Məhkəmə qərarları › İş №e-2(037)-568/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-568/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-568/2025 02.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" KB ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 146,27 manat əsas, 1,88 manat faiz və 0,48 manat cərimə olmaqla cəmi 148,63 manat borc və 30,4 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 604rstİSML/19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 310,38 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən bank restrukturizasiya olunan kredit borcunun qalıq məbləğini müəyyən olunmuş müddətdə və faizlə müştərinin mülkiyyətinə vermiş, ona bank hesabı açmışdır. Müştəri kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 146,27 manat əsas, 1,88 manat faiz və 0,48 manat cərimə olmaqla cəmi 148,63 manat kredit borcu və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 03 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 04 dekabr 2019-cu il tarixli 604rstİSML/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 01 fevral 2014-cü il tarixli 122SıİSML/14 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan 310,38 manat qalıq borcun ödənilməsi məqsədilə bank tərəfindən borcalana 310,38 manat kredit verilmişdir. Kredit 60 ay müddətinə 04 dekabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komisyon haqqı sıfır manat olmaqla illik 1 faiz ödəmək şərtilə verilmişdir. - 604rstİSML/19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh müqavilə müəyyən olunmuş müddət ərzində 310,38 manat əsas və 9,11 manat faiz olmaqla cəmi 319,49 manat ödəməyi öhdəsinə götürmüşdür. - 28 mart 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 604rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 27 mart 2023-cü il tarixə yaranmış 146,27 manat əsas, 0,4 manat faiz - cəmi 146,67 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 30 mart 2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, cavabdehin 604rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 30 mart 2025-ci il tarixə 146,27 manat əsas, 1,88 manat faiz və 0,48 manat cərimə olmaqla cəmi 148,63 manat kredit borcu vardır. - 30 mart 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli 604rstİSML/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən tərəflər arasında bağlanmış 01 fevral 2014-cü il tarixli 122SıİSML/14 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan 310,38 manat qalıq borcun ödənilməsi məqsədilə bank tərəfindən borcalana 310,38 manat kredit verilmişdir. Kredit 60 ay müddətinə 04 dekabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komisyon haqqı sıfır manat olmaqla illik 1 faiz ödəmək şərtilə verilmişdir. Cavabdeh müqavilə müəyyən olunmuş müddət ərzində 310,38 manat əsas və 9,11 manat faiz olmaqla cəmi 319,49 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 604rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 146,27 manat əsas, 1,88 manat faiz və 0,48 manat cərimə olmaqla cəmi 148,63 manat borcu yaranmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən cəmi 148,63 manat kredit borcunun və 30,4 manat ödənilmiş dövlət rüsumunun alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 146,27 manat əsas, 1,88 faiz, 0,48 manat cərimə və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 179,03 manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 146,27 manat əsas, 1,88 faiz, 0,48 manat cərimə və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 179 (bir yüz yetmiş doqquz) manat 03 (üç) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar