Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-919/2025 27.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdеh Cavabdeh iddiaçı "xxxx" ASC-nin хеyrinə 18199,9 manat əsas, 3958,35 manat faiz borcu olmaqla, ümumilikdə 21158,75 manat məbləğində kredit borcunun, ödənilmiş 156,48 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının vəsatətini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh əldə olunmuş şəxsi məlumatlarından görünür ki, o, 13 aprel 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsi ilə Cavabdeh vəfat etdikdən sonra, yəni 04 iyun 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-ci il tarixdə vəfat etsə də, iddiaçı vəfat etmiş şəxsə qarşı 2025-cü il tarixdə iddia qaldırmış, kredit müqaviləsi isə 2023-cü ildə bağlanmışdır. Mülki Prosessual Məcəllənin 254.1.1 və 261.0.7-ci maddələrində nəzərdə tutulmuş hallar iş üzrə tərəfin məhkəmə prosesi dövründə ölməsi ilə bağlı prosessual qaydaları müəyyən etməkdədir. Lakin, hazırkı işin halına görə isə iddiaçı həyatda olmayan şəxsə qarşı iddia qaldırmışdır ki, bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan məhz iddiaçı ərizənin qanunla müəyyən olunmuş məzmununa əməl etməli, bununla bağlı hər hansı qüsur olduqda isə məhkəmənin icraatına qəbul edilmiş işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları məhkəmə baxışının gedişində aradan qaldırmalıdır. Göründüyü kimi mülki qanunvericilik yalnız bu Məcəllənin tələblərinə riayət edilməklə verilmiş iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. Belə olan təqdirdə nöqsanlar aradan qaldırılmadan məhkəmə icraatının həyata keçirilməsi mümkün deyildir. Belə ki, hüquq varisliyinə yol verilən iddialarda ölmüş şəxsin vərəsələrinin məhkəmə tərəfindən müəyyən edilməsi istisna deyildir, lakin mülki prosessual qanunvericilik məhz bu Məcəllənin tələblərinə riayət edilməklə verilmiş iddia ərizələrinin məhkəmə icraatını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün olmamaqla, məhkəmə icraatının həyata keçirilməsi də istisna olunur. Belə ki, cavabdeh kimi qeyd edilən şəxs vəfat etmişdir. Buna görə də iddiaçı yalnız vəfat etmiş şəxsin mirası qəbul edən vərəsələrini müəyyən etdiyi təqdirdə həmin şəxslərə, o cümlədən tələbin ipoteka predmetinə yönədlilməsi ilə bağlı ipoteka qoyan şəxsə qarşı iddia qaldırmaqda haqlı ola bilər. Məhkəmə, iddiaçının məhkəməyə müraciət edərkən ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədiyini, sözügedən nöqsanları aradan qaldırmalı olduğu halda bunu etməyərək, məhkəməyə cavabdehin prosessual hüquq varisinin(varislərinin) müəyyən edilərək prosesə cəlb edilməsi barədə qərardad çıxarılması barədə vəsatət verməklə, iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması üçün verilmiş vaxtdan səmərəli şəkildə istifadə etmədiyini, nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün deyildir. Belə ki, cavabdeh kimi qeyd edilən şəxs kredit müqaviləsi bağlandıqdan sonra, lakin məhkəməyə müraciət edilənə qədər vəfat etmişdir. Buna görə də iddiaçı yalnız vəfat etmiş şəxsin mirası qəbul edən vərəsələrini müəyyən etdiyi təqdirdə həmin şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaqda haqlı ola bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397-ci maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iş üzrə əsas borculunun vərəsələri müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 156,88 manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən ödənilmiş 156,88 (bir yüz əlli altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-919/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-919/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver