Məhkəmə qərarları › İş №e-2(037)-68/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-68/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-68/2024 13.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki işə 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimə borcu,cəmi 5799.88 ABŞ dolları məbləğində pul vəsaiti,dövlət rüsumunun ödənilməsi üzrə 118.61 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı tələbini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə, 24 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı, 230.5 kv.m ümumi,119 kv.m yaşayış,111.5 kv.m yardımçı sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********28615/ip nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi ilə Bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş,Cavabdeh ASC "xxxx" Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın,sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan,İsmayıllı şəhəri, H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması,ipoteka ilə yüklü edilmiş,Əsədullah Məmmədova məxsus olan,İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Əsədullah Məmmədov, Cavabdeh, Rahib Məmmədov, Gülşən Məmmədova, Vüsalə Məmmədova,Esmira Məmmədova, Behbud Məmmədov, Ləman Məmmədova,Tutu Məmmədova, Sənan Məmmədli, Onur Məmmədli,Yusif Məmmədli,Rüfət Məmmədov,Vüsal Məmmədov və Vüsalə Nadirovanın fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Bank və Əsədullah Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(107)-12/20 nömrəli qətnaməsi ilə Əsədullah Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, 06 may 2015-ci il tarixli, **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin xidmət haqqı kimi 200 manatın Əsədullah Məmmədovdan alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(102)-1164/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-12/2020 nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış etmiş fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Bildirmək istəyir ki, sözügedən qətnamə ilə qət edilmiş məbləğdən başqa Cavabdeh hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən (iddia tələbi həcminin artırılması barədə ərizə nəzərə alınmaqla), yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş 748,14 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır.Bundan əlavə Cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək bu məbləğ 623,95 ABŞ dolları təşkil edir.Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. ASC "xxxx" Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur.Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır.Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır.Belə ki,müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən, Bank məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən əsas borcun tam şəkildə qaytarıldığı tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra qətnamənin qəbul edildiyi tarixdən (xx.xx.2018-ci il) iddia ərizəsinin əsas borcun tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2023-cü il) olan dövr üçün müvafiq məbləğ 4 427,79 ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığını nəzərə alaraq iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Hesab edir ki, Cavabdeh qeyd edilən ərizəsi əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2).Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1).Göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi halı üçün iki şərt müəyyənləşdirmişdir.1-ci şərt-müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2-ci şərt- borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.ASC "xxxx" Bankı Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2017-cı il tarixdə kəsilmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən,fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.Hazırki iş üzrə isə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə yenidən başlamışdır.Belə ki,Mülki iş üzrə Ali Məhkəmənin yekun məhkəmə qərarı həmin tarixdə qəbul edilmişdir.Bundan başqa onuda bildirmək istəyir ki, Cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizəsi”ndə də qeyd edildiyi kimi (1-ci səh. sonuncu abzas) borc alan tərəfindən “2018-2023-cü illərdə kredit müqaviləsi üzrə “külli miqdarda” pul ödənilmişdir”. Bu da iddia müddətinin axımının kəsilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş 2-ci şərtin də tam şəkildə ödənilməsini sübut edir. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş borc arayışında da borc alan tərəfindən həmin tarixlərdə edilmiş ödənişlər öz əksini tapmışdır. Borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödənişn tarixi isə xx.xx.2023-cü il tarixidir ki, həmin tarixdə borc alan tərəfindən 2130 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd edilən maddi normaların tələblərindən çıxış edərək bildirir ki, kredit müqaviləsi üzrə iddia müddənin axımı sonuncu dəfə kredit müqaviləsi üzrə ödənişin edildiyi tarixdə (xx.xx.2023) kəsilmiş və həmin tarixdən sonra yenidən başlamışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edildiyindən, hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 (üç) illik iddia müddəti ötürülməmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimə borcu,cəmi 5799.88 ABŞ dolları məbləğində pul vəsaiti,dövlət rüsumunun ödənilməsi üzrə 118.61 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqı məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, ASC "xxxx" Bankı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan xx.xx.2015-ci il tarixli,**********28615 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixindən - xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi olmaqla 748.14 ABŞ dolları faiz borcu, 623.95 ABŞ dolları cərimə borcu həmçinin xx.xx.2018-ci il tarixindən-xx.xx.2023-cü il tarixinədək illik 5% dərəcəsi olmaqla 4427.79 ABŞ dolları, cəmi 5799.88 ABŞ dolları məbləğində pulun tutularaq ASC "xxxx" Bankının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Sözügedən iddia tələbi ilə razı deyil, əsassız olduğu üçün hesab edir ki,həmin iş üzrə iddia tələbi rədd edilməlidir. Məhkəmənin xx.xx.2018- ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsinə əsasən ondan iddiaçı ASC "Xalq” Bankının xeyrinə həll olunma gününə tədbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21.091.24 ABŞ dolları əsas borc,8038.16 ABŞ dolları faiz borcu,100 ABŞ dolları cərimə olmaqla,29 229.40 ABŞ dolları və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka yüklülüyünə dair bildirişlərin qeydə alınması üçün 30 manat pulun və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat məbləğində pulun tutulması, tutulmanın kreditin təminatı olaraq Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri,H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi,ipoteka predmetinin açıq hərracdan satılması,ipoteka predmetinin ilkin satış qiymətinin 101850.00 ABŞ dolları müəyyən edilməsi,ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi,açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan şəxslərin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması,mənzili tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması,iddia tələbinin qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamədən iş üzrə cavabdeh Əsədullah Məmmədov və ASC "xxxx" Bankı tərəfindən apellyasiya şikayəti vermiş,Əsədullah Məmmədovun apellyasiya sikayəti təmin edilməmiş, ASC "xxxx" Bankı tərəfindən apellyasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 12/2020 nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsi qət edilmişdir. Bele ki,Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-12/2020 saylı 2(037)-05/2018 saylı qətnaməsi dəyişdirilərək, 06 may 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Əsədullah Məmmədova məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.Şəki Apellyasiya Məhkəməsinin qət etdiyi qətnaməsində Əsədullah Məmmədov narazı qalaraq kassasiya şikayəti,kassasiya şikayəti təmin edilməyərək,Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırmaq istəyir ki, icraatınızda hal-hazırda baxılmaqda olan iddia tələbi ilə qəti şəkildə razı deyil, onun tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borc banka tam şəkildə ödənilib, hətta bu barədə iddiaçı tərəfindən ona "banka borcunun olmamasına” dair arayış da təqdim olunmuşdur.Qeyd olunan arayış əsasında həmçinin xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Əsədullah Məmmədova məxsus İsmayıllı şəhəri, H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli,6 otaqlı,230.5 kv.m ümumi, 119.kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunmasına dair məktub da ona təqdim edilmişdir. Qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir.Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir.Hazırkı iş üzrə həqiqətə nail olmaq üçün hesab edir ki, məhkəmə qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə edəcək,yalnız iddiaçı tərəfin irəli sürdüyü dəlillərə deyil,iş üzrə cavabdehin də mövqeyini nəzərə alacaqdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin ona qarşı irəli sürdüyü iddia tələbi üzrə xx.xx.2015-ci il tarixli, **********28615 saylı kredit müqaviləsinə əsasən kreditden istifadəyə görə xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək illik 18 faiz hesablanmaqla - 748.14 ABŞ dolları faiz borcu, 623.95 ABŞ dolları cərimə borcu, həmçinin xx.xx.2018-ci il tarixindən-xx.xx.2023-cü il tarixinədək illik 5 faiz hesablanmaqla 4427.79 ABŞ dolları olmaqla, cəmi 5799.88 ABŞ dolları məbləğində pulun ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul etdiyini bildirdi,əsasən cavabdehin izahatının məzmununa uyğun izahat verdi və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, cavabdehin və nümayəndəsi/Vəkil məhkəmə iclasında iddia tələbinə münasibətlərini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki,iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, ASC "xxxx" Bankı tərəfindən borc alan Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 24000 ABŞ dolları məbləğində kredit verməyi,borc alan isə ödəniş cədvəli üzrə xx.xx.2015-xx.xx.2019cu illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüş, öhdəliyinin icrasının təminatı qismində xx.xx.2015-ci il tarixli, **********28615/ip nömrəli sonrakı ipoteka müqaviləsi ilə ipoteka predmeti olan fərdi yaşayış evini 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü etmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvədə olan 30 aprel 2018-ci il tarixli 2(037)-05/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 ABŞ dolları 40 sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ipoteka ilə yüklü edilmiş,cavabdeh X1 məxsus olan,İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi,ipoteka ilə yüklü edilmiş,cavabdeh X1 məxsus olan,İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılması,ipoteka ilə yüklü edilmiş,cavabdeh X1 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən olunması,ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləği,məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsinə yönəldilməsi,ipoteka ilə yüklü edilmiş, cavabdeh X1 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər X2, Cavabdeh, X4 və X8, X11, X9, X12, X13, X16, X17,X22, X18,X19, X5 və X3 fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və iddia tələbinin 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2- 9/85/2024 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas kredit borcu 0.00 ABŞ dolları,faiz borcu üzrə 637.48 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 3.355,65 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə **********28615 nömrəli kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış,iddiaçı 24000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi,cavabdeh isə 48 ay ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür.Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixli, **********28615/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc,faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır. Qətnamədən iddiaçı bank və Cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı bank tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(037)-05/2018 nömrəli qətnaməsi dəyişdirilmişdir. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-12/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli 2(102)- 1164/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış etmiş fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə,kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. “X6rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə, 24 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı, 230.5 kv.m ümumi,119 kv.m yaşayış,111.5 kv.m yardımçı sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********28615/ip nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi ilə Bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş,Cavabdeh ASC "xxxx" Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın,sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan,İsmayıllı şəhəri,H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması,ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan,İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Əsədullah Məmmədov,Cavabdeh,Rahib Məmmədov,Gülşən Məmmədova,Vüsalə Məmmədova, Esmira Məmmədova, Behbud Məmmədov,Ləman Məmmədova,Tutu Məmmədova, Sənan Məmmədli, Onur Məmmədli, Yusif Məmmədli, Rüfət Məmmədov, Vüsal Məmmədov və Vüsalə Nadirovanın fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Bank və Əsədullah Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(107)-12/20 nömrəli qətnaməsi ilə Əsədullah Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, 06 may 2015-ci il tarixli, **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş,Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin xidmət haqqı kimi 200 manatın Əsədullah Məmmədovdan alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(102)- 1164/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-12/2020 nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 01 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. 01 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcun tam ödənilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimənin ödənilmədiyini göstərən iddiaçı bank həmin məbləğlərin də cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir. Mülki iş materiallarında olan iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə bankın kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış 748.14 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 748.14 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz.Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması,hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Məhkəmə bankın iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2018-ci il tarixindən məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2018-ci il tarixinədək hesablanmış 623.95 ABŞ dolları məbləğində cəriməni tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin müddəti 06 may 2019-cu il tarixdə bitmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2018-ci il tarixindən məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2018-ci il tarixinədək hesablanmış 623.95 ABŞ dolları məbləği təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 100 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 22 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun,faizlərin,öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır.Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və borclu tərəfindən borc məbləği tələbin ipoteka predmetinin satışınadək ödənilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək, yəni məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənildiyi dövrədək əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini,yəni ən azından,gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1,443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır. Bu baxımdan iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə qismən razılaşan məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni məhz cavabdeh tərəfindən vaxtında qaytarılmamış kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,mülki işin obyektiv,hərtərəfli və tam araşdırılması məqsədilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğ 3355.65 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 3355.65 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3- 16-16/2-9/85/2024 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir,bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da,məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında xx.xx.2019-cu il tarixindən (kredit müqaviləsinin müddətinin bitdiyi tarix) xx.xx.2023-cü il tarixədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş 3355.65 ABŞ dolları məbləğ əsas götürülməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 3355.65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə təmin edilməlidir. Eyni zamanda aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı– adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005,VÖEN-**********,müxbir hesab- AZ41NABZ********************,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2).Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1). Göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi halı üçün iki şərt müəyyənləşdirmişdir.1-ci şərt-müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2-ci şərt- borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. ASC "xxxx" Bankı Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xx.xx.2015-ci il tarixli,**********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir.Belə olan halda iddia müddətinin axımı xx.xx.2017-cı il tarixdə kəsilmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən,fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.Hazırki iş üzrə isə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə yenidən başlamışdır.Belə ki,Mülki iş üzrə Ali Məhkəmənin yekun məhkəmə qərarı həmin tarixdə qəbul edilmişdir.Cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizəsi”ndə də qeyd edildiyi kimi (1-ci səh.sonuncu abzas) borc alan tərəfindən “2018-2023-cü illərdə kredit müqaviləsi üzrə “külli miqdarda” pul ödənilmişdir”. Bu da iddia müddətinin axımının kəsilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş 2-ci şərtin də tam şəkildə ödənilməsini sübut edir. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş borc arayışında da borc alan tərəfindən həmin tarixlərdə edilmiş ödənişlər öz əksini tapmışdır. Borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödənişn tarixi isə xx.xx.2023-cü il tarixidir ki, həmin tarixdə borc alan tərəfindən 2130 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Kredit müqaviləsi üzrə iddia müddənin axımı sonuncu dəfə kredit müqaviləsi üzrə ödənişin edildiyi tarixdə (xx.xx.2023) kəsilmiş və həmin tarixdən sonra yenidən başlamışdır.Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən, məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 118.61 manat dövlət rüsumu məbləğinin 77.04 manatı və çəkilmiş xərcə görə 0.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı,ödənilmiş dövlət rüsumunun qalan 41.57 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki,hazırkı iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 3355.65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 77.04 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər və 0.40 manat xidmət haqqı məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada 07 mart 2024-cü il tarixli №3-16- 16/2-9/85/2024 nömrəli ekspert rəyinə əsasən 50 manat (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu- 3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NAB Z********************, SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar