Məhkəmə qərarları › İş №e-2(037)-583/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-583/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-583/2022 11.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Gülı̇ yeva Şəbnəm Fəxrəddı̇ n qızı, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Cavabdeh4, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Gülı̇ yev Ruslan Ələmdar oğlu və Gülı̇ yev Süleyman Ələmdar oğluna qarşı borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, cavabdehlərin əmlaklardan çıxarılması və alıcıya təhvil verilməsi tələbinə dair mülki işə 11 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1, Gülı̇ yeva Şəbnəm Fəxrəddı̇ n qızı, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Cavabdeh4, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Gülı̇ yev Ruslan Ələmdar oğlu və Gülı̇ yev Süleyman Ələmdar oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək Şəki Apelyasiya Məhkəməsinin 22.09.2021-ci il tarixli 2(107)-35/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh6, X1, Cavabdeh5, Cavabdeh3, X2, X3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 29856 ABŞ Dolları 80 sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının ipoteka predmeti olan, Cavabdeh6 məxsus İsmayıllı şəhəri, İ.Kazımov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və üzərində olan 226.4 m2 ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə, İsmayıllı rayonu İsmayıllı kəndində Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 ümumi birgə mülkiyyətində olan 0,08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə, Cavabdeh6 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 0.00571 hektar torpaq sahəsi və üzərində yerləşən 30.2 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, İsmayıllı şəhəri, İ.Kazımov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və üzərində olan 226.4 m2 ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İsmayıllı rayonu İsmayıllı kəndində Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5Ələmdar oğlunun ümumi birgə mülkiyyətində olan 0,08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 0,00571 hektar torpaq sahəsi və üzərində yerləşən 30.2 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının nümayəndəsinin vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Gülı̇ yeva Şəbnəm Fəxrəddı̇ n qızı, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Cavabdeh4, Gülı̇ yev Ələmdar Rəcəbalı oğlu, Gülı̇ yev Ruslan Ələmdar oğlu və Gülı̇ yev Süleyman Ələmdar oğluna qarşı borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, cavabdehlərin əmlaklardan çıxarılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar