Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-916/2023 07.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə olmaqla cəmi 1449,24 manat borcun və 34,9 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 1223nkSUM\22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 % ilə 1313 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə olmaqla, cəmi 1449,24 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 01 avqust 2023-cü il tarixdə göndərilmişdir. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşamadığı və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 19 sentyabr 2022-ci il tarixli 1223nkSUM/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 25 % olmaq şərtilə 18 sentyabr 2025-ci il tarixədək 1313 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli 12252sBKX/19 nömrəli müqavilə üzrə 568,25 manat, 18 noyabr 2020-ci il tarixli 11146sBKX/20 nömrəli müqavilə üzrə 739,63 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. - 1223nkSUM/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 53 manat ödəməklə 1313 manat əsas, 558,9 manat faiz – cəmi 1871,9 manat ödəməyi öhdəsinə götürmüşdür. - 06 mart 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 1223nkSUM/22 nömrəli kredit müqaviləsi üzrə 6 mart 2023-cü il tarixə yaranmış 1281,78 manat əsas, 67,04 manat faiz, 2,05 manat cərimə olmaqla cəmi 1350,87 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 18 iyun 2023-cü il tarixli UB-BANK/PİKMD/1112508 nömrəli arayışdan görünür ki, cavabdehin 1223nkSUM/22 nömrəli kredit müqaviləsi üzrə 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə olmaqla cəmi 1449,24 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 18 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,9 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 1223nkSUM/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 noyabr 2020-ci il tarixli 12252sBKX/19 nömrəli müqavilə üzrə 568,25 manat, 18 noyabr 2020-ci il tarixli 11146sBKX/20 nömrəli müqavilə üzrə 739,63 manat borcun ödənilməsi məqsədi ilə 18 sentyabr 2025-ci il tarixədək illik 25 % olmaq şərtilə 1313 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 53 manat ödəməklə 1313 manat əsas, 558,9 manat faiz – cəmi 1871,9 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə olmaqla cəmi 1449,24 manat borcu vardır. İddiaçı cəmi 1449,24 manat borcu və ödənilmiş 34,9 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə və 34,9 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1484,14 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1281,78 manat əsas, 159,04 manat faiz, 8,42 manat cərimə və 34,9 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1484 (bir min dörd yüz səksən dörd) manat 14 (on dörd) qəpik məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(037)-916/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-916/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver