Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-908/2024 02.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********34013 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki işə 02 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC "xxxx" Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 89,93 manat məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən (işin məhkəməyə verildiyi tarix) xx.xx.2016-cı il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş illik 22% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldə çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış faydanın əvəzi,kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış xx.xx.2016-cı il tarixinə bu məbləğ 56,10 manat təşkil edən cərimə borcu,cəmi 3777,84 manat məbləğində pul vəsaiti,dövlət rüsumunun ödənilməsi üzrə 57.77 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh İddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli, e-2(037)-908/2024 saylı qərardadı ilə iddia tələbi xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 89,93 manat məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən (işin məhkəməyə verildiyi tarix) xx.xx.2016-cı il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş illik 22% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. İddiaçı ASC "xxxx" Bankı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə X1 arasında 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür.Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 №-li qətnaməsi ilə bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 3173,73 manat əsas borc, 804,01 manat faiz borcu, 50,0 manat penya olmaqla cəmi - 4027,74 manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Əhməd Məmmədovdan birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.Qətnamədən cavabdeh Əhməd Məmmədov (zamin) tərəfindən apellyasiya şikayəti verilmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2(107)-975/16 nömrəli qətnaməsi ilə cavabdeh Əhməd Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(037)- 616/2016 №-li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh zamini X1 tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Bildirmək istəyir ki, sözügedən qətnamə ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş 89,93 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2016-cı il tarixinə bu məbləğ 56,10 manat təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”.Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz.Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2024-cü il tarixinə orta illik faiz dərəcəsi 21% təşkil edir.Beləliklə, yuxarıda göstərilənlərə əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmalı olduğunun qənaətindədir və müvafiq hesablanma aparıldıqdan sonra qeyd olunan dövrlər üzrə bu məbləğ 3631.81 manat təşkil edir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 89,93 manat məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən (işin məhkəməyə verildiyi tarix) xx.xx.2016-cı il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş illik 22% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldə çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış faydanın əvəzi,kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış xx.xx.2016-cı il tarixinə bu məbləğ 56,10 manat təşkil edən cərimə borcu, cəmi 3777,84 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun ödənilməsi üzrə 57.77 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqı məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, onunla ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********34013 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh X1 arasında 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin onun kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Onun tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyinə görə Bank “xx.xx.2013-cü il tarixli **********34013 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada ondan və zamindən tutulması haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 №-li qətnaməsi ilə bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, ondan və X3dan birgə qaydada iddiaçı ASC "xxxx" Bankının xeyrinə 3173,73 manat əsas borc, 804,01 manat faiz borcu, 50,0 manat penya olmaqla cəmi - 4 027,74 manat məbləğinin,məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun tutulması qət edilmiş,iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh Əhməd Məmmədov (zamin) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2(107)-975/16 nömrəli qətnaməsi ilə cavabdeh Əhməd Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 №-li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun zamini Əhməd Məmmədov tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Onun hazırda banka heç bir borcu qalmamışdır. X3 qətnamə üzrə banka olan borcdan artıq olaraq 1600 manat artıq vəsait ödəmişdir. Bununla bağlı X3 bankla əlaqə saxlamış, bankın əməkdaşı X3a sözügedən məsələnin araşdırılacağını bildirmişdir.Lakin X3 vəfat etdiyindən həmin məsələ yarımçıq qalmışdır. Bundan əlavə onun kredit borcu restruktruzasiya olunmuş kreditlər siyahısına daxil olsa da, ASC "xxxx" Bankı onun kreditini restruktruzasiya etməmişdir. Bununla bağlı Mərkəzi Banka və Əmanətlərin Sığortalanması Fonduna bir neçə dəfə rəsmi və şəxsən müraciətlər etmişdir. Həmin təşkilatların ona ünvanladıqları müraciətlərdə onun kredit borcunun restruktruzasiya olunmuş kreditlər siyahısında olduğunu və bununla bağlı ASC "xxxx" Bankına məktub göndərildiyini bildirmişlər. Bununla bağlı o ASC "xxxx" Bankına dəfələrlə rəsmi müraciət etsə də, bank tərəfindən onun müraciətinə cavab verilməmişdir. Qətnamə üzrə borc tam ödənilmişdir və onun hazırda banka heç bir borc qalmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki,iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli **********34013 nömrəli kredit müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM №-li zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə X1 arasında 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. İşdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvədə olan 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və Əhməd Məmmədovdan birgə qaydada iddiaçı ASC "xxxx" Bankının xeyrinə 3173,73 manat əsas borc, 804,01 manat faiz borcu, 50,0 manat penya olmaqla cəmi - 4 027,74 manat borc məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2(107)-975/16 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Əhməd Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli,2(037)-616/2016 №-li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə X1 arasında 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13 may 2016-cı il tarixli,2(037)-616/2016 №-li qətnaməsi ilə bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 3173,73 manat əsas borc, 804,01 manat faiz borcu, 50,0 manat penya olmaqla cəmi - 4 027,74 manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Əhməd Məmmədovdan birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.Qətnamədən cavabdeh Əhməd Məmmədov (zamin) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2(107)-975/16 nömrəli qətnaməsi ilə cavabdeh Əhməd Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli,2(037)-616/2016 №-li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra zamin cavabdeh X1 tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir.Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh zamin tərəfindən tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə,kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə X1 arasında 13 sentyabr 2013-cü il tarixli **********34013/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2013-cü il tarixli **********34013 №-li kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 №-li qətnaməsi ilə bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 3173,73 manat əsas borc, 804,01 manat faiz borcu,50,0 manat penya olmaqla cəmi -4027,74 manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Əhməd Məmmədovdan birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh Əhməd Məmmədov (zamin) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2(107)-975/16 nömrəli qətnaməsi ilə cavabdeh Əhməd Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 №-li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh zamini X1 tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir.Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh zamin tərəfindən tam şəkildə icra edilmişdir. Qətnamə üzrə banka olan borcun tam ödənilməsinə baxmayaraq, iddiaçı bank xx.xx.2013-cü il tarixli **********34013 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında 89,93 manat məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən (işin məhkəməyə verildiyi tarix) xx.xx.2016-cı il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş illik 22% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc,kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış faydanın əvəzi və kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış xx.xx.2016-cı il tarixinə 56,10 manat təşkil edən cərimə məbləğinin cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir. Mülki iş materiallarında olan iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 nömrəli kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən Cavabdeh 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması,hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Məhkəmə bankın kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış xx.xx.2016-cı il tarixinə 56,10 manat təşkil edən cəriməni tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış xx.xx.2016-cı il tarixinə 56,10 manat məbləğində cərimənin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 saylı kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2016-cı il tarixinə kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 56.10 manat məbləği təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 50 manat cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********34013 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(037)-616/2016 saylı qətnaməsində tutulması qət edilmiş 4027.74 manat məbləği xx.xx.2024-cü il tarixdə zamin cavabdeh X1 tərəfindən tam şəkildə iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddia tələbinin kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış fayda illik 5% dərəcəsi ilə, xx.xx.2019cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə razılaşan məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni məhz cavabdeh tərəfindən vaxtında qaytarılmamış kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış fayda illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış fayda 3631.81 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış fayda illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış fayda 3631.81 manat məbləğ əsas götürülməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh iddiaçı xxxxnın xeyrinə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 57.77 manat dövlət rüsumu məbləğinin 56.31 manatı və çəkilmiş xərcə görə 0.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.46 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı xxxxnın xeyrinə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2024-cü il tarixə kimi isə 21% ilə hesablanmış 3631.81 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 56.31 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc və 0.40 manat məbləğində xidmət haqqı məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 1.46 manat hissəsi isə iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-908/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-908/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver