Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-9/2023 28.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki işə 28 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borc məbləği,xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda),xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya,cəmi 7188.36 manat məbləğində pul vəsaitinin və 91.89 manat dövlət rüsumu məbləğinin və 0.40 manat çəkilmiş xərcin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 28 iyul 2023-cü il tarixli, e-2(037)-9/2023 saylı qərardadı ilə iddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə iddia tələbinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borc məbləğinin tutulmasına dair hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı ASC "xxxx" Bankı tələbini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% ödənilməsi şərti ilə,15 000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə Hüseyn Xəlilov arasında sonuncuya məxsus İsmayıllı şəhəri,Məhsəti küçəsində istifadədə olan 0.0588 hektar torpaq sahəsində yerləşən 20 nömrəli,1 mərtəbəli,111.97 kv.m ümumi,68.3 kv.m yaşayış və 43.67 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2013-cü il tarixli, **********07113/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və xx.xx.2013-cü il tarixli **********07113 saylı kredit müqaviləsi üzrə 5400.18 manat əsas borc,380.40 manat kreditdən istifadəyə görə adi faizlər üzrə borcu,50 manat xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə,117.75 manat əldən çıxmış faydanın əvəzi kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış faiz borcu,ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 15 manat olmaqla, cəmi 6020.33 manat məbləğin Cavabdeh alınaraq ASC "Xalq” Bankına ödənilməsi,6020.33 manat məbləğin xx.xx.2013-cü il tarixli **********07113/1 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa uyğun olaraq İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0.0588 ha torpaq sahəsində yerləşən Hüseyn Xəlilovun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********52-10301 reyestr nömrəsi,190704510 qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydə alınmış 1 mərtəbəli,111.97 kv.m ümumi,68.3 kv.m yaşayış və 43.67 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi,ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi,Cavabdeh,Hüseyn Xəlilovun, Xavərzəmin Xəlilovanın, Elman Xəlilovun və Nazilə Xəlilovanın tutma ipoteka qoyulmuş evə yönəldikdə və ev hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində fərdi yaşayış evini tərk etmədikdə evdən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli 2(102)-1049/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin ipoteka predmeti satılmadığından onun alınması iddiaçı ASC "Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir.Bununla bağlı əmlakın alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "Xalq” Bankı tərəfindən imzalanmış Hərracın nəticələri haqqında №37/09 nömrəli protokol və iddiaçı ASC "Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən əmlakın son satış qiyməti 12750 manat məbləğində müəyyən edilmişdir.İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinədək hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır.Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 4128.91 manat təşkil etmişdir.İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır.Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq,cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərilərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur.Bu normanın hüquqi mahiyyəti bir daha "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır.Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: "Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır.Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır.Belə ki,müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir".Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarının nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, "kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin),həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bundan əlavə,müvafiq qərarda qeyd olunur ki,"Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. "Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar. az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi,AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada istehlak kreditlərinin xx.xx.2019-cu il tarixə illik faiz dərəcəsi 24% təşkil edir. Beləliklə,yuxarıda göstərilənlərə əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2021-ci il tarixə kimi isə müvafiq Qaydalarda xx.xx.2019-cu il tarixə istehlak kreditləri üzrə orta faiz dərəcəsinin illik 24% təşkil etdiyinin göstərilməsinə baxmayaraq,Kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi 19%-lə hesablanmalı olduğunun qənaətindədir və müvafiq hesablanma aparıldıqdan sonra qeyd olunan dövrlər üzrə bu məbləğ 2805.41 manat təşkil edir.Odur ki, məhkəmədən xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borc məbləği,xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya,cəmi 7188.36 manat məbləğində pul vəsaitinin və 91.89 manat dövlət rüsumu məbləğinin və 0.40 manat çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 təmsil etmişdir. Cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,Cavabdeh qardaşıdır.ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə,illik 19% ödənilməsi şərti ilə,15000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini yerinə yetirmək məqsədi ilə atası Hüseyn Xəlilovla ASC "xxxx" Bankı arasında xx.xx.2013-cü il tarixli **********07113/1 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən atasına məxsus İsmayıllı şəhəri,Məhsəti küçəsində 0.0588 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyindən bank kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin 07 mart 2017-ci il tarixli 2(037)-19/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2013-cü il tarixli **********07113 saylı kredit müqaviləsi üzrə 5400.18 manat əsas borc,380.40 manat kreditdən istifadəyə görə adi faizlər üzrə hesablanmış faiz borcu,50 manat xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə, 117.75 manat əldən çıxmış faydanın əvəzi kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış faiz borcu,ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 15 manat olmaqla,cəmi 6020.33 manat məbləğinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilməsi, 6020.33 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən 0.0588 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 5 otaqlı, 111.97 kv.metr ümumi, 68.3 kv.metr yaşayış, 43.67 kv.metr köməkçi sahəsi olan 20 saylı fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi,ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Hüseyn Xəlilov, Xavərzəmin Xəlilovanın,onun və Nazilə Xəlilovanın yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən çıxarılmaları qət edilmişdir.Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı,xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək,İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli 2(102)-1049/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı,xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)- 19/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün İsmayıllı rayon icra Şöbəsinə göndərilmişdir.İsmayıllı rayon icra Şöbəsi gizlin hərrac təşkil edərək ipoteka predmeti olan əmlakı hərraca çıxamış,ipoteka predmeti satılmadığından dəyərindən çox aşağı qiymətə bank tərəfindən balansa götürülmüşdür.İsmayıllı rayon icra Şöbəsi təşkil etdiyi hərrac barədə Cavabdeh və ipoteka predmeti olan əmlakın mülkiyyətçisinə məlumat verməmişdir.Cavabdeh keçirilmiş hərrac barədə və ipoteka predmeti olan əmlakın bankın balansına keçməsi barədə heç bir məlumatı olmamışdır.İpoteka predmeti olan fərdi yaşayış evi bankın balansına keçdikdən sonra Cavabdeh həmin əmlakı banka təhvil verməmişdir və həmin əmlak hazırda Cavabdeh və ailə üzvlərinin istifadəsindədir. Cavabdeh məhkəmə qətnaməsi ilə qeyd edilmiş kredit borcunu ödəmişdir.Buna baxmayaraq iddiaçı ASC "xxxx" Bankı yenidən Cavabdeh qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Cavabdeh hazırda xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankına borcu qalmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını,işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki,işdə olan xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsindən və ona Əlavədən görünür ki, ASC "xxxx" Bankı tərəfindən borc alan Cavabdeh istehlak məqsədi üçün 36 ay müddətinə, illik 19 faiz ödənilməsi şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verməyi, borc alan isə ödəniş cədvəli üzrə xx.xx.2013-xx.xx.2016-cı illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüş, öhdəliyinin icrasının təminatı qismində xx.xx.2013-cü il tarixli **********07113/1 nömrəli ipoteka müqaviləsi ilə ipoteka predmeti olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvədə olan 07 mart 2017-ci il tarixli 2(037)-19/2017 nömrəli qətnaməsindən görünür ki,ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********07113 saylı kredit müqaviləsi üzrə 5400.18 manat əsas borc,380.40 manat kreditdən istifadəyə görə adi faizlər üzrə hesablanmış faiz borcu,50 manat xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə,117.75 manat əldən çıxmış faydanın əvəzi kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış faiz borcu,ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 15 manat olmaqla, cəmi 6020.33 manat məbləğinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilməsi,6020.33 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri,Məhsəti küçəsində yerləşən 0.0588 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 5 otaqlı, 111.97 kv.metr ümumi, 68.3 kv.metr yaşayış, 43.67 kv.metr köməkçi sahəsi olan 20 saylı fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi,ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Hüseyn Xəlilov,Xavərzəmin Xəlilovanın,Elman Xəlilovun və Nazilə Xəlilovanın yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən çıxarılmaları qət edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********52-10301 reyestr nömrəli Çıxarışdan görünür ki,İsmayıllı şəhəri,Məhsəti küçəsi ev 20 ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan 0.0588 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 111.97 kv.metr olan fərdi yaşayış evi "xxxx" ASC-nin mülkiyyətindədir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü il tarixli №9/4057 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan çıxarış məlumatları,tərəflər arasında bağlanmış 08 aprel 2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsinin şərtləri və ekspertiza qarşısında qoyulmuş suallarda göstərilənlər nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5%-lə əsas kredit borcu 5.355,97 manat,faiz borcu (ə.ç.f- 5%-lə) 1.078,68 manat,cəmi 6434.65 manat,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik 19%-lə əsas kredit borcu 0.00 manat,faiz borcu (ə.ç.f-19%-lə 4941.89 manat, cəmi 4941.89 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5%lə əsas kredit borcu 0.00 manat,faiz borcu (ə.ç.f-5%-lə) 1021.92 manat,cəmi 1021.92 manat məbləğində müəyyən edilmişdir. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2013-cü il tarixdə **********07113 nömrəli kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 15000 manat məbləğində pulu cavabdehə verməyi,cavabdeh isə xx.xx.2013-xx.xx.2016-cı illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür.Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə Hüseyn Xəlilov arasında həmin tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin 0.0588 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır.Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc,faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır.Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1396/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli 2(102)-1049/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək,Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı,xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığından onun alınması iddiaçı ASC "Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Bununla bağlı əmlakın alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "Xalq” Bankı tərəfindən imzalanmış Hərracın nəticələri haqqında №37/09 nömrəli protokol və 29 aprel 2021-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir.Əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən əmlakın son satış qiyməti 12750 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq,həmin əmlak cavabdeh tərəfindən banka könüllü təhvil verilməmiş və hazırda cavabdehin istifadəsindədir.Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Məhkəmə,həmçinin müəyyən etdi ki,qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilmədiyindən,həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmədiyindən iddiaçı bank xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya hesablamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki,qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilmədiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin başa çatmamasına səbəb olmuşdur.Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki,müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının,ilk növbədə,onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə,tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün,o,MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki,tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmamış,yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəməyərək ipoteka predmeti olan əmlakını könüllü şəkildə iddiaçı banka təhvil verməmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir.Ona görə də iddiaçı bank tərəfindən qalıq borc məbləğinə əldən çıxmış fayda və peniya hesablanmışdır. Eləcə də,digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir.Çünki cavabdeh tərəf kreditin təminatı olaraq fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilmiş, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin qətnamə üzrə borcun tam ödənilməsinin gecikməsi nəticəsində iddiaçı bankın zərərə məruz qalmasına səbəb olmuşdur.Cavabdeh qanunla nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə qətnaməsindən apelyasiya və kassasiya şikayətləri vermiş,qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə borcunu tam ödəməyərək ipoteka predmeti olan əmlakını iddiaçının balansında olmasına baxmayaraq həmin əmlakı könüllü banka təhvil verməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etmədiyindən iddiaçı bank tərəfindən xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3,423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki,öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri).Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması,zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki,Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur.Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi,faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə,öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında,kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar-borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Göründüyü kimi Konstitusiya Məhkəməsi sözügedən qərarında öhdəliyin borclu tərəfindən icra olunmuş hesab olunması üçün məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla,onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermə ilə şərtləndirmişdir.Hazırkı mübahisə üzrə borclu isə girov əmlakı tələbkara könüllü təhvil verməmiş,bununla da üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması,əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,iddia tələbi Cavabdeh iddiaçı xxxxnın xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda) məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki,xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək hesablanmışdır. xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) məbləği cəmi 2805.41 manat təşkil etdiyi halda, xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat hesablanmış peniya məbləği yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki,cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya məbləğinin tutulması qismən 535 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş,xx.xx.2023-cü il tarixli,9/4057 saylı ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyində Cavabdeh "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5%-lə əsas kredit borcu 5.355,97 manat,faiz borcu (ə.ç.f- 5%-lə) 1.078,68 manat,cəmi 6434.65 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik 19%-lə əsas kredit borcu 0.00 manat,faiz borcu (ə.ç.f-19%-lə 4941.89 manat,cəmi 4941.89 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5%lə əsas kredit borcu 0.00 manat,faiz borcu (ə.ç.f-5%-lə) 1021.92 manat,cəmi 1021.92 manat məbləğində müəyyən edilməsi yüksək məbləğdir və iddiaçının iddia tələbində cavabdehdən tələb etdiyi məbləğdən artıq hesablanmışdır.Ekspert rəyində qeyd edilən məbləğin qəbul edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər.Eyni zamanda iddiaçı tərəfindən cavabdehdən tələb edilən məbləğin həcminin artırılması barədə məhkəməyə vəsatət verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspert rəyində qeyd edilən məbləğ iddiaçının cavabdehdən tələb etdiyi məbləğdən artıq hesablandığından sübut kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 91.89 manat dövlət rüsumu məbləğinin 53.41 manatı və çəkilmiş xərcə görə 0.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı,ödənilmiş dövlət rüsumunun qalan 38.48 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı xxxxnın xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 535 manat məbləğində peniya və 53.41 manat dövlət rüsumu və 0.40 manat çəkilmiş xərc olmaqla, ümumilikdə cəmi 3394.22 (üç min üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-9/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-9/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver