Məhkəmə qərarları › İş №e-2(037)-950/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-950/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-950/2023 01.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4706.43 manat əsas məbləğ üzrə, 868.92 manat faiz və 16.48 manat cərimə olmaqla, cəmi 5591.83 manat pul vəsaiti və 76,32 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, 12 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətti ilə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona görə də vaxtın uzadılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclası 01 noyabr 2023-cü il tarixə saat 10:20-ə təyin olunmuş və cavabdeh məhkəmə iclaslasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil telefon nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 1271nkBKX/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 4709 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Ona görə də Cavabdeh 4706.43 manat əsas məbləğ üzrə, 868.92 manat faiz və 16.48 manat cərimə olmaqla, cəmi 5591.83 manat pul vəsaiti və 76.32 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25% dərəcəsi ilə 60 ay müddətinə 4709 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 10 mart 2023-cü il tarixli bildirişin sürətrindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 17 iyul 2023-cü il tarixli, ******* saylı maliyyə arayışından görünür ki, birinci cavabdehin 17 iyul 2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşmasına əsasən 5591,83 manat kredit borcu qalmışdır. 17 iyul 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 76,32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25% dərəcəsi ilə 60 ay müddətinə 4709 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25 % dərəcəsi ilə 60 ay müddətinə 4709 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti götürmüşdür. xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 4709 manat əsas və 3555,6 manat faiz borcu olmaqla, cəmi 8264,6 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76,32 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı kredit razılaşması üzrə 4706.43 manat əsas məbləğ üzrə, 868.92 manat faiz və 16.48 manat cərimə olmaqla, cəmi 5591.83 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 76,32 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı Kredit müqaviləsinə əsasən 4706.43 manat əsas məbləğ üzrə, 868.92 manat faiz və 16.48 manat cərimə olmaqla, cəmi 5591.83 manat pul vəsaiti və 76.32 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 76.32 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin Cavabdeh xx.xx.2022-ci il tarixli 1271nkBKX/22 saylı Kredit müqaviləsinə əsasən 4706.43 manat əsas məbləğ üzrə, 868.92 manat faiz və 16.48 manat cərimə olmaqla, cəmi 5591.83 manat pul vəsaiti və 76.32 manat dövlət rüsumu məbləği məbləği iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar