğinin 2/3 hissəsi, yəni 596.24 manatı (1788.74:3=596.24 x 2=1192.49) və 428.93 manat faiz borcu məbləğinin 2/3 hissəsi, yəni 142.97 manatı (428.93:3=142.97x2=285.95) olmaqla, cəmi 1478.44 manat borc məbləği tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə götürülümüş kredit məbləğinin tam şəkildə tərəflərdən müştərək qaydada tutulması hissəsinə gəlincə qeyd edir ki, götürülmüş 4500 manat ümumi kredit məbləği borclulara hər birinə ayrı ayrılıqda qəbz imza etdirilməklə 1500 manat məbləğində verilmiş, eyni zamanda iddiaçının nümayəndəsi də məhkəmə iclasında cavabdehlərin hər birinə ayrı ayrılıqda 1500 manat olmaqla ümumilikdə 4500 manat məbləğində kredit verildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, götürülümüş ümumi 4500 məbləğin tərəflərin hər birinin aldığı pul həcmində ayrı ayrılıqda tutulması, cavabdehlərdən birinə aid hissədə iddia tələbi azaldıldığına görə 4500 manat məbləğdən digər iki cavabdehlərin payına düşən 3000 manat məbləğin və ona hesablanmış faizlər hər birindən ayrı ayrılqda tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi üzrə ödənilmiş 42.17 manat dövlət rüsumu məbləğinin 34.78 manatı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 7.39 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1192.49 manat əsas borc,285.95 manat faiz borcu olmaqla, cəmi 1478.44 manat borc və ödənilmiş 34.78 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 7.39 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-450/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-450/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver