Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-90/2025 24.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 6987,83 manat əsas, 427 manat faiz, cəmi 7414,83 manat borc və 94,15 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 fevral 2024cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 74 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7104,74 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. 15 noyabr 2024-cü il tarixə cavabdehin 27 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 6987,83 manat əsas və 427 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də cavabdehdən 6987,83 manat əsas, 427 manat faiz, cəmi 7414,83 manat borc və 94,15 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 27 fevral 2024-cü il tarixli RGTK6572199B232 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 74 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7104,74 manat kredit verilmişdir. - 27 fevral 2024-cü il tarixli RGTK6572199B232 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh 74 ay ərzində 7104,74 manat əsas borc və 4710,90 manat faiz borcu – cəmi 11815,64 manat ödəməyi öhdəsinə götürmüşdür. - 23 oktyabr 2024-cü il tarixli 10-929-16/MH27850 nömrəli bildirişin surətindən görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 16 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 94,15 manat dövlət rüsumu ödənilmişdir. - 22 noyabr 2024-cü il tarixli 01/488 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 27 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 15 noyabr 2024-cü il tarixə 6987,83 manat əsas, 427 manat faiz, cəmi 7414,83 manat borcu qaldığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 27 fevral 2024-cü il tarixli RGTK6572199B232 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 74 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7104,74 manat kredit verilmişdir. Cavabdeh 74 ay ərzində 7104,74 manat əsas borc və 4710,90 manat faiz borcu – cəmi 11815,64 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit borcunun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı cavabdehdən 6987,83 manat əsas, 427 manat faiz, cəmi 7414,83 manat borc məbləğinin və 94,15 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə fikrini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 6987,83 manat əsas borc, 427 manat faiz borcu və 94,15 manat dövlət rüsumu – cəmi 7508,98 manat borc məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6987,83 manat əsas borc, 427 manat faiz borcu və 94,15 manat dövlət rüsumu – cəmi 7508 (yeddi min beş yüz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-90/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-90/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver