Məhkəmə qərarları › İş №e-2(037)-473/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-473/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-473/2025 04.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə və 37,12 manat ödənilmiş dövlət rüsumu, cəmi 1708,86 manat borc məbləğini alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1748,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 972-DTN-0681-23 saylı Əlaqəli Krеdit Müqaviləsi bağlanmışdır. Əlaqəli Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə xx.xx.2025-ci il tarixə 1286,15 manat əsas, 275,10 manat faiz və 110,49 manat cərimə borcu yaranmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu göndəilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə və 37,12 manat ödənilmiş dövlət rüsumu, cəmi 1708,86 manat borc məbləğinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 04 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 972-DTN-0681-23 nömrəli 15 dekabr 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 32%-lə 12 ay müddətinə 1748 (bir min yeddi yüz qırx səkkiz) manat kredit verilmişdir. - 972-DTN-0681-23 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 1748 manat əsas və 318,14 manat faiz olmaqla cəmi 2066,14 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 20 iyun 2024-cü il tarixli 3020/24 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehdən 13 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 05 gün ərzində iddiaçının hesabına ödənilməsi tələb olunmuşdur. - 13 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,12 manat dövlət rüsumu ödənilmişdir. -28 fevral 2025-ci il tarixli NMA-0041042-25 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 972-DTN-0681-23 nömrəli 15 dekabr 2023-cü il tarixli müqavilə üzrə 28 fevral 2025-ci il tarixə 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə - cəmi 1671,74 manat borcu qaldığı qeyd olunmuşdur. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 972-DTN-0681-23 nömrəli 15 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32%-lə 12 ay müddətinə 1748 (bir min yeddi yüz qırx səkkiz) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 1748 manat əsas və 318,14 manat faiz olmaqla cəmi 2066,14 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Kredit borcunun ödənilməsi ilə bağlı cavabdehə 20 iyun 2024-cü il tarixli 3020/24 saylı pretenziya (xəbərdarlıq) məktubu göndərilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. Hal-hazırda cavabdehin 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə - cəmi 1671,74 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 1671,74 manat borcu və ödənilmiş 37,12 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə və 37,12 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1708,86 manat məbləği alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1286,15 manat əsas, 275,10 manat faiz, 110,49 manat cərimə və 37,12 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1708 (bir min yeddi yüz səkkiz) manat 86 (səksən altı) qəpik məbləği alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar