Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-743/2023 31.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı nəqliyyat vasitəsinin qaytarılması, müqavilə üzrə yaranmış borcun və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə ödənilməmiş 450 manat (18 gün) icarə haqqı, 364 manat inzibati cərimə ödənişinin, 775 manat əldən çıxmış faydanın (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri - 31 gün) və 36 manat məbləğində dövlət rüsumunun - ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, müqavilə üzrə icarəyə verilmiş 77PT304 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçı Xəzər-222 MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında 30 iyun 2022-ci il tarixində nəqliyyat vasitəsinin icarəsi müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən (Xəzər-222 MMC) mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil verir”. Müqavilənin 4.5-ci maddəsinə görə isə “Bu müqavilədə göstərilmiş bütün öhdəliklər yerinə yetirildikdə, bu müqavilənin pozuntusuz halda vaxtı başa çatdıqdan sonra icarəyə verilmiş avtomobili icarəçiyə bu müqavilədən kənar formada bağışlaya bilər”. Nəqliyyat vasitəsinin icarəsi müqaviləsi imzalandığı gün, yəni 30 iyun 2022-ci il tarixində İddiaçı MMC-nin direktoru Nəriman Əliyev və Cavabdeh arasında görüş olmuş və Toyota Prius (Hibrid) minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilikdən sonra “onun sazlığı” Cavabdeh tərəfindən təsdiq edilmiş və üstündə verilən digər hissələri də imzalanmaqla təhvil alınmışdır. Müqavilə qüvvədə olduğu müddət ərzində Cavabdeh tərəfindən dəfələrlə icarə haqqı gecikmələri olmuş, ona yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati cərimələr tətbiq olunmuşdur. Dəfələrlə ona əməkdaşlarımız tərəfindən telefon vasitəsilə şifahi xəbərdarlıq edilmiş ona müqavilə üzrə öhdəlikləri, icarə haqqının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 11 aprel 2022-ci il tarixindən Cavabdeh müqavilə üzrə nəinki ödənişləri etmir, hətta ona ünvanlanan telefon zəngləri, telefon mesajları, votsap mesajlarını belə cavablandırmır. Artıq 2 təqvim ayına yaxın müddətdir ki, iddiaçı tərəf mülkiyyətində olan 77PT304 dövlət qeydiyyat nişanlı, Toyota Prius (Hibrid) minik markalı nəqliyyat vasitəsindən xəbərsizdir. Belə ki, Cavabdeh tərəfindən analoji hərəkətlər (hərəkətsizliklər) davam etmiş, 26 aprel 2023-cü il tarixində ona təqdim olunmuş notarial etibarnamə və 01 may 2023-cü il tarixində isə 30 iyun 2022-ci il tarixli müqavilənin 2.3.2-ci maddəsinin tələblərini rəhbər tutaraq həmin müqaviləyə xitam verilmişdir. Avtomobilin geri qaytarılması və müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbi məqsədilə Cavabdeh aid olan +**********30 mobil nömrəsinə zənglər, votsap nömrəsinə mesajlar yazılsa da nəticə əldə olunmamışdır. İddiaçı avtomobilin zədələnməsi, onun məhv edilməsi, mənimsəmə və ya israf edilməsi ehtimallarını nəzərə alaraq, avtomobilin geri qaytarılması məqsədilə 27 aprel 2023-cü il tarixində Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə rəsmi olaraq müraciət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin 3-13-50-1/2-S- 3868 nömrəli 01 may 2023-cü il tarixli məktubu ilə müraciət cavablandırılmış və qeyd olunan xüsusatların mülki xarakter daşıdığından məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh iddiaçı Xəzər-222 MMC ilə arasında imzalanmış 30 iyun 2022-ci il tarixində nəqliyyat vasitəsinin icarəsi müqaviləsinin şərtlərini kobud surətdə pozmuş və müqavilə üzrə ödənilməli olan 450 manat icarə haqqı, 364 manat inzibati cərimə ödənişini icra etməmiş və müqavilə üzrə icarəyə verilmiş 77PT304 dövlət qeydiyyat nişanlı, Toyota Prius (Hibrid) minik markalı nəqliyyat vasitəsini geri qaytarmamışdır. İddiaçı tərəfindən XZ-033 nömrəli, 10 may 2023-cü il tarixli “pretenziya məktubu” ilə Cavabdeh müraciət edilmiş və ona verilmiş müddət ərzində hər hansı tələb yerinə yetirilməmişdir. Pretenziya məktubu 13 may 2023-cü il tarixində Cavabdeh tərəfindən şəxsən qəbul olunmuşdur. Əldə olunmuş məlumatdan məlum olmuşdur ki, cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır. Avtomobili isə Bakı şəhərində yaşayan dostunun həyətində gizlətmişdir. Həmin ünvan onlara məlum deyildir. İddiaçı Cavabdeh müqavilə üzrə ödənilməmiş 450 manat (18 gün) icarə haqqı, 364 manat inzibati cərimə ödənişinin, 775 manat əldən çıxmış faydanın (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri - 31 gün) və 36 manat məbləğində dövlət rüsumunun - ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, müqavilə üzrə icarəyə verilmiş 77PT304 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçı Xəzər-222 MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İşin müəyyən olunmuş hallarına görə iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş icarə müqaviləsinə əsasən “İcarəyə verən (Xəzər-222 MMC) mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil verməyi, Cavabdeh isə sözügedən müqavilənin digər şərtlərinə əsasən depozit məbləği qoyaraq avtomobili icarə məqsədilə qəbul etməyi və hər gün 25 manat olmaqla 41 ay müddətinə ödəniş etməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı Toyota Prius (Hibrid) minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh mülkiyyətinə vermiş, cavabdeh isə 500 manat dəyərində depozit ödədikdən sonra 41 ay müddətində hər gün 25 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olan avtomobilin cavabdeh Elnur Niftaliyevə icarəyə verilməsinə hüquqi qiymət verərək hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan iddiaçının tələb etdiyi həcmdə, yəni 450 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt - varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, icarə müqaviləsi qarşılığında müəyyənləşdirilmiş məbləğin 450 manat hissəsi iddiaçıya verilməmiş və cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı - 775 manat məbləğində vəsaiti iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən tələb olunan 364 manat inzibati cərimə hissəsinə münasibət bildirərək qeyd edir ki, göstərilən avtomobil icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən törədilmiş inzibati xətalar nəticəsində yaranmış cərimə məbləğləridir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Elnur Niftaliyev üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə arasında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh müqavilə üzrə ödənilməmiş 450 manat icarə haqqı, 364 manat inzibati cərimə, 775 manat əldən çıxmış fayda və 36 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1625 manat alınaraq İddiaçı MMC-nin hesabına ödənilməli, müqavilə üzrə icarəyə verilmiş Toyota Prius minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçı Xəzər-222 MMC-yə qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilməmiş 450 manat (18 gün) icarə haqqı, 364 manat inzibati cərimə, 775 manat əldən çıxmış fayda (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri - 31 gün) və 36 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1625 (bir min altı yüz iyirmi beş) manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Müqavilə üzrə icarəyə verilmiş Toyota Prius minik markalı 77PT304 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçı Xəzər-222 MMC-yə qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-743/2023
İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(037)-743/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver