Məhkəmə qərarları › İş №e-2(037)-779/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-779/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-779/2023 18.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 18 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" QSC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 12176,19 manat kredit borcu, 1069,06 manat faiz borcu, 353,11 manat cərimə olmaqla, ümumilikdə 13598,36 manat borcun və 130,79 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh iddiaçı ilə bağladığı 13 sentyabr 2022-ci il tarixli müqaviləyə (ərizəyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, cavabdehə 48 ay müddətinə, aylıq 1.6667% olmaqla, 12500 manat kredit verilmişdir. Cavabdeh dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 16 dekabr 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 323,81 manat ödəniş etmiş və iddiaçıya 12176,19 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdehin 25 may 2023-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 1069,06 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 25 may 2023-cü il tarixə 160 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 353,11 manat təşkil edir. İddiaçı cavabdehdən 12176,19 manat kredit borcu, 1069,06 manat faiz borcu, 353,11 manat cərimə olmaqla, ümumilikdə 13598,36 manat borcun və 130,79 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. O, müharibə veteranı olduğundan iş üzrə ödənilmiş dövlət rüsumundan azad olunmalıdır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 13 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, aylıq 1.6667% olmaqla, 12500 manat məbləğində kredit vəsaiti verilmişdir. 13 sentyabr 2022-ci il tarixli ərizəyə əlavə olan ödəniş planının surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 12500 manat əsas və 5883,99 manat faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 18 may 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 05 iyun 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 13 sentyabr 2022ci il tarixli ərizə üzrə cavabdehin 25 may 2023-cü il tarixə 12176,19 manat əsas, 1069,06 manat faiz və 353,11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13598,36 manat borcu yaranmışdır. 05 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 130,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 016522 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 13 sentyabr 2022-ci il tarixli ərizəyə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, aylıq 1.6667% olmaqla, 12500 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 12500 manat əsas və 5883,99 manat faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 13 sentyabr 2022-ci il tarixli ərizə üzrə cavabdehin 25 may 2023-cü il tarixə 12176,19 manat əsas, 1069,06 manat faiz və 353,11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13598,36 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən 12176,19 manat kredit borcu, 1069,06 manat faiz borcu, 353,11 manat cərimə olmaqla, ümumilikdə 13598,36 manat borcun və 130,79 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehdən 12176,19 manat kredit borcu, 1069,06 manat faiz borcu və 353,11 manat cərimə məbləğinin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, cavabdeh müharibə veteranı olduğundan mülki iş üzrə ödənilmiş 130,79 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12176,19 manat əsas, 1069,06 manat faiz, 353,11 manat cərimə – cəmi 13598 (on üç min beş yüz doxsan səkkiz) manat 36 (otuz altı) qəpik tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 130,79 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar