Məhkəmə qərarları › İş №e-2(037)-74/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-74/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-74/2025 06.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdeh İlyasova Əmı̇ nə Sübhan qızının iştirakı ilə İddiaçı laṫ ıpaK" Bank" Açiq Səhmdar Cəmı̇ yyətinin cavabdeh İlyasova Əmı̇ nə Sübhan qızına iqarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 06 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İlyasova Əmı̇ nə Sübhan qızından 6605.04 manat əsas, 290.06 manat faiz borcu olmaqla cəmi 6895.1 manat məbləğində vəsaitin və ödənilmiş 88.95 manat dövlət rüsumunun tutularaq iddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli RGTK7843289B151 saylı Kredit müqaviləsinə əsasən ona illik 16.17 faiz dərəcəsi ilə 72 ay müddətinə 6648.35 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6605.04 manat əsas, 290.06 manat faiz olmaqla cəmi 6895.1 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehdən 6605.04 manat əsas, 290.06 manat faiz olmaqla cəmi 6895.1 manat məbləğində vəsaitin və ödənilmiş 88.95 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İlyasova Əmı̇ nə Sübhan oğlu izahat verərək göstərdi ki, iddiaçı laṫ ıpaK" Bank" Açiq Səhmdar Cəmı̇ yyətindən xx/xx/2024-cü il tarixli RGTK7843289B151 saylı Kredit müqaviləsinə əsasən illik 16.17 faiz dərəcəsi ilə 72 ay müddətinə 6648.35 manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan işdən çıxdığı və maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəyə bilməmişdir. Bir neçə dəfə bank tərəfindən kredit yenilənmişdir. Hazırda işsizdir, hissə-hissə və onun ödəyə biləcəyi məbləğ müəyyənləşərsə ödəniş edə bilər. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu hissə-hissə ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan: xx/xx/2024-cü il tarixli RGTK7843289B151 nömrəli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, həmin tarixdə cavabdehə 16.17 faiz dərəcəsi ilə 72 ay müddətinə 6648.35 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay faiz borcunu və ödəniş qrafiki üzrə əsas borcu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 16 noyabr 2024-cü il tarixli, 16-907-16MH27196 nömrəli bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən üç təqvim günü ərzində kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 04 noyabr 2024-cü il tarixli, 15/00800 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, 04 noyabr 2024-cü il tarixə cavabdehin 6605.04 manat əsas, 290.06 manat faiz olmaqla cəmi 6895.1 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 88.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli RGTK7843289B151saylı Kredit müqaviləsinə əsasən ona illik 16.17 faiz dərəcəsi ilə 72 ay müddətinə 6648.35 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6605.04 manat əsas, 290.06 manat faiz olmaqla cəmi 6895.1 manat borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 6605.04 manat əsas, 290.06 manat faiz olmaqla cəmi 6895.1 manat məbləğində vəsaitin və ödənilmiş 88.95 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yaranmış borcu hissə-hissə ödəyə biləcəyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İlyasova Əmı̇ nə Sübhan qızından 6605.04 manat əsas, 290.06 manat faiz borcu olmaqla cəmi 6895.1 manat məbləğində vəsait və ödənilmiş 88.95 manat dövlət rüsumu məbləği tutularaq laṫ ıpaK" Bank" Açiq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar