Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-558/2022 18.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 18 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 8872,43 manat əsas, 1380,16 manat faiz, 120,76 manat dövlət rüsumu olmaqla, cəmi 10373,35 manat məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmaısını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 8872,43 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin 11 mart 2022-ci il tarixə iddiaçıya 8872,43 manat əsas, 1380,16 manat faiz, cəmi 10252,59 manat borcu yaranmışdır. Cavabdehdən 8872,43 manat əsas, 1380,16 manat faiz, cəmi 10252,59 manat borcu və 120,76 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, həmin tarixdə cavabdehə illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 8872,43 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay faiz borcunu və ödəniş qrafiki üzrə əsas borcu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 8872,43 manat əsas və 5229,01 manat faiz borcu olmaqla, cəmi 14101,44 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 25 sentyabr 2021-ci il tarixli 16/46890 nömrəli bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilərək əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 16 mart 2022-ci il tarixli 135000/756 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, 11 mart 2022-ci il tarixə cavabdehin 8872,43 manat əsas, 1380,16 manat faiz, cəmi 10252,59 manat borcu yaranmışdır. 14 mart 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 120,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 8872,43 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay əsas və faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsi üzrə iddiaçıya 8872,43 manat əsas, 1380,16 manat faiz, cəmi 10252,59 borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 120,76 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 8872,43 manat əsas, 1380,16 manat faiz, cəmi 10252,59 manat borcu və 120,76 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 31 may 2021-ci il tarixli RGTK3719600A102 saylı kredit müqaviləsinə əsasən 8872,43 manat əsas borc və 1380,16 manat faiz borcu, cəmi 10252,59 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 120,76 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8872,43 manat əsas borc, 1380,16 manat faiz borcu və 120,76 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 10373 (on min üç yüz yetmiş üç) manat 35 (otuz beş) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-558/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-558/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver