Məhkəmə qərarları › İş №e-2(037)-727/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-727/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-727/2024 10.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair mülki işə 10 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 4382.40 manat əsas,740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5175.83 manat borcun və 72.16 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 61nkİSML/23 saylı kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% dərəcəsi ilə 4509 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi,həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür.İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş,müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 740.42 manat faiz və 53.01 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72.16 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 4382.40 manat əsas, 740.42 manat faiz və 53.01 manat cərimə olmaqla,cəmi 5175.83 manat borcu vardır. İddiaçı cavabdehdən 4382.40 manat əsas, 740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5175.83 manat borc və 72.16 manat dövlət rüsumu məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş,elektron ərizə göndərərək məhkəmə hazırlıq və baxış iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 61nkİSML/23 saylı kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% dərəcəsi ilə 4509 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilə üzrə borcun bir hissəsini ödəmiş,sonradan işdən çıxdığından və maddi imkanı olmadığından müqavilə üzrə qalan borcundan ödəniş etməmişdir. İşlədiyi müddət ərzində kredit müqaviləsi üzrə borcundan ödəniş etmişdir. Kredit borcunu tam ödəmədiyindən bank ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Məhkəməyə müraciət edildikdən sonra kredit borcundan 50 manat ödəniş etmişdir. Hesab edir ki, məhkəməyə müraciət edildikdən sonra ödədiyi 50 manat məbləği əsas borcundan silinməlidir. O, müqavilə üzrə ödənilməmiş qalan borc məbləğini hər ay 50 manat ödəməyə razıdır.Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 04 may 2023-cü il tarixli 61nkİSML/23 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% dərəcəsi ilə 4509 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 30 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 61nkİSML/23 saylı kredit müqaviləsinə əsasən cavabdehin 30 aprel 2024-cü il tarixinə 4382.40 manat əsas, 740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5175.83 manat məbləğində borcu vardır. 30 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 72.16 manat dövlət rüsumu ödənilmişdir. 05 iyul 2024-cü il tarixli **********9 əməliyyat nömrəli mədaxil qəbzindən görünür ki, 05 iyul 2024-cü iul tarixdə cavabdeh tərəfindən 47486633 cif kod vasitəsilə "xxxx" KB ASC-də olan kredit borcundan 50 manat pul ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 61nkİSML/23 saylı kredit müqaviləsinə əsasən “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% dərəcəsi ilə 4509 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi,həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür.İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 740.42 manat faiz və 53.01 manat cərimə borcu hesablanmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış,lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.Cavabdeh məhkəməyə müraciət edildikdən sonra kredit borcundan 50 manat ödəniş etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72.16 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 4332.40 manat əsas, 740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5125.83 manat borcu vardır. İddiaçı cavabdehdən 4382.40 manat əsas,740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5175.83 manat borcun və 72.16 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, məhkəməyə müraciət edildikdən sonra kredit borcundan 50 manat ödəniş etdiyini, qalan borc məbləğini isə hər ay hissə-hissə olmaqla aylıq 50 manat ödəməyə maddi imkanı çatdığını bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması,əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki,Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən kredit borcundan xx.xx.2024-cü il tarixdə 50 manat məbləğində ödəniş edildiyindən həmin məbləğ iddiaçının cavabdehdən tələb etdiyi 4382.40 manat əsas borc məbləğindən silinməli və cavabdehdən iddiaçının xeyrinə 4332.40 manat əsas və 740.42 manat faiz borcu məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 61nkİSML/23 saylı kredit müqaviləsi üzrə 53.01 manat cərimə həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğ deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 53.01 manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 72.16 manat dövlət rüsumu məbləğinin 71.25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 0.91 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4332.40 manat əsas,740.42 manat faiz və 53.01 manat cərimə olmaqla, cəmi 5125.83 manat borc və 71.25 manat dövlət rüsumu məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar