Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-650/2025 09.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 09 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat borcun və 80.40 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 16nkİSML/24 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərti ilə 5888 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 565.87 manat faiz və 59 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80.40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla,cəmi 5999.57 manat borcu vardır.İddiaçı cavabdehdən 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat borc və 80.40 manat dövlət rüsumu məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş,əvvəlki məhkəmə iclasında elektron ərizə göndərərək məhkəmə hazırlıq və baxış iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri,Niyal küçəsi ev 32 ünvanında yaşayır. İddiaçı "xxxx" KB ASC ilə aralarında bağlanmış 16nkİSML/24 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərti ilə 5888 manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığından kredit müqaviləsi üzrə borcunu ödəyə bilməmişdir. Əgər vaxt verilərsə yaxın vaxtlarda kredit müqaviləsi üzrə borcunu banka hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 16nkİSML/24 saylı kredit müqaviləsinin surətindən görünür ki, 16nkİSML/24 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərti ilə 5888 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 15 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 16nkİSML/24 saylı kredit müqaviləsinə əsasən cavabdehin 14 mart 2025-ci il tarixinə 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 80.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 16nkİSML/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərti ilə 5888 manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 565.87 manat faiz və 59 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80.40 manat dövlət rüsumu ödənilmişdir.Hazırda cavabdehin iddiaçıya 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat borcu vardır. İddiaçı cavabdehdən 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat borcun və 80.40 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh maddi imkanı olmadığından kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyə bilmədiyini, əgər vaxt verilərsə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə məbləğlərindən ibarət borcunu hissə-hissə ödəyəcəyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması,əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 5374.70 manat əsas, 565.87 manat faiz və 59 manat cərimə olmaqla, cəmi 5999.57 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 80.40 manat dövlət rüsumu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5374.70 manat əsas borc, 565.87 manat faiz borcu və 59 manat cərimə borcu olmaqla, cəmi 5999.57 manat borc və 80.40 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-650/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-650/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver