Məhkəmə qərarları › İş №e-2(037)-777/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-777/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-777/2025 07.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 7507,95 manat əsas, 596,65 manat faiz, cəmi 8104,6 manat borc və 101,05 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 yanvar 2024cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7939,98 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. 07 aprel 2025-ci il tarixə cavabdehin 7507,95 manat əsas və 596,65 manat faiz olmaqla cəmi 8104,6 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də cavabdehdən 7507,95 manat əsas, 596,65 manat faiz, cəmi 8104,6 manat borc və 101,05 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 24 yanvar 2024-cü il tarixli RGTK5980031B178 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7939,98 manat kredit verilmişdir. - 24 yanvar 2024-cü il tarixli RGTK5980031B178 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh 83 ay ərzində 7939,98 manat əsas borc və 6783,64 manat faiz borcu – cəmi 14723,62 manat ödəməyi öhdəsinə götürmüşdür. - 04 mart 2025-ci il tarixli 26-269-16/MH8066 nömrəli bildirişin surətindən görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 21 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 101,05 manat dövlət rüsumu ödənilmişdir. - 28 aprel 2025-ci il tarixli 15/01688 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 24 yanvar 2024-cü il tarixli RGTK5980031B178 nömrəli kredit müqaviləsi üzrə 07 aprel 2025-ci il tarixə 7507,95 manat əsas, 596,65 manat faiz, cəmi 8104,6 manat borcu qaldığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli RGTK5980031B178 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7939,98 manat kredit verilmişdir. Cavabdeh 83 ay ərzində 7939,98 manat əsas borc və 6783,64 manat faiz borcu – cəmi 14723,62 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit borcunun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı cavabdehdən 7507,95 manat əsas, 596,65 manat faiz, cəmi 8104,6 manat borc məbləğinin və 101,05 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7507,95 manat əsas borc, 596,65 manat faiz borcu və 101,05 manat dövlət rüsumu – cəmi 8205,65 manat borc məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7507,95 manat əsas borc, 596,65 manat faiz borcu və 101,05 manat dövlət rüsumu – cəmi 8205 (səkkiz min iki yüz beş) manat 65 (altmış beş) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar