Məhkəmə qərarları › İş №e-2(037)-848/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-848/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-848/2022 03.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 03 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 004A**********S saylı sazişin ləğv edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4712.58 manat kredit borcu, 428.39 manat faiz borcu, 816.13 manat cərimə borcu olmaqla, ümumilikdə 5957.10 manat borcun və 79.57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.75% dərəcəsi ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə 20 dekabr 2019-cu il tarixli 004G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Tərəflərin imzaladıqları 22 fevral 2021-ci il tarixli 004A**********S saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 noyabr 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4287.42 manat ödəmiş, onun 4712.58 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10 may 2022-ci il tarixə 166 gün üçün hesablanmış faiz borcu 428.39 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 10 may 2022-ci il tarixə 166 gün üçün hesablanmış cərimə 816.13 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadıqlarından iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 79.57 manat vəsait sərf etmişdir. İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 004A**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4712.58 manat kredit borcu, 428.39 manat faiz borcu, 816.13 manat cərimə borcu olmaqla, ümumilikdə 5957.10 manat borcun və 79.57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən ona hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.75% dərəcəsi ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə 20 dekabr 2019-cu il tarixli 004G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə aralarında bağlanmış 22 fevral 2021-ci il tarixli 004A**********S saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. O, götürdüyü kredit borcundan 4287.42 manat ödəmiş və 4712.58 manat borcu qalmışdır. O, kredit borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Sonradan pandemiya ilə əlaqədar işləmədiyindən kredit borcunu hər ay vaxtlı vaxtında ödəyə bilməmişdir. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10 may 2022-ci il tarixə 166 gün üçün 428.39 manat faiz borcu və 816.13 manat cərimə borcu hesablanmışdır. O, İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və müqaviləyə dəyişiklik edilməsinə dair 22 fevral 2021-ci il tarixli 004A**********S saylı saziş üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən onun və digər Cavabdeh2 maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən etiraf etdiyini, onun və digər cavabdehin maddi vəziyyətləri nəzərə alınmaqla cərimə məbləğindən azad edilmələrini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. 20 dekabr 2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.75% dərəcəsi ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 20 dekabr 2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından müəyyən edilir ki, Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində 9000 manat əsas və 3261.92 manat faiz borcu olmaqla, cəmi 12261.92 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 20 dekabr 2019-cu il tarixli 004G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən digər cavabdeh Aygün Cavabdeh1 Haşımlı ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 22 fevral 2021-ci il tarixli 004A**********S saylı saziş və sazişə əlavə olunmuş ödəniş planından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş və dəyişikliyə əsasən Cavabdeh1 22 fevral 2021-ci il tarixli 004A**********S saylı saziş üzrə 25 ay müddətində 6388.64 manat əsas və 1678.49 manat faiz borcu olmaqla, cəmi 8100.97 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 04 may 2022-ci il tarixli xəbərdarlıq bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. 24 may 2022-ci il tarixli 6426 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 004A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 10 may 2022-ci il tarixinə yaranmış ümumi borcu 5957.10 manat məbləğində olmuşdur. 24 may 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 79.57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.75% dərəcəsi ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə 20 dekabr 2019-cu il tarixli 004G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır.Tərəflərin imzaladıqları 22 fevral 2021-ci il tarixli 004A**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 noyabr 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4287.42 manat ödəmiş, onun 4712.58 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10 may 2022-ci il tarixə 166 gün üçün hesablanmış faiz borcu 428.39 manat və cərimə borcu 816.13 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 004A**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4712.58 manat kredit borcu, 428.39 manat faiz borcu, 816.13 manat cərimə borcu olmaqla, ümumilikdə 5957.10 manat borcun və 79.57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 götürdüyü kredit borcundan 4287.42 manat ödədiyini, sonradan pandemiya ilə əlaqədar işləmədiyindən kredit borcunu hər ay vaxtlı vaxtında ödəyə bilmədiyini, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və müqaviləyə dəyişiklik edilməsinə dair 22 fevral 2021-ci il tarixli 004A**********S saylı saziş üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəyini, onun və digər Cavabdeh2 maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən etiraf etdiyini, onun və digər cavabdehin maddi vəziyyətləri nəzərə alınmaqla cərimə məbləğindən azad edilmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4712.58 manat əsas və 428.39 manat faiz borcunun tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** nömrəli kredit müqaviləsinin 3.1.2-ci bəndində kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam verərək qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004A**********S saylı sazişin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 816.13 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 816.13 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 400 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 79.57 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 004A**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4712.58 manat kredit borcu, 428.39 manat faiz borcu, 400 manat cərimə borcu və 79.57 manat dövlət rüsumu olmaqla, cəmi 5620.54 (beş min altı yüz iyirmi manat əlli dörd qəpik) məbləğ tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar