Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-711/2025 30.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 7667.4 manat əsas, 1062.75 manat faiz, 100.56 manat cərimə olmaqla, cəmi 8830.71 manat borc və 108.71 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və iddiaçı arasında bağlanmış 180nkMDK/24 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 38 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8268 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh мüqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən 7667.4 manat əsas, 1062.75 manat faiz və 100.56 manat cərimə olmaqla, cəmi 8830.71 manat borc və 108.71 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh izahat verərək göstərdi ki, 2023-cü ildə yaşadığı evi təmir etmək məqsədi ilə 8000 manat kredit götürmüşdür. Həmin ərəfədə işlədiyi üçün krediti ödəyə bilirdi. Sonradan işdən çıxdığı üçün krediti ödəyə bilməmiş, 3 iyun 2024-cü il tarixində bankla yeni müqavilə bağlamışdır. Birinci dəfə krediti götürəndə bank onunla 22 faiz dərəcəsi ilə müqavilə bağlasa da, sonraki kredit müqaviləsində kreditin ona 26 faizlə verildiyini görmüşdür. Kredit üzrə apardığı ödənişlər borcundan çıxılmamışdır. Hazırda maddi vəziyyəti çox ağırdır. Bu halı nəzərə alaraq iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 03 iyun 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 331nkMDK/23 nömrəli müqavilənin bağlanılması məqsədi ilə 38 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8268 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtləri ilə tanış olmuş və imzalamışdır. - Kredit müqaviləsinin 1 saylı əlavəsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 iyun 2024-cü il tarixli 180nkMDK/24 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 38 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8268 manat məbləğində kredit verilmiş, həmin müddət ərzində 8268 manat əsas, 3772.8 manat faiz olmaqla - cəmi 12040.8 manat ödəməyi öhdəsinə götürmüşdür. - 18 fevral 2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 3 iyun 2024cü il tarixli 180nkMDKb/24 nömrəli kredit müqaviləsi üzrə 18 fevral 2025-ci il tarixə yaranmış 7667.4 manat əsas, 705.15 manat faiz, 39.52 manat cərimə - cəmi 8412.07 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 23 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 180nkMDK/24 nömrəli kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixinə 7667.4 manat əsas, 1062.75 manat faiz və 100.56 manat cərimə olmaqla, cəmi 8830.71 manat borcu yaranmışdır. - 23 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 108.71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanılmış 03 iyun 2024-cü il tarixli 180nkMDK/24 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 331nkMDK/23 nömrəli müqavilə üzrə borcun bağlanılması məqsədi ilə 38 aylıq müddətinə illik 25 faiz ödəmək şərtilə 8268 manat məbləğində kredit verilmişdir. Həmin müddət ərzində cavabdeh 8268 manat əsas, 3772.8 manat faiz olmaqla - cəmi 12040.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmiş, bunun üçün 108.71 manat dövlət rüsumu ödənilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 7667.4 manat əsas, 1062.75 manat faiz və 100.56 manat cərimə borcu qalmışdır. İddiaçı cavabdehdən cəmi 8830.71 manat borc və 108.71 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh maddi vəziyyətinin ağır olduğunu nəzərə alaraq iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7667.4 manat əsas borc, 1062.75 manat faiz, 100.56 manat cərimə və 108.71 manat dövlət rüsumu – cəmi 8939.42 manat borc məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7667.4 manat əsas, 1062.75 manat faiz, 100.56 manat cərimə və 108.71 manat dövlət rüsumu olmaqla – cəmi 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat 42 (qırx iki) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Kommersı̇ ya X2 Cəmı̇ yyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-711/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-711/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver