Məhkəmə qərarları › İş №e-2(037)-467/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-467/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-467/2025 12.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 12 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3678,21 manat əsas, 32,56 manat faiz olmaqla 3710,77 manat, 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 495,5 manat əsas, 16,13 manat faiz olmaqla cəmi 511,63 manat kredit borcunun, 62,23 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli kredit müqaviləsi və 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 23 %-lə 4000 manat kredit nağd kredit verilmiş və tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 %-lə 500 manat kredit xətti açılmışdır. X4 06 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlərin mərhum Zeynəb Əzizovadan miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri üzrə vərəsəlik işi açılmışdır. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3678,21 manat əsas, 32,56 manat faiz, 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 495,5 manat əsas, 16,13 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3678,21 manat əsas, 32,56 manat faiz olmaqla 3710,77 manat, 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 495,5 manat əsas, 16,13 manat faiz olmaqla cəmi 511,63 manat kredit borcunun, 62,23 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci cavabdeh izahat verərək göstərdi ki, arvadı Zeynəb Əzizova ilə iddiaçı arasında 22 iyun 2023-cü il tarixdə kredit və tam kart müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən bağlanaraq 36 ay müddətinə 4000 manat kredit götürmüş və tam kart müqaviləsinə əsasən 36 ay müddətinə 500 manat kredit xətti açılmışdır. Kredit götürdükdən 4 ay sonra, yəni 06 noyabr 2023-cü il tarixdə arvadı vəfat etmişdir. Arvadından qalan mirası qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Ofisinə müraciət etmişlər. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Hər ay hissə-hissə ödəyəcəkdir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İkinci cavabdeh məhkəmə iclasında birinci cavabdehlə eyni məzmunlu izahat verərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş - İddiaçı ilə X4 arasında bağlanmış 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Zeynəb Əzizovaya 36 ay müddətinə illik 23 % ödəmək şərti ilə 4000 (dörd min) manat kredit verilmişdir. - 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X4 müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində 4000 manat əsas borc və 1574,13 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ilə X4 arasında bağlanmış 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli tam kart müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Zeynəb Əzizovaya 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. - 14 noyabr 2023-cü il tarixli AZ-İİ seriyalı 383828 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 626 nömrəli 14 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair İsmayıllı rayon notariat ofisinə 24 aprel 2024-cü il tarixdə mərhumun xx xxx 1947-ci ildə anadan olmuş əri-Cavabdeh2 və xx xxxxx 1988-ci ildə anadan olmuş oğlu- Cavabdeh1 ərizə ilə müraciət edərək vərəsəlik işi açdırmışdır. - 27 dekabr 2024-cü il tarixli 6-2-22/2-48661/2024 nömrəli bildirişin surətindən görünür ki, X4 vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2 və Cavabdeh1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 13 fevral 2025-cü il tarixli maliyyə arayışından görünür ki, 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli tam kart müqaviləsi üzrə mərhum X2 13 fevral 2025-ci il tarixədək iddiaçıya 495,5 manat əsas və 16,13 manat faiz borcu qalmışdır. - 20 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli kredit müqaviləsi üzrə mərhum X2 20 fevral 2025-ci il tarixədək iddiaçıya 3678,21 manat əsas və 32,56 manat faiz borcu qalmışdır. - 17 fevral 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 62,23 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə X4 arasında bağlanmış 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Zeynəb Əzizovaya 36 ay müddətinə illik 23 % olmaqla 4000 (dörd min) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Zeynəb Əzizova müqavilə ilə müəyyən edilmiş müddətdə 4000 manat əsas borc və 1574,13 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı ilə X4 arasında bağlanmış 22 iyun 2023-cü il tarixli BPM231**********86 nömrəli tam kart müqaviləsinə əsasən iddiaçı tərəfindən Zeynəb Əzizovaya 36 ay müddətinə illik 24 % olmaqla 400 (dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. Zeynəb Əzizova 06 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər 24 aprel 2024-cü il tarixli ərizələrinə əsasən İsmayıllı rayon notariat ofisi tərəfindən 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. X5 kredit müqaviləsi üzrə 3678,21 manat əsas, 32,56 manat faiz, tam kart müqaviləsi üzrə 495,5 manat əsas, 16,13 manat faiz borcu qalmışdır. X6 vəfat etdiyindən 27 dekabr 2024cü il tarixli 6-2-22/2-48661/2024 nömrəli bildirişlə kredit müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2 və Cavabdeh1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 22 iyun 2023cü il tarixli BPM**********86 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3678,21 manat əsas, 32,56 manat faiz olmaqla 3710,77 manat, 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 495,5 manat əsas, 16,13 manat faiz olmaqla cəmi 511,63 manat kredit borcunun, 62,23 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdehlər ayrı-ayrılıqda kredit borcunu birdəfəyə ödəmək iqtidarında olmadıqlarını bildirərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 vəfat etdikdən sonra 22 iyun 2023-cü il tarixli kredit və tam kart müqavilələri üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, cavabdehlərin 24 aprel 2024-cü il tarixli ərizələrinə əsasən İsmayıllı rayon notariat ofisi tərəfindən 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Ona görə də məhkəmə hesab edir ki, 22 iyun 2023-cü il tarixli kredit və tam kart müqavilələri üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X4 ilə iddiaçı arasında bağlanmış 22 iyun 2023-cü il tarixli kredit və tam kart müqavilələrində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 3678,21 manat əsas, 32,56 manat faiz və tam kart müqaviləsi üzrə 495,5 manat əsas, 16,13 manat faiz borcu da bilavasitə cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 62,23 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3678,21 manat əsas, 32,56 manat faiz və 22 iyun 2023-cü il tarixli BPM**********86 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 495,5 manat əsas, 16,13 manat faiz, ödənilmiş 62,23 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla - ümumilikdə 4285 (dörd min iki yüz səksən beş) manat 03 (üç) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar