Məhkəmə qərarları › İş №e-2(037)-788/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-788/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-788/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4363 manat əsas məbləğ üzrə 716.67 manat faiz və 15.98 manat cərimə olmaqla, cəmi 5095.65 manat borcun və 71.36 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 160nkİSML/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 4363 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı Cavabdeh 4363 manat əsas məbləğ üzrə 716.67 manat faiz və 15.98 manat cərimə olmaqla, cəmi 5095.65 manat borcun və 71.36 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixdə bağlanmış 160nkİSML/22saylı saylı kredit müqaviləsinə əsasən 4363 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt otel tikintisində işləyirdi və krediti ödəməyə imkanı var idi. Hazırda işsiz olduğundan və maddi vəziyyətində əsaslı dəyişiklik baş verdiyindən müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödəniş edə bilməmişdir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 18% dərəcəsi ilə 60 ay müddətinə 4363 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşmasına əsasən 5095,65 manat kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 71,36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 18% dərəcəsi ilə 60 ay müddətinə 4363 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 % dərəcəsi ilə 60 ay müddətinə 4363 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti götürmüşdür. xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 4363 manat əsas və 716.67 manat faiz borcu olmaqla, cəmi 5095.65 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 71,36 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 160nkİSML/22 saylı kredit razılaşması üzrə 4363 manat əsas, 716.67 manat faiz borcu, 15.98 manat cərimə olmaqla, cəmi 5095.65 manat borcun və 71.36 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər Cavabdeh 4363 manat əsas məbləğ üzrə 716.67 manat faiz və 15.98 manat cərimə olmaqla, cəmi 5095.65 manat borcun və 71.36 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 71.36 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin Cavabdeh 4363 manat əsas məbləğ üzrə 716.67 manat faiz və 15.98 manat cərimə olmaqla, cəmi 5095.65 manat borc və 71.36 manat dövlət rüsumu məbləği iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar