Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-837/2024 14.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 14 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının cavabdehin istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat olmaqla, cəmi 260 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Toyota Prius” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2023-cü il tarixdə “İcarə” müqaviləsi əsasında cavabdehə icarəyə verilmişdir.Cavabdeh qeyd olunan “İcarə” müqaviləsinin bütün şərtlərini oxuyaraq razılaşmış və bütün səhifələrini şəxsən imzalamışdır. Cavabdeh ilk əvvəl müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etsə də, sonradan müvafiq öhdəliklərini yerinə yetirməmiş və nəticədə qeyd olunan avtomobil bu səbəblərə görə ondan geri təhvil götürülmüşdür.Belə ki,maşını təhvil götürən vaxt cavabdeh tərəfindən avtomobilin qabaq sağ qapısının zədələndiyini aşkar etmişdir. O,avtomaşının qapısının əzilməsinin səbəbini cavabdehdən soruşmuş, cavabında isə sonuncu ona yaxın vaxtda əlinə pul düşən kimi həmin hissədəki zədəni lazımi şəkildə təmir etdirəcəyini bildirmişdir. Lakin ilk vaxtlar o, belə vədlər versə də, təəssüflər olsun ki, sonradan öz vədinə əməl etməmişdir və bunu olduqca absurd bir formada “Allahın küləyinin vurduğu zərər” olması ilə əlaqələndirmişdir.Cavabdehin bu qeydi ilə maşının məhz onun tərəfindən zədələnməsi açıq aşkar etiraf olunmuş olur.Bununla bağlı tərəfindən "xxxx" MMC-yə müraciət edilmişdir və qeyd olunan şirkət tərəfindən ona təqdim edilən “Dəymiş zərərin hesablanmasına dair AKT”la əmlakına vurulan zərərin cəmi 170 manat olması öz təsdiqi tapmışdır. Digər tərəfdən avtomobil cavabdehin istifadəsində olduğu zaman sonuncu avtomobilin mühərrikinin yağının dəyişdirilməsini təmin etməli olduğu halda bunu da etməmiş və onunla olan “Whatsapp” yazışmalarında ona 90 manat borclu olduğunu etiraf etsə də və həmin məbləği ödəyəcəyinə dəfələrlə söz versə də bu vədinə də əməl etməmişdir. Nəticədə yağ dəyişmə sexində mühərrikin yağının dəyişdirilməsi xərcini o özü qarşılamalı olmuşdur. Halbuki, bu öhdəliyi icra etmək cavabdehin vəzifəsi olmuşdur. Qeyd olunan şəxs istifadə etdiyi avtomobillə evinə çörək aparmasına baxmayaraq, maşına olduqca pis baxmış, ayda bir dəfə olsun belə avtoyumada onu yuduzdurmamış və maşını sözün əsl mənasında pis hala salmışdır.Halbuki, maşını təhvil götürməmişdən öncə cavabdehlə aralarında olan şifahi danışıqda o, maşına şəxsən öz əmlakı kimi baxacağına dair “kişi sözü” vermiş və bununla bağlı and da içmişdir. Nəticədə cavabdeh müqavilə ilə yuxarıda qeyd olunan hallarla bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və məsuliyyətsizlik etmişdir. Dəfələrlə ona borclarını ödəməli olduğunu bildirsə də o, qəsdən bundan yayınmış və hətta sonradan zənglərini belə cavablandırmamışdır. “Whatsapp” yazışmalarına diqqət yetirdikdə cavabdehin 40 azn cərimələrlə birlikdə 110 azn borclu olması və həmin 110 manat borcdan 20 manat ödənişi edərək sonda 90 manat (110-20=90 azn) borcunun qalması açıq-aşkar sübut olunur.Cavabdeh borclarını ödəməməklə yanaşı hətta avtomobilinə məxsus akkumlyatorun üst qapağını belə mənimsəməkdən çəkinməmişdir. Dəfələrlə ona dedikdə ki, həmin qapağı geri qaytar o, bunu da etməmişdir. Nəticədə onun bütün bu qanunsuz əməlləri ilə bağlı 102 qaynar xətlə polisə müraciət etməli olmuşdur. Yalnız bundan sonra cavabdeh avtomobilinə məxsus akkumlyatorun üst qapağını ona geri qaytarmışdır. Göründüyü kimi, polisə müraciət edilməsəydi cavabdeh hətta həmin əmlakını ona geri qaytarmayacaqdır. Borclarla bağlı isə polis orqanı “qeyd olunan mübahisənin mülki xarakterli olması səbəbindən tərəfindən məhkəməyə müraciət hüququnun olması barədə” ona məlumat vermişdir. Bu səbəbdən hazırda məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ona borclarını ödəməməsinin səbəbini ilk əvvəllər şəxsiyyət vəsiqəsini ala bilməməsi və nəticədə yeni maşın icarəyə götürüb işləyə bilməməsi ilə əlaqələndirirdi. Qeyd olunanları 2023-cü ilin sentyabr ayında aralarında olan “Whatsapp” yazışmaları bir daha təsdiq edir.Daha sonra o cavabdehin bu yalanını ifşa etdikdən sonra o, artıq onunla əlaqəni kəsmiş və zənglərini cavabsız qoymuşdur. Borcun ödənilməməsi ilə bağlı cavabdehə zəng etdikdə isə o, həmçinin ona belə bir mesaj göndərmişdir ki, “Mənə tez-tez zəng edəndə heçnə dəyişilmir, mən pasportumu almamış işləyə bilmirəm və sənə heç bir pul göndərə bilmirəm.Yenə deyirəm mən sənə borclu qalmayacam, sağ ol.” Yuxarıda qeyd olunanlara əsasən,cavabdeh xx.xx.2023-cü il tarixli “icarə” müqaviləsinin 3.3.4-cü və 3.3.7-ci maddəsinin tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışı iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və sair kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Başqa sözlə desək, telefon danışıqlarının mülki işlərdə və öhdəlik xarakterli məsələlərdə sübut kimi qiymətləndirilməsi tam qanunauyğundur. O,cavabdehdən xeyrinə “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının cavabdehin istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat olmaqla, cəmi 260 manat pulun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Topçu kəndində yaşayır. O, iddiaçıya məxsus “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında istifadə etmişdir.Özünü bu məsələdə günahkar hesab etmir. Belə ki, iddiaçıya məxsus avtomaşını istifadə etmiş və icarə haqqını ödəmişdir. İddiaçının ondan avtomaşına vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının onun istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat pulun ondan tələb edilməsinə münasibət bildirir ki, iddiaçının öz təqsiri üzündən avtomaşının qabaq sağ qapısı yaxşı bərkidilmədiyi üçün özü-özünə açılma nəticəsində qapıda xırda batıq yaranmışdır. Bundan əlavə ondan tələb edilən 90 manat pulun 40 manatı dayanma-durma cəriməsi olmuş, 50 manatı isə yağ dəyişmə xərci olmuşdur. O, 40 manat dayanma-durma cəriməsini ödəmiş və 50 manat yağ dəyişmə xərcindən isə 20 manatını ödəmişdir. Onun hazırda iddiaçıya 30 manat borcu qalmışdır və həmin məbləği sonuncuya ödəməyə razıdır. İddiaçı onu polisə vermiş və polis şöbəsində onun izahatı alınmışdır. Polis şöbəsində ona iddiaçı ilə aralarında olan mübahisənin mülki xarakterli olması bildirilmişdir. O, hazırda heç bir yerdə işləmir və himayəsində iki azyaşlı uşağı olmaqla maddi vəziyyəti yaxşı deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 23 aprel 2023-cü il tarixli daşınar əmlakın icarəyə verilməsinə dair “icarə” müqaviləsindən görünür ki, İddiaçı məxsus “Toyota Prius” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşın günlük icarə haqqı 25 manat olmaqla 1 il müddətinə 23 aprel 2024-cü il tarixinədək icarəçi Cavabdeh icarəyə verilmişdir. İşdə olan “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmalardan görünür ki, tərəflər arasında avtomaşına dəymiş ziyanla bağlı və digər məzmunda müxtəlif yazışmalar olmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “Toyota Prius” markalı avtomaşına dəymiş zərərin hesablanmasına dair AKT-dan görünür ki, “Toyota Prius” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşında ön sağ qapı rəngsaz 90 manat, dəmirçi 40 manat və armatur işi 40 manat olmaqla, işçiliklərin cəmi 170 manat təşkil etdiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya məxsus olan “Toyota Prius” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə “İcarə” müqaviləsi əsasında cavabdehə icarəyə verilmişdir. Cavabdeh qeyd olunan “icarə” müqaviləsinin bütün şərtlərini oxuyaraq razılaşmış və bütün səhifələrini şəxsən imzalamışdır.Cavabdeh ilk əvvəl müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etsə də, sonradan müvafiq öhdəliklərini yerinə yetirməmiş və nəticədə qeyd olunan avtomobil bu səbəblərə görə ondan geri təhvil götürülmüşdür. İddiaçı tərəfindən maşın təhvil götürülən vaxt cavabdeh tərəfindən avtomobilin qabaq sağ qapısının zədələndiyini aşkar etmişdir. iddiaçı avtomaşının qapısının əzilməsinin səbəbini cavabdehdən soruşmuş, sonuncu isə cavabında yaxın vaxtda əlinə pul düşən kimi həmin hissədəki zədəni lazımi şəkildə təmir etdirəcəyinə söz vermişdir. Cavabdeh ilk vaxtlar belə vədlər versə də, sonradan öz vədinə əməl etməmiş və bunu olduqca absurd bir formada “Allahın küləyinin vurduğu zərər” olması ilə əlaqələndirmişdir. Cavabdehin iddiaçıya məxsus avtomaşına maddi ziyan vurması və eyni zamanda avtomaşının yağının dəyişdirilməməsi nəticəsində iddiaçıya 90 manat maddi ziyan vurması tərəflər arasında olan “Whatsapp” yazışmalarında öz təsdiqini tapmışdır.İddiaçı tərəfindən avtomaşına dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmiş və qeyd olunan şirkət tərəfindən iddiaçıya təqdim edilən “Dəymiş zərərin hesablanmasına dair AKT”-da avtomaşına vurulan zərərin 170 manat olması müəyyən edilmişdir. Avtomobil cavabdehin istifadəsində olduğu zaman sonuncu avtomobilin mühərrikinin yağının dəyişdirilməsini təmin etməli olduğu halda bunu etməmiş və iddiaçı ilə aralarında olan “Whatsapp” yazışmalarında iddiaçıya 90 manat borclu olduğunu etiraf etsə də həmin məbləği ödəməmişdir. “Whatsapp” yazışmalarında cavabdehin 40 manat cərimələrlə birlikdə 110 manat borclu olması və həmin 110 manat borcdan 20 manat ödənişi edərək sonda 90 manat (110-20=90 manat) borcunun qalması açıq-aşkar sübut olunur.İddiaçı cavabdehdən xeyrinə “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının cavabdehin istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat olmaqla, cəmi 260 manat pulun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının öz təqsiri üzündən avtomaşının qabaq sağ qapısı yaxşı bərkidilmədiyi üçün özü-özünə açılma nəticəsində qapıda xırda batıq yarandığını,onun avtomaşına vurulmuş maddi ziyanda heç bir təqsirinin olmadığını,ondan tələb edilən 90 manat pulun 40 manatı dayanma-durma cəriməsi olduğunu, 50 manatı isə yağ dəyişmə xərci olduğunu,40 manat dayanma-durma cəriməsini ödədiyini, 50 manat yağ dəyişmə xərcindən isə 20 manatını ödədiyini, hazırda iddiaçıya 30 manat borcu qaldığını, həmin məbləği sonuncuya ödəməyə razı olduğunu, hazırda heç bir yerdə işləmədiyini və himayəsində iki azyaşlı uşağı olmaqla maddi vəziyyətinin yaxşı olmadığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən,öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlər və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədlərinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazıminca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən,öhdəliyin onun icrası üçün müəyyən edilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən,borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər arasında icarə müqaviləsi mövcud olduğundan iddia tələbinin qanunu əsası olan icarə hüquq münasibətlərinə əsasən əcavabdehdən iddiaçının xeyrinə “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının cavabdehin istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat olmaqla, cəmi 260 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad olunduğundan mülki iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə “Toyota Prius” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 170 manat və həmin avtomaşının cavabdehin istifadəsində olduğu vaxt mühərrikin yağının dəyişdirilməməsinə görə yaranmış 90 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində pul tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-837/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-837/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver