Məhkəmə qərarları › İş №e-2(037)-687/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-687/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-687/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 1333,46 manat əsas, 17,15 manat faiz – cəmi 1350,61 manat kredit borcunun və 33,51 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 22 avqust 2019-cu il tarixli 15-xx-xx-096274 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə qaytarmaq şərti ilə illik 1 faiz olmaqla 1500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə rəsmi müraciət olunmasına baxmayaraq cavabdeh borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 1333,46 manat əsas, 17,15 manat faiz – cəmi 1350,61 manat borc və 33,51 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qaydada bildiriş 22 aprel 2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -22 avqust 2019-cu il tarixli 15-xx-xx-096274 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. -15-xx-xx-096274 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində (bir il güzəşt müddəti tətbiq edilməklə) 1500 manat əsas və 45,83 manat faiz – cəmi 1545,83 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. -05 oktyabr 2023-cü il tarixli Min/142 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdeh 22 avqust 2019-cu il tarixli 15-xx-xx-096274 nömrəli kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödəniş etmiş, 03 oktyabr 2023-cü il tarixə 1333,46 manat əsas, 17,15 manat faiz – cəmi 1350,61 manat borcu qaldığı qeyd edilmişdir. -İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 04 aprel 2024-cü il tarixdə 33,51 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 22 avqust 2019-cu il tarixli 15-xx-xx-096274 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində (bir il güzəşt müddəti tətbiq edilməklə) 1500 manat əsas və 45,83 manat faiz – cəmi 1545,83 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1333,46 manat əsas, 17,15 manat faiz – cəmi 1350,61 manat borcun və 33,51 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1333,46 manat əsas, 17,15 manat faiz və 33,51 manat dövlət rüsumu cəmi 1384 (bir min üç yüz səksən dörd) manat 12 (on iki) qəpik məbləği alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1333,46 manat əsas, 17,15 manat faiz və 33,51 manat dövlət rüsumu - cəmi 1384 (bir min üç yüz səksən dörd) manat 12 (on iki) qəpik məbləği alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar