Məhkəmə qərarları › İş №e-2(037)-656/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-656/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-656/2022 13.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 13 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5767.35 manat əsas və 46.13 manat faiz olmaqla, cəmi 5813.48 manat borc və 78.54 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6013.82 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsi üzrə borcundan bir neçə dəfə ödəniş etmiş və 5767.35 qalıq borcu qalmışdır. Cavabdehin qalıq borcuna da müqavilə şərtlərinə əsasən 46.13 manat faiz borcu hesablanmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 78.14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə müraciət edildikdən sonra cavabdeh 170rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 100 manat ödəniş etmişdir. Cavabdehin məhkəməyə müraciət edildikdən sonra ödədiyi 100 manat məbləğinin 78.14 manatı dövlət rüsumu məbləğinin ödənilməsinə və qalan hissəsi isə faiz borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Hazırda cavabdehin iddiaçıya 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borcu vardır. İddiaçı 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borc məbləğini cavabdehdən tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəmə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını bildirmiş, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borc məbləğindən ödəniş edildiyindən iddia tələbində dəyişiklik olduğunu, hazırda cavabdehin iddiaçıya 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borcunun olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh izahat verərək göstərdi ki,xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6013.82 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcunu hər ay vaxtlı-vaxtında ödəmiş, lakin sonradan maddi imkansızlıq üzündən müqavilə üzrə borcunu vaxtında ödəyə bilməmişdir. Məhkəməyə müraciət edildikdən sonra 170rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan xx.xx.2022ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 100 manat ödəniş etmişdir. Məhkəməyə müraciət edildikdən sonra ödədiyi 100 manat məbləğinin 78.14 manatı dövlət rüsumu məbləğinin ödənilməsinə və qalan hissəsi isə faiz borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Hazırda onun iddiaçıya 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borcu vardır. Onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən maddi vəziyyətinin nəzərə alınmasını və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6013.82 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 28 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 170rstİSML/19 saylı kredit müqaviləsinə əsasən cavabdehin 28 fevral 2022-ci il tarixinə 5767.35 manat əsas və 46.13 manat faiz olmaqla, ümumi yaranmış borcu 5813.48 manat məbləğində olmuşdur. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 78.14 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 170rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan 50 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 170rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan 50 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borcu qalmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6013.82 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsi üzrə borcundan bir neçə dəfə ödəniş etmiş və 5767.35 qalıq borcu qalmışdır. Cavabdehin qalıq borcuna da müqavilə şərtlərinə əsasən 46.13 manat faiz borcu hesablanmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 78.14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə müraciət edildikdən sonra cavabdeh 170rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 100 manat ödəniş etmişdir. Cavabdehin məhkəməyə müraciət edildikdən sonra ödədiyi 100 manat məbləğinin 78.14 manatı dövlət rüsumu məbləğinin ödənilməsinə və qalan hissəsi isə faiz borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Hazırda cavabdehin iddiaçıya 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borcu vardır. İddiaçı 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borc məbləğini cavabdehdən tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 170rstİSML/19 saylı kredit müqaviləsi üzrə olan borcunun bir hissəsini ödədiyini, qalan əsas borc və faiz borcunu isə yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5767.35 manat əsas və 24.27 manat faiz olmaqla, cəmi 5791.62 manat borc məbləği tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 5767.35 manat əsas borc və 24.27 manat faiz borcu olmaqla, cəmi 5791.62 (beş min yeddi yüz doxsan bir manat altmış iki qəpik) manat məbləğ tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar