Məhkəmə qərarları › İş №e-2(037)-70/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-70/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-70/2025 27.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov ilqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 12 avqust 2014-cü il tarixli 501 saylı birgə borclularla kredit müqaviləsi üzrə 3749,69 manat əsas,1010,29 manat faiz olmaqla, cəmi 4759,98 manat borc və 67,59 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyev məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 12 avqust 2014-cü il tarixli 501 saylı kredit müqaviləsi üzrə 3549.69 manat əsas, 1010.29 manat faiz olmaqla, cəmi 4559.98 manat borc və ödənilmiş 67.59 manat dövlət rüsumu məbləğinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 12 avqust 2014-cü il tarixli 501 saylı kredit müqaviləsi üzrə 3749,69 manat əsas,1010,29 manat faiz olmaqla,cəmi 4759,98 manat borc məbləğinin və ödənilmiş 67,59 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırıldığını, həmin borc məbləği cavabdeh tərəfindən tam ödənildiyindən Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərini rəhbər tutaraq "xxxx" QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina edildiyini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verilməsinin hüquqi nəticəsi iddiaçı olaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına məlum olduğunu qeyd edərək həmin iddia tələbi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyev iddia tələbi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada göndərdiyi ərizəni nəzərdən keçirib,iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyevin məhkəmə iclasında verdiyi izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı,iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 12 avqust 2014-cü il tarixli 501 saylı kredit müqaviləsi üzrə 3749,69 manat əsas,1010,29 manat faiz olmaqla,cəmi 4759,98 manat borc məbləğinin və ödənilmiş 67,59 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırıldığını, həmin borc məbləği cavabdeh tərəfindən tam ödənildiyindən Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərini rəhbər tutaraq "xxxx" QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina edildiyini,Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verilməsinin hüquqi nəticəsi iddiaçı olaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına məlum olduğunu qeyd edərək həmin iddia tələbi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada göndərdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddiadan imtinası qəbul edilsin. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar