Məhkəmə qərarları › İş №e-2(037)-478/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-478/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-478/2025 03.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli QBKT-nın Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli QBKT-ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1131,37 manat əsas, 140 manat faiz, 155,87 manat cərimə olmaqla cəmi 1427,24 manat borcun və 34,28 dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MM QBKT-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 10 may 2023cü il tarixli **********171 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 135 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 24 yanvar 2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MM QBKT-na Cavabdeh 1131,37 manat əsas, 140 manat faiz, 155,87 manat cərimə olmaqla cəmi 1427,24 manat borcu yaranmışdır. İddiaçı həmin borcun və 34,28 dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli QBKT-nin hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 03 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 10 may 2023-cü il tarixli **********171 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 24 ay müddətində 2400 manat əsas və 835 manat faiz olmaqla cəmi 3235 manat ödəməyi öhdəsinə götürmüşdür. - 24 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 10 may 2023-cü il tarixli **********171 nömrəli kredit müqaviləsi üzrə 1131,37 manat əsas, 140 manat faiz və 155,87 manat cərimə borcu yaranmışdır. - 07 fevral 2025-ci il tarixli **********96 nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 34,28 məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 10 may 2023-cü il tarixli **********171 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 135 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 2400 manat əsas və 835 manat faiz olmaqla cəmi 3235 manat ödəməyi öhdəsinə götürmüşdür. 24 yanvar 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 10 may 2023-cü il tarixli **********171 nömrəli kredit müqaviləsi üzrə 1131,37 manat əsas, 140 manat faiz və 155,87 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC QBKT Cavabdeh cəmi 1427,24 manat məbləğində borcun və 34,28 dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1131,37 manat əsas, 140 manat faiz, 155,87 manat cərimə və 34,28 dövlət rüsumu olmaqla cəmi 1461,52 manat borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nın hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1131,37 manat əsas, 140 manat faiz, 155,87 manat cərimə və 34,28 dövlət rüsumu olmaqla cəmi 1461 (bir min dörd yüz altmış bir) manat 52 (əlli iki) qəpik borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli QBKT-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar