Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-5/2025 23.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə 23 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-06/2017 saylı qətnaməsi ilə Cavabdeh, X3, X1 müştərək qaydada cəmi 289575.52 ABŞ Dolları borcun və məhkəmə xərclərinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın İsmayıllı şəhəri Babək küçəsi 2 mərtəbəli 1148.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 715000 manat müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 930000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilərək həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.Şəki Apellyasiya Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(107)-176/2021 saylı qətnaməsi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 920000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2045/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(107)-176/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür. Hazırda İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan İsmayıllı şəhəri, Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 10 gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdeh qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində İsmayıllı şəhəri, Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının sahəsi sənəd üzrə 1146.20 kv.metr olduğu halda faktiki olaraq qeyri-yaşayış binasının tikinti altı sahəsinin 1424.4 kv.metr olduğu qeyd edilmişdir. Rəyin qalan hissəsi isə cavabdehin sözlərinə əsasən yazılmışdır. Cavabdeh bildirir ki, guya həmin tikilinin bir hissəsi “Gülüstan Plaza”-nın ərazisinə düşür, digər hissəsi isə hazırda mövcud olmayan qeyri-yaşayış tikilisinə aiddir. Bu mütəxəssis rəyini əsas götürən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti də eyni ifadələri rəyinə köçürmüşdür. Mütəxəssis rəyində qeyd edilən məlumatları öz rəyinə köçürən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ölçü işlərinin aparıldığını qeyd etsə də bununla bağlı rəydə heç bir məlumat yoxdur. Nə DƏDRX, nə də Məhkəmə Ekspertiza Mərkəzinin cavabdehin sözünə əsasən yazılmış rəylərində əmlakda əlavə tikinti işlərinin aparılıb-aparılmadığı müəyyən edə bilməmişlər. Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqil olmalıdır,onun məhkəmə ekspertizasını təyin (şifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asıllığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verməlidir. Lakin hazırkı mütəxəssis və ekspert rəylərindən görünür ki,heç bir tədqiqat və araşdırma aparılmamış, cavabdehin sözlərini əsas götürməklə ümumi formada rəy vermişlər. Hesab edirlər ki,mütəxəssisin və ekspertin rəyi əsaslı deyil, şübhə doğurur və onların əsaslandığı sübutlar etibarsız və qeyri-mötəbərdir. Cavabdehin mövqeyi əsas götürülərək yazılmış rəylər heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Əmlakla bağlı dövlət tərəfindən verilmiş çıxarışlar şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd hesab edilir. DƏDRX tərəfindən verilən çıxarışda əmlakın qeydiyyat nömrəsi, reyestr nömrəsi, əmlaka dair hüquqların qeydiyyata alınması tarixi və əmlakın ölçüləri və parametrləri əks olunur. Həm Cavabdeh adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışda, həm də "Access Bank” QSC-nin adına verilmiş xx.xx.2022ci il tarixli çıxarışda əmlakın ölçüləri və parametrləri eynidir. Hər hansı bir dəyişiklik yoxdur. Qeyd olunan əmlak xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında kredit borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Borclular tərəfindən kredit öhdəlikləri yerinə yetirilmədiyindən uzun müddət davam edən məhkəmə çəkişmələrindən sonra əmlak hərrac yolu ilə bankın mülkiyyətinə qəbul edilmişdir. İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146,20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası hazırda "Access Bank” QSC-nin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bank həmin əmlakı mülkiyyətinə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası nəticəsində götürmüşdür. Qanunvericiliyin tələblərinə görə ipoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalar da öhdəliyin təminat dəyərinə aiddir. İpoteka haqqında Qanunun tələblərinə görə ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. Əgər əmlak bank qarşısında ipotekada olduğu dövrdə hər hansı artırmalar və yaxşılaşdırmalar edilmiş olsaydı bunlar ipoteka predmetinin dəyərini artıran yaxşılaşdırmalar hesab ediləcəkdi. Kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə mülki işə məhkəmələrin icraatında baxılarkən əmlakın dəyərinin müəyyən edilməsi üçün dəfələrlə əmlak qiymətləndirilməsi təyin edilərək keçirilmişdir. İş üzrə qiymətləndirici təşkilatlar "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi, X8 MMC (2 dəfə) və "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndiricilər tərəfindən əmlaka baxış keçirilmiş, ölçüləri hesablanmış, əmlakın dəyəri barədə rəy verilmişdir. Lakin əmlakın sahəsində və ölçülərində hər hansı dəyişiklik və artırmalar edilməsi müəyyən edilməmişdir və rəylərdə bu barədə heç bir məlumat yoxdur. Ən əsası cavabdeh tərəfindən nə apellyasiya, nə də kassasiya icraatı zamanı əmlakın ölçülərində dəyişiklik edilməsi, əlavə tikililər aparması, əmlakın ölçüsünün artması, bu səbəbdən qoyulmuş qiymətlərin düzgün olmaması barədə heç bir etiraz və şikayət bildirməmişdir. Apellyasiya və kassasiya icraatında cavabdehin şikayətinin dəlilləri yalnız borc məbləği ilə bağlı hissədə olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş əmlak qiymətləndirilməsi barədə rəylərdən görünür ki, əmlakı qiymətləndirmiş ekspertlət əmlakın vəziyyətində,ölçüsündə və parametrlərində hər hansı bir dəyişiklik olmadığını bildirmiş və rəylərində əmlakın ölçüsünün çıxarışda olan ölçülərə uyğun olduğunu qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilmələr, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Buradan da belə nəticəyə gəlmək olar ki, əgər əmlakın ölçülərində hər hansı bir dəyişiklik, artırma edilmişsə bu cavabdeh tərəfindən 2022-ci ildən,yəni əmlak bankın mülkiyyətinə keçdikdən sonra edilmiş, bununla da qanunsuz olaraq bankın mülkiyyətinə müdaxilə edilmiş və bankın mülkiyyətinin toxunulmazlığı hüququnu pozmuşdur. Reyestr nömrəsinə nəzər saldıqda aydın olur ki, əmlak həm cavabdehin mülkiyyətində olarkən, həm də bankın mülkiyyətinə keçdikdən sonra reyestr nömrəsi dəyişməmişdir. Əvvəl ipoteka predmeti olmuş, hazırda isə bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülməmiş, məhv olmamış və ya sökülüb orada başqa bir qeyri-yaşayış sahəsi inşa edilməmişdir. Əmlakın hansı adla adlandırılmasının (Ana bala kafesi, Gülüstan Plaza,X11 və sairə) heç bir fərqi yoxdur. Belə ki, əmlak ipotekaya qoyularkən təqdim olunmuş texniki pasportda qeyd edilən parametrlər və göstəricilər əsasında ölçü, forma baxımından hər hansı bir dəyişiklik mövcud deyildir.Cavabdeh tikilinin 800 kv.metr hissəsinin "Gülüstan Plaza” qeyri-yaşayış binasına,qalan 624.4 kv.metr hissəsinin isə hazırda mövcud olmayan qeyri-yaşayış binasına aid olduğunu iddia edir.Lakin kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə mülki işlərə məhkəmələrdə baxılarkən onun hazırda bildirdiyi formada əmlakın ölçüsü ilə bağlı şikayəti, tələbi və ya hər hansı bir vəsatəti olmamışdır. Yekunda əmlaka 920000 manat məbləğində qiymət qoyulmuş və həmin qiymətlə də hərraca çıxarılmışdır. Əmlak 2022-ci ildən bankın mülkiyyətində olsa da bank həmin əmlakdan istifadə edə bilmir və onunla bağlı sərəncam verə bilmir.Bunun səbəbi isə cavabdehin prosessual hüquqlarından sui-istifadə etməsidir. Əmlak borcun qarşılığında bankın mülkiyyətinə götürülmüşdür və qanunvericiliyin tələbİərinə görə boşaldılaraq mülkiyyətçi banka təhvil verilməlidir. İpoteka predmeti olmuş və hazırda bankın mülkiyyətinə götürülmüş əmlakla bağlı qanuni qüvvədə olan məhkəmə qərarları vardır. Əmlakın ölçüləri parametrləri ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmələrdə mübahisələrə baxılan zaman mübahisələndirilə bilərdi. Lakin cavabdeh bununla bağlı heç bir irad və etiraz bildirməmişdir. Bu da onu təsdiq edir ki, həmin ipoteka müqaviləsində, həm də çıxarışlarda olan ölçülərlə bağlı cavabdehin hər hansı bir narazılığı olmamışdır. Cavabdeh hazırda mülkiyyət hüququ üzrə banka məxsus olan əmlakdan qanunsuz olaraq istifadə etməkdədir. Bununla bağlı bank tərəfindən cavabdehin əmlakdan istifadəsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə təqdim edilmişdir. Bank həmin əmlak üzərində mülkiyyət hüququnu xx.xx.2022-ci ildən əldə etsə də cavabdehin qanunsuz hərəkətləri ucbatından hazırkı tarixədək əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. "xxxx" QSC-nin iddia tələbi qanuni və əsaslı olduğundan, tələbin hüquqi əsasını daha əvvəl qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə qiymət verilmiş faktlar təşkil etdiyindən, hərrac nəticəsində əmlak mülkiyyətə götürüldüyündən, yekunda keçirilmiş hərracın qanuniliyi də məhkəmə qətnamələri ilə təsdiqləndiyindən, iş üzrə sonradan verilmiş mütəxəssis və ekspert rəylərinin mötəbər sübut kimi qiymətləndirilməməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnaməsi ilə iddiaçı "Access Bank” QSC-nin ona və digər cavabdehlərə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, cavabdehlərdən iki kredit razılaşması üzrə cəmi 289575,52 ABŞ dolları məbləğində pul alınmalı, iddiaçıya ödənilməli, tələb ona məxsus ipoteka predmeti olan İsmayıllı rayonu, Babək küçəsində, 0,1148 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1146,2 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə - ipoteka müqaviləsi üzrə "Ana və Uşaq" Kafesinə yönaldilmiş və onun ilkin satış qiyməti 715000 manat müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin əmlak yenidən qurulmuş, əsaslı şəkildə təmir edilmiş, əmlakın faktiki sahəsi ipoteka müqaviləsi bağlanan dövrdən daha çoxdur. Hal-hazırda həmin əmlakın yerində “X11” yerləşir və onun həmin şadlıq sarayını ipoteka ilə yüklü etməmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-4/2020 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnaməsi dəyişdirilərək ona məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, Babək küçəsində, 0,1148 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 2 mərtəbəli,1146,2 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 930000 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan tərəflər kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-3253/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, onun şikayəti isə təmin edilməmişdir. Ali Məhkəmənin qərarına əsasən iş yenidən apellyasiya baxışına yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qaytarılmışdır. Mülki işə yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası yenidən iş üzrə ekspertiza təyin etmiş və sonuncu qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətini 920000 manat məbləğində müəyyən etmişdir. Həmin qiymət son olmuşdur. Bundan sonra icra vərəqəsi verilmiş və ipoteka predmeti açıq hərracdan guya satılmadığı üçün ilkin satış qiymətindən 40% aşağı qiymətə, yəni 586500 manata xx.xx.2022-ci il tarixdə, 91 nömrəli Hərrac Protokoluna əsasən iddiaçıya borcun əvəzinə verilmişdir. Qətnamə üzrə borc bağlandıqdan sonra isə ona çatmalı olan 94163 manat pul fərqi isə hərracın təşkilatçısı "Capitals Auction” MMC tərəfindən İsmayıllı rayon İcra və probasiya şöbəsinin hesabına köçürülmüş,oradan isə həmin məbləğ zamin Ramil Mövlamovun “Accessbank QSC-də olan digər kredit borcuna silinmişdir. Lakin bunun hansı kredit borcu olması ona məlum deyildir. Bu barədə ona hər hansı açıqlama da verilmir. Belə olan halda əmlakın boşaldılmasının tələb edilməsi qanunsuzdur. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı QSC-yə məxsus “Ana Uşaq” kafesi hazırda mövcud deyildir. Belə ki, həmin əmlakın bir hissəsi uçub dağılmış, bir hissəsi isə yararsız olduğundan təmir olunaraq ona məxsus “Gülüstan Plaza” Şadlıq sarayına birləşdirilmişdir. İsmayıllı şəhəri, Babək küçəsində yerləşən "xxxx" QSC-yə məxsus “Ana və Uşaq” kafesinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi 2032-ci ilə kimi onun icarəsindədir. Mütəxəssis və ekspert tərəfindən İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, mübahisə predmeti olan qeyri yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin tikilinin faktiki sahəsinin 1424.4 kv.m olduğu müəyyən olunmuş, sözügedən tikilinin 800 kv.metr hissəsinin "Gülüstan Plaza" qeyri yaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, hazırda mövcud olan "Gülüstan-Plaza" qeyri yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsinin isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9-06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri yaşayış tikilisinə aid olduğu müəyyən edilmiş, həmin qeyriyaşayış tikilisində hansı əlavə işlərin aparılıb-aparılmamasının müəyyən edilməsi mümkün olmamışdır.Bu səbəbdən hesab edir ki, iddia tələbinin gələcəkdə icrası mümkün olmadığından rədd edilməlidir. Belə ki, ipoteka predmeti kimi yüklü edilmiş və bankın mülkiyyətinə qəbul edilmiş "Ana və Uşaq" Kafesi faktiki olaraq mövcud deyildir. Ona görə də iş üzrə toplanmış sübutlara əsaslanaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək qeyd etmişdir ki, mülki iş materiallarına baxış keçirdikdən, iddia ərizəsi və ekspert rəyləri ilə tanış olduqdan sonra müəyyən olunur ki, İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin tikilinin faktiki sahəsinin 1424.4 kv.m olduğu müəyyən olunmuşdur. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikilinin 800 kv.metr hissəsinin "Gülüstan Plaza" qeyri yaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, hazırda mövcud olan "Gülüstan-Plaza" qeyri yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsinin isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9-06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri yaşayış tikilisinə aid olduğundan həmin qeyri-yaşayış tikilisində hansı əlavə işlərin aparılıb-aparılmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi gələcəkdə icrası mümkün olmadığından rədd edilməlidir. Belə ki, ipoteka predmeti kimi yüklü edilmiş və bankın mülkiyyətinə qəbul edilmiş “Ana və Uşaq” Kafesi faktiki olaraq mövcud deyildir. Həmin əmlakın bir hissəsi uçub dağılmış, bir hissəsi isə yararsız olduğundan təmir olunaraq cavabdehə məxsus “Gülüstan Plaza” Şadlıq sarayına birləşdirilmişdir. İsmayıllı şəhəri, Babək küçəsində yerləşən "xxxx" QSC-yə məxsus “Ana Uşaq” kafesinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi 2032-ci ilə kimi cavabdehin icarəsindədir.Ona görə də iş üzrə toplanmış sübutlara əsaslanaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 və Cavabdeh izahatlarını dinləyib, mütəxəssis və ekspert rəylərini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-06/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X7 və X1 müştərək qaydada cəmi 289575.52 ABŞ Dolları borcun və məhkəmə xərclərinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın İsmayıllı şəhəri Babək küçəsi 2 mərtəbəli 1148.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 715000 manat müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 176/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 930000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2045/2022 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(107)-176/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********89-06301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Babək küçəsində 0.1148 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1146.20 kv.metr olan qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində İddiaçı QSC-nin adına qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, №062483 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, №062483 nömrəli xəbərdarlıq məktubu göndərilərək İsmayıllı şəhəri,Babək küçəsində yerləşən 1146.20 kv.metr sahədən ibarət qeyri-yaşayış binasının (X11) 10 gün ərzində könüllü olaraq boşaldılması və tərk edilərək banka təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İsmayıllı Rayon İstehsal- İstehlak Kooperativi tərəfindən verilmiş,xx.xx.2024-cü il tarixli, №17 nömrəli arayışdan görünür ki,1985-ci ildə İsmayıllı şəhəri,Babək küçəsi ünvanında yerləşən ərazinin cənubşərq tərəfində 2 mərtəbəli “Ana və uşaq” kafesi tikilib inşa edilmiş,ümumi sahəsi 1140 kv.metr olan ərazinin 243 kv.metr sahəsi “Ana və uşaq” kafesinə aiddir. Kafe 1988-ci ildən fəaliyyətə başlamış,1992-1993-cü illərdə binada yenidənqurma işləri aparılmış,ərazinin şimal qərb tərəfində H.Əliyev adına park istiqamətində restoran tikilmiş, kafenin işlədiyi dövrdə eyni zamanda “Gülüstan” restoranı da fəaliyyət göstərmiş, İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi müvəkillərinin 06 sentyabr 2011-ci il tarixli qərarı və X5 08 sentyabr 2011-ci il tarixli 97 saylı qərarına əsasən Cavabdeh satılmaqla “Ana və uşaq” kafesi ləğv olunmuş, binanın bir hissəsi restoranın (Şadlıq evinin) arxa hissəsində qalmış, bir hissəsi də sökülüb dağılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6657/2024 saylı mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********9-06301 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri,Babək küçəsində 0.12 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının sahəsi, sənəd üzrə 1146.20 kv.metr olduğu halda, faktiki naturada həmin ərazidə hal-hazırda mövcud olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 1424.4 kv.metr olduğu məlum olmuş, sözügedən 1424.4 kv.metr tikintialtı sahənin 800 kv.metr hissəsi “Gülüstan-Plaza” qeyriyaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri,Babək küçəsində yerləşən hazırda mövcud olan “Gülüstan-Plaza” qeyri-yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsi isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9- 06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri-yaşayış tikilisinə aiddir.Sözügedən qeyri-yaşayış tikilisində əlavə tikinti işlərinin aparılıbaparılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16-16/2-10/7222/2024 saylı ekspert rəyindən görünür ki, İsmayıllı şəhəri,Babək küçəsində yerləşən, mübahisə predmeti olan qeyri yaşayış sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin tikilinin faktiki sahəsinin 1424.4 kv.metr olduğu müəyyən olunmuş, lakin Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikilinin 800 kv.metr hissəsinin “Gülüstan-Plaza” qeyri yaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri,Babək küçəsində yerləşən, hazırda mövcud olan “Gülüstan-Plaza” qeyri yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsinin isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9-06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri-yaşayış tikilisinə aid olduğundan həmin qeyri-yaşayış tikilisində hansı əlavə işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 142213 büdcə təsnifat koduna 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə mütəxəssis və ekspert rəylərinin və iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-06/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh, X7 və X1 müştərək qaydada cəmi 289575.52 ABŞ Dolları borcun və məhkəmə xərclərinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın İsmayıllı şəhəri Babək küçəsi 2 mərtəbəli 1148.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi,əmlakın ilkin satış qiymətinin 715000 manat müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 176/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 930000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilərək həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(107)-176/2021 saylı qətnaməsi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti dəyişdirilərək 920000 manat müəyyən edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2045/2022 saylı qanuni qüvvəyə minmiş qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəmənin xx.xx.2021ci il tarixli, 2(107)-176/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********89- 06301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, Babək küçəsində 0.1148 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1146.20 kv.metr olan qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində İddiaçı QSC-nin adına qeydə alınmışdır. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İsmayıllı Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş,xx.xx.2024-cü il tarixli, №17 nömrəli arayışda İsmayıllı şəhəri, Babək küçəsi ünvanında yerləşən ərazinin cənub-şərq tərəfində 2 mərtəbəli “Ana və uşaq” kafesi tikilib inşa edildiyi,ümumi sahəsi 1140 kv.metr olan ərazinin 243 kv.metr sahəsi “Ana və uşaq” kafesinə aid olduğu, kafenin 1988-ci ildən fəaliyyətə başladığı,1992-1993-cü illərdə binada yenidənqurma işləri aparıldığı,ərazinin şimal qərb tərəfində H.Əliyev adına park istiqamətində restoran tikildiyi,kafenin işlədiyi dövrdə eyni zamanda “Gülüstan” restoranı da fəaliyyət göstərdiyi,İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi müvəkillərinin 06 sentyabr 2011-ci il tarixli qərarı və X5 08 sentyabr 2011-ci il tarixli 97 saylı qərarına əsasən Cavabdeh satılmaqla “Ana və uşaq” kafesinin ləğv olunduğu, binanın bir hissəsinin restoranın (Şadlıq evinin) arxa hissəsində qaldığı,bir hissəsinin də sökülüb dağıldığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6657/2024 saylı mütəxəssis rəyinə əsasən kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma aparılmış, araşdırma zamanı Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********9-06301 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri,Babək küçəsində 0.12 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının sahəsi,sənəd üzrə 1146.20 kv.metr olduğu halda, faktiki naturada həmin ərazidə hal-hazırda mövcud olan qeyri-yaşayış binasının tikintialtı sahəsinin 1424.4 kv.metr olduğu, sözügedən 1424.4 kv.metr tikintialtı sahənin 800 kv.metr hissəsinin “Gülüstan-Plaza” qeyri-yaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri,Babək küçəsində yerləşən hazırda mövcud olan “Gülüstan-Plaza” qeyri-yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsi isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9-06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri-yaşayış tikilisinə aid olduğu müəyyən edilmiş, sözügedən qeyri-yaşayış tikilisində əlavə tikinti işlərinin aparılıbaparılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16-16/2-10/7222/2024 saylı ekspert rəyinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, mübahisə predmeti olan qeyri yaşayış sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin tikilinin faktiki sahəsinin 1424.4 kv.metr olduğu müəyyən olunmuş, lakin Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikilinin 800 kv.metr hissəsinin “Gülüstan-Plaza” qeyri yaşayış binasının planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri,Babək küçəsində yerləşən, hazırda mövcud olan “Gülüstan-Plaza” qeyri yaşayış binasının tikilisinə, qalan 624.4 kv.metr hissəsinin isə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********9-06301 reyestr nömrəli çıxarışda qeyd edilmiş hazırda mövcud olmayan qeyri-yaşayış tikilisinə aid olduğundan həmin qeyri-yaşayış tikilisində hansı əlavə işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda mübahisə predmeti olan İsmayıllı şəhəri Babək küçəsində yerləşən 0.12 hektar dövlət mülkiyyətində olan ipoteka predmeti kimi yüklü edilmiş və bankın mülkiyyətinə qəbul edilmiş “Ana və Uşaq” Kafesi faktiki olaraq mövcud deyildir. Həmin əmlakın bir hissəsi uçub dağılmış, bir hissəsi isə həmin ərazidə mövcud olan “Gülüstan Plaza” Şadlıq sarayına birləşdirilmişdir. İsmayıllı şəhəri, Babək küçəsində yerləşən "xxxx" QSC-yə məxsus “Ana və Uşaq” kafesinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi cavabdehin icarəsindədir. Mütəxəssis və ekspert rəylərinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində 0.12 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1424.4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı QSC-yə məxsus 1146.20 kv.metr qeyriyaşayış sahəsinə aid faktiki mövcud olan 624.4 kv.metr hissəsi Cavabdeh istifadəsindədir. Göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsinin mövcudluğu və ölçüləri barədə mübahisə mövcud olmaqla, həmin mübahisə hal-hazırkı iddianın predmeti deyildir. Belə ki, məhkəmə, iddiaçının nümayəndəsinin, qeyri-yaşayış sahəsinin ölçüləri və mövcudluğu barədə əvvəllər baxılmış məhkəmə çəkişmələrində cavabdeh tərəfindən hər hansı şikayət və etirazının olmamasına münasibət bildirərək qeyd edir ki, sözügedən qeyri yaşayış sahəsi yüklü edilərkən həmin əmlakın ölçüləri ümumiyyətlə mübahisə predmeti olmamış, hazırkı tələbə baxılarkən müəyyən edilmişdir. Belə olan təqdirdə tələbin məhz dövlət reyestrindən çıxarışa istinadən qeyri-yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmadan təmin edilməsi, gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcəkdir. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin faktiki mövcudluğu və ölçüləri barədə yaranmış mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda İsmayıllı şəhəri, Babək küçəsində 0.12 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1424.4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin 624.4 kv.metr hissəsi iddiaçının mülkiyyətindədir.İddiaçının mülkiyyətində olan 624.4 kv.metr sahə hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin 624.4 kv.metr hissəsi üzrə mülkiyyətçi olmaqla, həmin sahədən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. İddiaçı mülkiyyətində olan 624.4 kv.metr sahə üzrə həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Cavabdeh iddia tələbinin rədd edilməsi ilə bağlı əsas gətirdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin 624.4 kv.metr hissəsi üzərində mülkiyyətçi olmalı, həmin sahə cavabdehin sahibliyində olmalı və cavabdehin həmin sahə üzrə sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin 624.4 kv.metr hissəsi üzərində sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının sözügedən qeyriyaşayış sahəsindən cavabdehin çıxarılması və həmin əmlakın boşaldılaraq banka təhvil verilməsi tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə qismən ümumi sahəsi 1424.4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı QSC-yə məxsus 1146.20 kv.metr qeyri-yaşayış sahəsinə aid faktiki mövcud olan 624.4 kv.metr hissəsində mövcuddur. Cavabdehin həmin hissə üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin həmin hissə üzərində sahibliyi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İsmayıllı şəhəri, Babək küçəsində 0.12 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1424.4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı QSC-yə məxsus 1146.20 kv.metr qeyri-yaşayış sahəsinə aid faktiki mövcud olan 624.4 kv.metr hissəsindən Cavabdeh çıxarılmalı və həmin sahə boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər.Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İsmayıllı şəhəri, Babək küçəsində 0.12 hektar dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 1424.4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı QSC-yə məxsus 1146.20 kv.metr qeyri-yaşayış sahəsinə aid faktiki mövcud olan 624.4 kv.metr hissəsindən Cavabdeh çıxarılsın və həmin sahə boşaldılaraq İddiaçı QSCyə təhvil verilsin. Cavabdeh 100 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NAB Z013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-5/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-5/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver