Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-657/2022 25.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 25 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ilə bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2766,54 manat əsas, 419,23 manat faiz, 824,44 manat cərimə olmaqla, cəmi 4010,21 manat məbləğində borcun və 60,1 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrilmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissa-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişlari yubatmış, kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcunu qaytarmamışdır. Cavabdeh kredit borcundan 2233,46 manat ödəniş etmiş və 2766,54 manat kredit borcu qalmışdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş ayliq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15 aprel 2022-ci il tarixə 298 gün üçün hesablanmiş faiz borcu 419,23 manat təşkil edir. Kredit müqavilasinin 4.2.3-cu bəndinə uyğun olaraq borclu ödənis planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,01 % məbləğində cərimə ödəməlidir. 15 aprel 2022-ci il tarixə 298 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 824,44 manat təşkil edir. Kredit müqavilasinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləgini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2766,54 manat əsas, 419,23 manat faiz, 824,44 manat cərimə olmaqla, cəmi 4010,21 manat məbləğində borcun və 60,1 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı ilə 2019-cu ildə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə bir müddət ödənişlər etmişdir. Lakin işdən çıxdığı üçün maddi vəziyyəti ağırlaşmış, sonradan ödənişlər edə bilməmişdir. Əsas borcunu hissə-hissə ödəyəcəkdir. Ondan əsas borcdan əlavə faiz və cərimə borcları da tələb olunur. Hesablanmış faiz və cərimə borclarının silinməsini xahiş edir. 035A********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq 2,0833 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. 035A********** nömrəli kredit müqaviləsinə əlavə - ödəniş planından görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 5000 manat əsas və 2195,15 manat faiz – cəmi 7195,15 manat ödəməyi öhdəsinə götürmüşdür. 07 aprel 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 19 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 60,1 manat dövlət rüsumu ödənilmişdir. 20 aprel 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə iddiaçıya 15 aprel 2022-ci il tarixə 2766,54 manat əsas, 419,23 manat faiz, 824,44 manat cərimə olmaqla cəmi 4010,21 manat borcu vardır. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında 035A********** nömrəli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq 2,0833 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 5000 manat əsas və 2195,15 manat faiz – cəmi 7195,15 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 2766,54 manat əsas, 419,23 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 824,44 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlə arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2766,54 manat əsas, 419,23 manat faiz, 824,44 manat cərimə olmaqla, cəmi 4010,21 manat məbləğində borcun və 60,1 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh əsas borca hesablanmış faiz və cərimə məbləğlərinin silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin tərəflər arasında bağlanmış 035A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2766,54 manat əsas və 419,23 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 035A********** saylı kredit razılaşması üzrə 824,44 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 824,44 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 200 (iki yüz) manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 3385,77 manatdır. Ona görə də cavabdehdən həmin məbləğə uyğun olaraq 53,86 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 60,1 manat dövlət rüsumunun 6,24 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2766,54 manat əsas, 419,23 manat faiz, 200 manat cərimə və 53,86 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3439 (üç min dörd yüz otuz doqquz) manat 63 (altmış üç) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş 60,1 manat dövlət rüsumunun 6,24 manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-657/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-657/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver