Məhkəmə qərarları › İş №e-2(037)-668/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-668/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-668/2024 29.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə 29 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 1103.74 manat əsas, 9.55 manat faiz olmaqla, cəmi 1113.29 manat borc, 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə Şəfiqə Qarayeva arasında bağlanmış BPM**********45 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz olmaqla 1440 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 894 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Şəfiqə Qarayevanın adına 247 reyestr nömrəli xx.xx.2022-ci il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi oğlu Cavabdehdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Şəfiqə Qarayevanın vəfat etdiyi tarixə Banka 1,103.74 manat əsas borc və 9.55 manat faiz borcu olmaqla, cəmi 1,113.29 manat kredit borcu qalmışdır .Cavabdeh,mərhum X2dan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə xx.xx.2023-cü il tarixdə PKİD/miş-0762 saylı bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdeh öhdəliyin icrası istiqamətində hər hansı tədbir görmədiyindən iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 1103.74 manat əsas və 9.55 manat faiz olmaqla,cəmi 1113.29 manat borcu vardır. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 1103.74 manat əsas, 9.55 manat faiz olmaqla, cəmi 1113.29 manat borc, 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin tutulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş,məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə X2 arasında bağlanmış BPM**********45 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz olmaqla 1440 manat məbləğində nağd kredit verilmişdir.X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X2nın adına 247 reyestr nömrəli xx.xx.2022-ci il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi kimi o qəbul edilmişdir. Hazırda mərhum X2nın vəfat etdiyi tarixə Banka 1,103.74 manat əsas borc və 9.55 manat faiz borcu olmaqla, cəmi 1,113.29 manat kredit borcu qalmışdır. Onun mərhum anasının adına rəsmiləşdirilmiş kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Belə ki, oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və nəticədə səhətində müəyyən problemlər yaranmışdır. Maddi imkanı olmadığından oğlunu vaxtlıvaxtında müalicə etdirə bilmir. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx.xx.2021-ci il tarixli BPM**********45 nömrəli kredit müqaviləsinin surətindən görünür ki,həmin kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən cavabdehin mərhum X2ya 12 ay müddətinə illik 18% dərəcəsi ilə 1440 manat məbləğində kredit verilmiş, Şəfiqə Qarayeva kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 332PTS********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə 1103.74 manat əsas və 9.55 manat faiz olmaqla, ümumi yaranmış borcu 1113.29 manat məbləğində olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə Şəfiqə Qarayeva arasında bağlanmış BPM**********45 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz olmaqla 1440 manat məbləğində nağd kredit verilmişdir. Şəfiqə Qarayeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 894 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Şəfiqə Qarayevanın adına 247 reyestr nömrəli xx.xx.2022ci il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi oğlu Cavabdehdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Şəfiqə Qarayevanın vəfat etdiyi tarixə Banka 1,103.74 manat əsas borc və 9.55 manat faiz borcu olmaqla, cəmi 1,113.29 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum X2dan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği ödənilmişdir.Hazırda cavabdehin iddiaçıya 1103.74 manat əsas və 9.55 manat faiz borcu vardır.İddiaçı cavabdehdən 1103.74 manat əsas, 9.55 manat faiz olmaqla, cəmi 1113.29 manat borc, 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh mərhum anasının adına rəsmiləşdirilmiş kredit borcunu ödəməyə maddi imkanı olmadığını, oğlunun 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu,müharibə nəticəsində oğlunun səhətində müəyyən problemlər yarandığını, maddi imkanı olmadığından oğlunu vaxtlı-vaxtında müalicə etdirə bilmədiyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən,mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər.Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1103.74 manat əsas və 9.55 manat faiz olmaqla, cəmi 1113.29 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1103.74 manat əsas, 9.55 manat faiz, 31.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 1144.83 (bir min bir yüz qırx dörd manat səksən üç qəpik) manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar