Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-866/2024 23.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdeh İsbatova Əmı̇ nə Vüqar qızına qarşı kredit borcunun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İsbatova Əmı̇ nə Vüqar qızından 796,00 manat əsas borc, 119,40 manat cərimə borcu və 30,40 manat ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 945,80 manat borcun alınaraq iddiaçı BOKT "xxxx" QSCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 21 iyun 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 25 iyun 2024-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İsbatova Əmı̇ nə Vüqar qızına 19 ay müddətinə qaytarılmaq şərti ilə 2380,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında 29 yanvar 2022-ci il tarixli 006-EMB-0085-22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən cabadehin iddiaçıya 14 may 2024-cü il tarixə əsas borcu 796,00 manat, faiz borcu 0,00 manat, cərimə borcu 119,40 manat olmaqla ümumi borcu 915,40 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 16 oktyabr 2023-cü il tarixli, 5024/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görədə iddaçı müraciət edərək cavabdeh İsbatova Əmı̇ nə Vüqar qızından 796,00 manat əsas, 119,40 manat cərimə borcu və 30,40 manat ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 945,80 manat borcun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. - 006-EMB-0085-22 nömrəli 29 yanvar 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, 19 ay müddətinə 2380,00 manat məbləğində krеdit vеrilmişdir. - 006-EMB-0085-22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 2380,00 manat əsas və 0 manat faiz olmaqla cəmi 2380,00 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 16 oktyabr 2023-cü il tarixli 5024/23 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 29 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin beş gün ərzində iddiaçının hesabına ödənilməsi tələb olunmuşdur. - 14 may 2024-cü il tarixli MA-0035736-24 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 006-EMB-0085-22 nömrəli 29 yanvar 2022-ci il tarixli müqavilə üzrə 14 may 2024-cü il tarixə 796,00 manat əsas, 0 manat faiz, 119,40 manat cərimə - cəmi 915,40 manat borcu qaldığı qeyd olunmuşdur. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 006-EMB-0085-22 nömrəli 29 yanvar 2022-ci tarixli müqaviləyə əsasən cavabdehə 19 ay müddətinə 2380,00 manat məbləğində kredit verilmişdir. Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Cavabdehin 3006-EMB-0085-22 nömrəli 29 yanvar 2022-ci il tarixli müqavilə üzrə 796,00 manat əsas, 119,40 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 796,00 manat əsas borc, 119,40 manat cərimə, 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 945,80 qəpik məbləğinin alınaraq hesabına ödənilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti, ona hesablanmış faiz və cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İsbatova Əmı̇ nə Vüqar qızından 796,00 manat əsas borc, 119,40 manat cərimə və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 945 (doqquz yüz qırx beş) manat 80 (səksən) qəpik məbləği alınaraq iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-866/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-866/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver