Məhkəmə qərarları › İş №e-2(037)-92/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-92/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-92/2023 17.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Mı̇ təlova Dursun Balaca qızı, Mı̇ təlov Aqşı̇ n Afər oğlu, Mı̇ təlov Coşqun Afər oğlu və Əhmədzadə Aybənı̇ z Afər qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 17 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Mı̇ təlova Dursun Balaca qızı, Mı̇ təlov Aqşı̇ n Afər oğlu, Mı̇ təlov Coşqun Afər oğlu və Əhmədzadə Aybənı̇ z Afər qızından 254.17 manat əsas borc, 6.63 manat faiz borcu olmaqla, cəmi 260.80 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 255.61 (iki yüz əlli beş manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. Afər Mitəlovun həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 254.17 manat, faiz borcu 6.63 manat, ümumilikdə borcu 260.80 manat təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsələri –Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2dır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Ona görə də iddiaçı 254.17 manat əsas borc, 6.63 manat faiz borcu olmaqla, cəmi 260.80 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı tərəfindən X2 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 255.61 (iki yüz əlli beş manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 28 may 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Mı̇ təlova Dursun Balaca qızı, Mı̇ təlov Aqşı̇ n Afər oğlu, Mı̇ təlov Coşqun Afər oğlu və Əhmədzadə Aybənı̇ z Afər qızıdır. xx.xx.2022-ci il tarixli M/19-6383 saylı maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə 260.80 manat kredit borcu yaranmışdır. 13 oktyabr 2022-ci il tarixli M/11-8998 saylı bildirişin surətindən görünür ki, X1 vərəsələri olan cavabdehlərdən xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 260.80 manat kredit borcunun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsinə əsasən Afər Mitəlova 60 (altmış) ay müddətinə illik 1 % olmaqla 255.61 (iki yüz əlli beş manat altmış bir qəpik) manat məbləğində kredit verilmişdir. X3 28 may 2020-ci il tarixdə vəfat etmişdir. Afər Mitəlovun vəfatından sonra onun vərəsələri olan cavabdehlər ondan qalan miras əmlakı qəbul etmişlər. Sözügedən kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə 254.17 manat əsas borc, 6.63 manat faiz borcu olmaqla, cəmi 260.80 manat borc və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X1 vəfatından sonra ondan qalan miras əmlakı onun arvadı və uşaqları - hazırki iş üzrə cavabdehlər Mı̇ təlova Dursun Balaca qızı, Mı̇ təlov Aqşı̇ n Afər oğlu, Mı̇ təlov Coşqun Afər oğlu və Əhmədzadə Aybənı̇ z Afər qızı qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə X1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlərin üzərinə düşür. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər X1 vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmişlər və həmin miras əmlak barədə cavabdehlərin payı müəyyənləşdirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15-xx-xx-088851 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə birgə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə cəmi 260.80 manat kredit borcu bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu məbləği tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Mərhum X1 vərəsələri Mı̇ təlova Dursun Balaca qızı, Mı̇ təlov Aqşı̇ n Afər oğlu, Mı̇ təlov Coşqun Afər oğlu və Əhmədzadə Aybənı̇ z Afər qızından müştərək qaydada 254.17 manat əsas borc, 6.63 manat faiz borcu və 30 manat dövlət rüsumu, cəmi 290 (iki yüz doxsan) manat 80 (səksən) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar