Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-743/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********10385 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1880 (min səkkiz yüz səksən) manat ödənilməmiş hissə, 188 (yüz səksən səkkiz) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********88263 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1880 (min səkkiz yüz səksən) manat ödənilməmiş hissə, 188 (yüz səksən səkkiz) manat cərimə olmaqla cəmi 4136 manat borcun və 61.36 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli 02734937 saylı və xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən, İmei kod **********10385 İPHONE 13 markalı telefon, APPLE ADAPTER və İmei kod **********8263 İPHONE 13 markalı telefon, APPLE ADAPTER almış və nəticədə 4136 (dörd min yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3041 (üç min qırx bir) manat (12 ay x 220 manat + 401 manat ilkin ödəniş) olan İmei kod **********10385 İPHONE 13 markalı telefon, APPLE ADAPTERüçün ümumilikdə, 2068 (iki min altmış səkkiz) manat olmaqla ondan, 1880 (min səkkiz yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 188 (yüz səksəns əkkiz) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3041 (üç min qırx bir) manat (12 ay x 220 manat + 401 manat ilkin ödəniş) olan İmei kod **********88263 İPHONE 13 markalı telefon, APPLE ADAPTERüçün ümumilikdə, 2068 (iki min altmış səkkiz) manat olmaqla ondan, 1880 (min səkkiz yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 188 (yüz səksən səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2322 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 14 may 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-ci il tarixli 02734937 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 220 manat olmaqla cəmi qiyməti alqı-satqı qiyməti 3041 (üç min qırx bir) manat (12 ay x 220 manat + 401 manat ilkin ödəniş) olan İmei kod **********10385 İPHONE 13 markalı telefon, APPLE ADAPTER satılmışdır. - xx.xx.2023-ci il tarixli 02734938 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 220 manat olmaqla cəmi qiyməti alqı-satqı qiyməti 3041 (üç min qırx bir) manat (12 ay x 220 manat + 401 manat ilkin ödəniş) olan İmei kod **********88263 İPHONE 13 markalı telefon, APPLE ADAPTER satılmışdır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2023-ci il tarixli 02734937 saylı və xx.xx.2023-ci il tarixli 02734938 saylı müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -26 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-ci il tarixli 02734937 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə olmaqla cəmi 4136 manat borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 61,36 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli 02734937 saylı və xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən, İmei kod **********10385 İPHONE 13 markalı telefon, APPLE ADAPTER və İmei kod **********8263 İPHONE 13 markalı telefon, APPLE ADAPTER almış və nəticədə 4136 (dörd min yüz otuz altı) manat borc hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən xx.xx.2023ci il tarixli 02734937 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə olmaqla cəmi 4136 manat borcun və 61.36 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023ci il tarixli 02734937 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə və 61.36 manat dövlət rüsumu olmaqla cəmi 4.197,36 (dörd min bir yüz doxsan yeddi manat otuz altı qəpik) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli 02734937 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2023-ci il tarixli 02734938 saylı müqaviləsinə əsasən 1880 manat ödənilməmiş hissə, 188 manat cərimə və 61.36 manat dövlət rüsumu olmaqla cəmi 4.197,36 (dörd min bir yüz doxsan yeddi manat otuz altı qəpik) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-743/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-743/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver