Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-93/2023 15.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cəfərov Mahı̇ r Cəfər oğlunun iştirakları ilə İddiaçı "xxxx" X1 Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh2 və Cəfərov Mahı̇ r Cəfər oğluna qarşı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borcalandan və zamindən tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X1 Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 4 700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2la iddiaçı bank arasında “27 fevral 2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restruktruzasiyasına dair” 01 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, borcalan kredit müqaviləsi üzrə bank qarşısında xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsinin illik 24 %-dən (iyirmi dörd faizdən) illik 12 %-dək (on iki faizədək) azaldılması barədə razılığa gəlmişlər. Daha sonra isə borcalan ilə iddiaçı bank arasında bağlanmış “xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə” xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə, kredit müqaviləsi üzrə borcalanın Bank qarşısındakı xx.xx.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla, kreditin qaytarılma müddəti 12 (on iki) ay uzadılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. Beləliklə, xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 6 552.48 (altı min beş yüz əlli iki manat 48 qəpik) manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən (on iki faizdən) illik 18 %-dək (on səkkiz faizədək) qaldırılmış və kreditləşmə müddəti 55 aydan 67 ayadək uzadılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********68015/ZM nömrəli zaminlik müqaviləsi (həmin Müqaviləyə müvafiq olaraq xx.xx.2016-ci il tarixli 01 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2020ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borcalanın iddiaçı bank qarşısında gecikdirilmiş ümumi borcu 2689.60 (iki min altı yüz səksən doqquz manat 60 qəpik) manat olmuşdur ki, bunun da 2052.22 (iki min əlli iki manat 22 qəpik) manatı vaxtı keçmiş əsas borc, 637.38 (altı yüz otuz yeddi manat 38 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Kredit müqaviləsi üzrə kreditləşmə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ümumilikdə 1139.60 (bir min bir yüz otuz doqquz manat 60 qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödəniş borcalanın xeyrinə olaraq vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. Beləliklə, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixinə borcalanın bank qarşısında vaxtı keçmiş əsas borcunun məbləği 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat, adi faiz borcunun məbləği isə 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat təşkil edir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixinə də bu məbləğ 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlərlə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli 40 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 2 (iki) ili əhatə edən dövr üzrə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 21 % təşkil etmişdir. İstehlak kreditləri ilə bağlı açıqlanmış rəsmi məlumatdan göründüyü kimi bank sektoru üzrə orta illik faiz dərəcəsi daha yüksək olsa da, iddiaçı kreditləşmə müddətinin bitdiyi, yəni xx.xx.2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsini (18%) əldə rəhbər tutulmasını əsaslı və yetərli hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra müəyyən edilmişdir ki, kreditləşmə müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.22022-ci il) olan dövr üçün bu məbləğ 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “"xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi” tələbinə dair iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Cavabdeh2 həmin qərardan apellyasiya şikayəti verməmişdir. Beləliklə də, Cavabdeh2 ilə "xxxx" Bankı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanmaması məsələlərinə Şəki İnzibati Məhkəməsinin qərarında hüquqi qiymət verilmişdir. Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla "xxxx" Bank ASC arasında 27 fevral 2015-ci ildə kredit müqaviləsi bağlanmış, bank tərəfindən ona 4 700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bir müddət müqavilə şərtlərinə uyğun ödənişlər etmişdir. Daha sonra dolların məzənnəsi bahalaşmış, kredit borcunu ödəməkdə çətinlik çəkmişdir. İki ilə yaxın müddətdir ki, o, kredit borcunun restrukturizasiyası ilə bağlı iddiaçı banka müraciətlər etmiş, onunla Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" Bank ASC arasında məhkəmə çəkişmələri olmuşdur. Həmin müddət ərzində bank tərəfindən əsas borca faiz və penya hesablana bilməzdi. O, 912 manat əsas borc məbləğini qəbul edir və həmin məbləği az miqdarda hissə-hissə ödəyə bilər. Əsas borc məbləğinə hesablanmış faiz, əldən çıxmış fayda və penya məbləğləri yüksəkdir, onun həmin məbləğləri ödəməyə imkanı yoxdur. Onun bir oğlu hərbçi, digər oğlu isə Vətən müharibəsi iştirakçısı və qazidir. Özü üç dəfə açıq ürək əməliyyatı olunmuşdur. Aldığı əmək haqqının hamsını əməliyyatlarına və müalicəsinə sərf edir. Həmçinin bildirir ki, hazırda müalicəsi davam etdiyindən məhkəmə prosesinin gedişində, yəni 08 fevral 2023-cü il tarixdə iddiaçının hesabına 50 manat məbləğ ödəmiş, ödənişi bankın İsmayıllı filialı ilə danışıqlarına əsasən 912 manat məbləğində əsas borcundan silinmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh Cəfərov Mahı̇ r Cəfər oğlu məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci Cavabdeh2 illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və penyanı tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 36 ay müddətində 4700 ABŞ dolları əsas borc və 1940.03 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 6640.03 ABŞ dolları məbləğini "xxxx" Bankı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********68015/ZM saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Cəfərov Mahı̇ r Cəfər oğlu Cavabdeh2la birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 17 avqust 2016-cı il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu sazişə əsasən kreditin restrukturizasiyası əsas borcun və vaxtı keçmiş əsas borcun, o cümlədən adi faizlərin və penyanın kapitallaşdırması hesabına kredit üzrə əsas borcun 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kredit müqaviləsində nəzərdə tutulmuş kreditin qaytarılma müddətinin uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsinin 24%-dən 12%-dək azaldılması yolu ilə həyata keçirilmiş, borcalan 4390.96 ABŞ dolları məbləğində əsas borcunu, həmin vəsaitdən istifadəyə görə illik 12% ödənilməsi şərtilə xx.xx.2019-cu il tarixədək banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 08 iyun 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, bu sazişə əsasən kreditin restrukturizasiyası vaxtı keçmiş əsas borcun əsas borc kateqoriyasına keçirilməsi, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və penyanın əsas borc məbləğinə kapitallaşdırılması hesabına kredit üzrə əsas borcun 3847.61 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 12%dən 18%-dək qaldırılması, kredit müqaviləsində nəzərdə tutulmuş kreditləşmə müddətinin 55 aydan 67 ayadək uzadılması yolu ilə həyata keçirilmiş, borcalanın bank qarşısında cari tarixə mövcud olan pul öhdəliklərinin bu sazişin 1.4-cü bəndində nəzərdə tutulmuş məzənnə əsasında (1 ABŞ dollarının 1.7030 manat səviyyəsində müəyyən edilmiş məzənnə) Azərbaycan manatına konvertasiyaedilməsi nəticəsində kredit üzrə əsas borcun 3847.61 ABŞ dolları məbləğində qalığı 6552.48 manat məbləğində müəyyən edilmişdir. Borcalan 6552.48 manat məbləğində əsas borcunu, həmin vəsaitdən istifadəyə görə illik 18% ödənilməsi şərtilə 27 sentyabr 2020-ci il tarixədək banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********68015/ZM saylı zaminlik müqaviləsinə 08 iyun 2017ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, tərəflər bu sazişin 1.1-ci bəndinə uyğun olaraq borcalanın kredit üzrə pul öhdəliklərinin tərəflərin qarşılıqlı razılığı əsasında 1 ABŞ dollarının 1.7030 manat səviyyəsində müəyyənləşdirilmiş məzənnəsi üzrə manatla konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun 3847.61 ABŞ dolları məbləğində qalığının 6552.48 manat məbləğində müəyyənləşdirilməsini təsdiq etmiş, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Cəfərov Mahı̇ r Cəfər oğlu Cavabdeh2la birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bu sazişin tərəflərin imzası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minməsi və həmin tarixdən etibarən xx.xx.2023-cü il tarixədək qüvvədə qalması qeyd olunmuşdur. 16 iyun 2021-ci il tarixli **********249 nömrəli bildirişin surətindən görünür ki, birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi cavabdehlərdən tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmişdir. 23 fevral 2021-ci il tarixli 40 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsinə Əlavə Sazişlərə əsasən yaranmış kredit borcunun ödənilməsi cavabdehlərdən tələb olunmuşdur. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 "xxxx" Bankı ASC-yə olan kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği hesablanmışdır. 16 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 45.53 manat dövlət rüsumu ödənilmişdir. Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2-1(116)-1238/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “"xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. 08 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 Solatanalı oğlu 50 manat pulu ASC "xxxx" Bankın İsmayıllı filialının hesabına ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 4 700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016cı il tarixdə Cavabdeh2la iddiaçı arasında bağlanmış “27 fevral 2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restruktruzasiyasına dair” 01 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsinin illik 24 %-dən (iyirmi dörd faizdən) illik 12 %-dək (on iki faizədək) azaldılması barədə tərəflər razılığa gəlmişlər. Daha sonra isə Cavabdeh2la iddiaçı arasında bağlanmış “xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə” xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə, kredit müqaviləsi üzrə borcalanın bank qarşısında xx.xx.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla, kreditin qaytarılma müddəti 12 (on iki) ay uzadılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 6 552.48 (altı min beş yüz əlli iki manat 48 qəpik) manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən (on iki faizdən) illik 18 %-dək (on səkkiz faizədək) qaldırılmış və kreditləşmə müddəti 55 aydan 67 ayadək uzadılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********68015/ZM nömrəli zaminlik müqaviləsi (həmin Müqaviləyə müvafiq olaraq xx.xx.2016-ci il tarixli 01 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinə, müqaviləyə əlavə olan 1 və 2 nömrəli Əlavə Sazişlərə əsasən borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini pozmuş və kreditləşmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin pozulması ilə əlaqədar olaraq cavabdehlərə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını tələb edir. Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, əsas borc məbləğini az miqdarda hissə-hissə ödəyəcəyini, əsas borc məbləğinə hesablanmış faiz, əldən çıxmış fayda və penya məbləğlərinin hesablanmalı olmamasını, 3 dəfə açıq ürək əməliyyatı keçirdiyindən həmin məbləğləri ödəməyə imkanının olmadığını bildirərək, qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Həmçinin məhkəmə iclasında Cavabdeh2 qəbz təqdim edərək 50 manat pulu iddiaçının hesabına ödədəyini bildirdi. Cavabdeh Mahı̇ r Cəfərov da Cavabdeh2 izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh2 kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlərlə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, lakin məhkəmə prosesinin gedişində 50 manat məbləği iddiaçının xeyrinə ödədəyindən, Mahı̇ r Cəfərov da kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlərlə öhdəliyin icra edilməməsinə görə Cavabdeh2la bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən, iddia tələbi 912.62 manat məbləğində əsas borc məbləğindən 50 manat çıxılmaqla, 862.62 manat əsas borc və kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637.38 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlər üzrə 912.62 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 526.83 manat penya məbləği yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 50 manata endirilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 475.48 manat məbləğində əldən çıxmış fayda hissəsinə münasibət bildirirək qeyd edir ki, iddiaçı ərizəyə Azərbaycan Respublikası Mərkəzi Bankının 24 aprel 2020-ci il tarixli 16/1-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun olaraq Mərkəzi Bank tərəfindən hesablanmaqla açıqlanan və özündə müvafiq təqvim rübləri ərzində bank sektorunda istehlak kreditləri üzrə mövcud olmuş orta faiz dərəcələrini əks etdirən Məlumatları əlavə etsə də, həmin illər ərzində mövcud olmuş orta faiz dərəcələri iddiaçı bank tərəfindən kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış faiz borcu və vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya məbləği formasında cavabdehlərdən tələb olunmuşdur. Eyni zamanda sözgedən kredit müqaviləsi restrukturizasiyaya düşməsə də, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 "xxxx" Bankı ASC-yə olan kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği hesablandığından hazırki tələb üzrə əldən çıxmış faydanın tələb edilməsi həmin Fərmanın mahiyyətinə ziddir. Belə ki, sözügedən Fərmanın mahiyyətindən də göründüyü kimi, kompensasiyanın verilməsi vətəndaşın düşdüyü vəziyyətə dəstək məqsədlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği sonuncunun borcuna yönəldildikdən sonra bank tərəfindən kreditdən istifadəyə görə illik 18%-lə hesablanmış faiz borcundan əlavə olaraq vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə yenidən əldən çıxmış fayda məbləğinin hesablanmasını ağlabatan və ədalətli hesab etmir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.53 manat məbləğində dövlət rüsumu, iddia tələbinin təmin olunan 1550 manat borc məbləği hissəsinə mütənasib olaraq 35,50 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 10.03 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cəfərov Mahı̇ r Cəfər oğlundan müştərək qaydada 862,62 manat əsas, 637,38 manat faiz borcu, 50 manat penya və 35,50 manat dövlət rüsumu – cəmi 1585 (bir min beş yüz səksən beş) manat 50 (əlli) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" X1 Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10.03 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-93/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-93/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver