Məhkəmə qərarları › İş №e-2(037)-52/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-52/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-52/2023 19.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1593.38 manat məbləğində əsas bоrc, 25.43 manat məbləğində faiz bоrcu və 975.74 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2594 (iki min beş yüz doxsan dörd) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun və ödənilmiş 45.95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 29 oktyabr 2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1593.38 (bir min beş yüz doxsan üç manat otuz səkkiz qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan ödəniş etməmiş və iddiaçıya 1593.38 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığından, bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu iddiçıya qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 730 gün üçün hesablanmış faiz borcu 25.43 manat təşkil edir. Kredit müqaviləsinə əsasən bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1%-dən artıq olmaması şərti ilə cərimə ödəməlidir. Cavabdehə xx.xx.2022-ci il tarixə 730 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 975.74 manat təşkil etmişdir. Ona görə də "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1593.38 manat məbləğində əsas bоrc, 25.43 manat məbləğində faiz bоrcu və 975.74 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2594 (iki min beş yüz doxsan dörd) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun və ödənilmiş 45.95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələblərini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılaraq yekun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, kredit götürərkən daimi işdə işləmiş və borcunu ödəyə bilmişdir. Daha sonra işdən çıxmış, ona görə də kredit borcunu ödəyə bilməmişdir. Hazırda isə işləmir. Onun himayəsində böyük ailəsi, yaşlı ata və anası var. Əsas və faiz borc məbləğini az miqdarda hissə-hissə ödəyə bilər. Əsas borc məbləğinə hesablanmış cərimənin miqdarı isə çox yüksəkdir, cəriməni ödəməyə imkanı yoxdur. Qeyd etdiklərinə əsasən cərimə məbləğinə güzəşt edilməklə qərar qəbul edilməsini xahiş edir. Belə ki iş materiallarına əlavə edilmiş: 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Mətləb Mustafayevə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına uyğun olaraq 21 avqust 2014-cü il tarixli 35R000003135 saylı Kerdit Razılaşması üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 1593.38 (bir min beş yüz doxsan üç manat otuz səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 1593.38 manat əsas və 49,56 manat faiz borcu olmaqla, ümumilikdə 1642,94 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 26 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit borcunun banka qaytarılması tələb olunmuş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, əsas və faiz borcu, cərimədən ibarət kredit borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. 14 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 45,95 manat dövlət rüsumu ödənilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit razılaşması üzrə 1593,38 manat əsas, 25,43 manat faiz borcu, 975,74 manat cərimə olmaqla, ümumi yaranmış borcu 2594,55 manat təşkil edir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən sonuncuya 21 avqust 2014-cü il tarixli 35R000003135 saylı Kredit Razılaşması üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 1593.38 (bir min beş yüz doxsan üç manat otuz səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq aylıq ödəniş etməmiş, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, onun iddiaçıya 1593.38 manat məbləğində əsas borcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tarəfindən onun tam qaytarılmasınadak faiz hesablandığından cavabdehin xx.xx.2022-ci il tarixə 730 gün üçün faiz borcu 25.43 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən borclu plan üzrə krediti va ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəməli olduğundan xx.xx.2022-ci il tarixə 730 gün üçün kredit müqaviləsi üzrə 975.74 manat məbləğində cərimə hesablanmışdır. Bank tərəfindən yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Cavabdeh ilə arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1593.38 manat məbləğində əsas bоrc, 25.43 manat məbləğində faiz bоrcu və 975.74 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2594 (iki min beş yüz doxsan dörd) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun və ödənilmiş 45.95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh hazırda işləmədiyini, əsas və faiz borc məbləğini az miqdarda hissə-hissə ödəyə biləcəyini, əsas borc məbləğinə hesablanmış cərimənin miqdarının isə çox yüksək olduğunu, cəriməni ödəməyə imkanının olmadığını bildirərək, cərimə məbləğinə güzəşt edilməklə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, iddia tələbi 1593.38 manat məbləğində əsas və 25.43 manat məbləğində faiz bоrcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 oktyabr 2019-cu il tarixli 035A********** kredit müqaviləsi 1593.38 manat əsas borca görə İddiaçı QSC tərəfindən hesablanmış 975,74 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 160 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bankın müqaviləyə vaxtından əvvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.95 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 1778.81 manat borc məbləği hissəsinə mütənasib olaraq 37.78 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 8.17 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1593.38 manat əsas, 25.43 manat faiz bоrcu, 160 manat cərimə və 37.78 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1816 (bir min səkkiz yüz on altı) manat 59 (əlli doqquz) qəpik məbləğ alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 8.17 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar