Məhkəmə qərarları › İş №e-2(037)-909/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-909/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-909/2025 03.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2109,47 manat əsas borcun və 41,09 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı hesabına ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Qəmbərov Vüsal Əli oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da 21 sentyabr 2017-ci il tarixli S-FK-YEV-41 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Belə ki, "xxxx" ASC ilə Qəmbərov Vüsal Əli oğlu arasında bağlanmış 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014- Yev58 nömrəli kredit müqaviləsinə əsasən Qəmbərov Vüsal Əli oğluna istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 10000 (on min) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014-Yev58 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, cavabdeh Qəmbərov Vüsal Əli oğlu tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdeh Qəmbərov Vüsal Əli oğlunun iddiaçıya olan əsas borcu 2109,47 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh Qəmbərov Vüsal Əli oğlu tərəfindən heç bir ödəniş aparılmamışdır. İddiaçı cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2109,47 manat əsas borcun və 41,09 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı hesabına ödənilməsi qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 03 iyun 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC ilə Qəmbərov Vüsal Əli oğlu arasında bağlanmış 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Vüsal Qəmbərova istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 10000 (on min) manat kredit verilmişdir. - 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, cavabdeh Qəmbərov Vüsal Əli oğlu kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində 10000 manat əsas və 3747,21 manat faiz olmaqla cəmi 13747,21 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014-Yev58 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, "xxxx" ASC ilə Qəmbərov Vüsal Əli oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə Vüsal Qəmbərov Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh3 və Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. - 21 sentyabr 2017-ci il tarixli S-FK-YEV-41 nömrəli aktın surətindən görünür ki, Qəmbərov Vüsal Əli oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ təhviltəslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. - 16 oktyabr 2024-cü il tarixli 629 nömrəli sonuncu xəbərdarlığın surətindən görünür ki, cavabdehlərdən 16 oktyabr 2024-cü il tarixə yaranmış 2309,47 manat əsas kredit borcunun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - Cavabdeh Qəmbərov Vüsal Əli oğlunun 08 may 2025-ci il tarixə olan kredit borcu barədə məlumatdan görünür ki, onun 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2109,47 manat əsas borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən 41,09 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Qəmbərov Vüsal Əli oğlu arasında bağlanmış 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014- Yev58 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Vüsal Qəmbərova istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 10000 (on min) manat kredit verilmişdir. Cavabdeh Qəmbərov Vüsal Əli oğlu kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində 10000 manat əsas və 3747,21 manat faiz olmaqla cəmi 13747,21 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 15 iyul 2014-cü il tarixli 435-xx.xx.2014-Yev58 saylı zaminlik müqavilələrinə əsasən "xxxx" ASC ilə Qəmbərov Vüsal Əli oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə Vüsal Qəmbərov Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh3 və Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Qəmbərov Vüsal Əli oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ 21 sentyabr 2017-ci il tarixli S-FK-YEV-41 nömrəli təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Cavabdehlər müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq müqavilə şərtlərini yerinə yetirməmişlər. Nəticədə cavabdeh Vüsal Qəmbərovun iddiaçıya 2109,47 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2109,47 manat əsas borcun və 41,09 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı hesabına ödənilməsi qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair münasibət bildirməmişlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2109,47 manat əsas və 41,09 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Qəmbərov Vüsal Əli oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2109,47 manat əsas və 41,09 manat dövlət rüsumu olmaqla cəmi 2150 (iki min bir yüz əlli) manat 56 (əlli altı) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar