Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-466/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 4950,48 manat əsas, 479,06 manat faiz borcu olmaqla cəmi 5429,54 manat kredit borcunun və 74,7 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 dekabr 2022ci il tarixli 109804-580253/2 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 17,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 6100 (altı min bir yüz) manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da borcun ödənilməsini təmin etməmişdir. 05 fevral 2024-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 4950,48 manat əsas və 479,06 manat faiz borcu olmaqla cəmi 5429,54 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 5429,54 manat kredit borcu və 74,7 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinə dair münasibət bildirməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş - Tərəflər arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 17,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 6100 (altı min bir yüz) manat kredit verilmişdir. Müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. - 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli krediti müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh 36 ay ərzində 6100 manat əsas borc və 1783,85 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. - 05 fevral 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli krediti müqaviləsi üzrə yaranmış 5429,54 manat kredit borcunun 10 fevral 2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. - 05 fevral 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehlərin 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli krediti müqaviləsi üzrə 05 fevral 2024-cü il tarixə 4950,48 manat əsas və 479,06 manat faiz olmaqla cəmi 5429,54 manat borcu qaldığı qeyd edilmişdir. - 20 fevral 2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 74,3 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə 6100 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 05 fevral 2024-cü il tarixə 4950,48 manat əsas və 479,06 manat faiz borcu olmaqla cəmi 5429,54 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı cavabdehdən 29 dekabr 2022-ci il tarixli 109804-580253/2 nömrəli kredit müqaviləsinə əsasən 4950,48 manat əsas və 479,06 manat faiz borcu olmaqla cəmi 5429,54 manat kredit borcunun və 74,7 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4950,48 manat əsas borc, 479,06 manat faiz və 74,7 manat dövlət rüsumu olmaqla cəmi 5504,24 manat borc məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4950,48 manat əsas borc, 479,06 manat faiz və 74,7 manat dövlət rüsumu olmaqla, cəmi 5504 (beş min beş yüz dörd) manat 24 (iyirmi dörd) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-466/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-466/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver