Məhkəmə qərarları › İş №e-2(037)-77/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-77/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-77/2025 30.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı cavabdeh Nı̇ ftalı̇ yev Vüsal İlqar oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 30 yanvar 2025-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Nı̇ ftalı̇ yev Vüsal İlqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyun 2014-cü il təvəllüdlü Nı̇ ftalı̇ yeva Aysu Vüsal qızının yetkinik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq 235 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, elektron poçt vasitəsi ilə ərizə ünvanlayaraq işin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş edir. Cavabdeh Nı̇ ftalı̇ yev Vüsal İlqar oğlu məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gələmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı cavabdeh Nı̇ ftalı̇ yev Vüsal İlqar oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi iddiaçının baxılmamış saxlanılması barədə vəsatət verməsi, cavabdehin isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Nı̇ ftalı̇ yev Vüsal İlqar oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar