Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-732/2023 09.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat məbləğində vəsaitin və ödənilmiş 96,77 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7899533A178 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 6815,14 AZN əsas; 861,77 AZN faiz olmaqla cəmi 7676,91 AZN borcu yaranmışdır . Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı cavabdehdən 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat məbləğində vəsaitin və ödənilmiş 96,77 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli RGTK7899533A178 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə cavabdehə illik 21 % olmaqla 83 ay ərzində 6815,14 manat əsas və 6164,89 manat faiz borcu olmaqla, cəmi 12980,03 manat pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda, iddiaçının müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli RGTK7899533A178 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 6815,14 manat əsas və 6164,89 manat faiz borcu olmaqla, cəmi 12980,03 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 30 aprel 2023-cü il tarixli 16/24830 nömrəli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin xx.xx.2022-ci il tarixli RGTK7899533A178 saylı kredit müqaviləsinə əsasən 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat kredit borcunun qaldığı qeyd edilmişdir. xx.xx.2023cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 96,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7899533A178 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 % faiz dərəcəsi ilə 83 ay müddətinə 6815,14 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazimi qaydada yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat borcu qalmışdır. İddiaçı cavabdehdən cəmi 7676,91 manat pul vəsaiti və 96,77 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hazırda işsiz olduğunu və işlə təmin olunacağı halda borcunu hissəhissə ödəyəcəyini bildirir, qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 96,77 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin Cavabdeh 6815,14 manat əsas, 861,77 manat faiz olmaqla cəmi 7676,91 manat məbləğində vəsaitin və ödənilmiş 96,77 manat dövlət rüsumu məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-732/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-732/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver