Məhkəmə qərarları › İş №e-2(037)-861/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-861/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-861/2025 25.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 25 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı knaḃ ınU" Kommersı̇ ya Banki" Açiq Səhmdar Cəmı̇ yyəti sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdeh İbrahı̇ mli Elbəy İdrı̇ s oğlundan xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası üzrə 1676.64 manat əsas, 240.34 manat faiz və 71.35 manat cərimə olmaqla, cəmi 1988.33 manat borcun və 40.29 manat dövlət rüsumunun tutularaq knaḃ ınU" Kommersı̇ ya Banki" Açiq Səhmdar Cəmı̇ yyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəni(aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı cavabdehdən 1676.64 manat əsas, 240.34 manat faiz və 71.35 manat cərimə olmaqla, cəmi 1988.33 manat borcun və 40.29 manat dövlət rüsumunun manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. Cavabdeh İbrahı̇ mli Elbəy İdrı̇ s oğlunun etiraz ərizəsinə əsasən İsmayıllı rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2(037)-862/2025 nömrəli qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasına gəlməmiş, etibarnamə üzrə nümayəndəsi X3 gəlmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, oğlu İbrahı̇ mli Elbəy İdrı̇ s oğlu xırda ticarətlə məşğul olmaq məqsədi ilə kredit götürmüş, zərərə düşdüyündən kredit borcunu ödəyə bilməmişdir. Onlara vaxt verilərsə borcu hissə-hissə ödəyəcəklər. Hesab edir ki, əsas borca hesablanmış faizin məbləği isə yüksəkdir, cavabdehin həmin məbləği ödəməyə imkanı yoxdur. Qeyd etdiklərinə əsasən maddi vəziyyətinin nəzərə alınmasını, faiz və cərimə borcları silinməklə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertasından görünür ki, "Unibank” X6 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh İbrahı̇ mli Elbəy İdrı̇ s oğlu kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 08 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit borcunun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 16 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertasına əsasən cavabdehin 16 may 2025-ci il tarixinə ümumi yaranmış borcu 1988.33 manat məbləğində olmuşdur. 16 may 2025-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 40.29 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025ci il tarixinədək illik 25% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. X2 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı cavabdehdən 1676.64 manat əsas, 240.34 manat faiz və 71.35 manat cərimə olmaqla, cəmi 1988.33 manat borcun və 40.29 manat dövlət rüsumunun manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 borcu hissə-hissə ödəyəcəyini bildirir, qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İbrahı̇ mli Elbəy İdrı̇ s oğlundan xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası üzrə 1676.64 manat əsas, 240.34 manat faiz və 71.35 manat cərimə olmaqla, cəmi 1988.33 manat borc tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 40.29 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin Cavabdeh İbrahı̇ mli Elbəy İdrı̇ s oğlundan xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası üzrə 1676.64 manat əsas, 240.34 manat faiz və 71.35 manat cərimə olmaqla, cəmi 1988.33 manat borcun və 40.29 manat dövlət rüsumu məbləği iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar