Məhkəmə qərarları › İş №e-2(037)-96/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-96/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-96/2023 09.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Vəzı̇ r oğluna qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Vəzı̇ r oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh Vəzı̇ r oğlundan cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz dosan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh Vəzı̇ r oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 14812.16 (on dörd min səkiz yüz on iki manat 16 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 1 (bir)% olmaqla 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit verilmişdir. 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. (Yüklü edilmiş əmlakın reyestr nömrəsi **********01-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) Lakin Cavabdeh tərəfindən 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/22-7922 saylı 12 sentyabr 2022–ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı ASC-yə cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat təşkil edir. İddiaçı 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh Vəzı̇ r oğlundan cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz dosan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh Vəzı̇ r oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 14812.16 (on dörd min səkiz yüz on iki manat 16 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Aqil Zeynallı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirlərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməısini xahiş etmişdir. Cavabdeh Vəzı̇ r oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh Vəzı̇ r oğlu arasında 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsindən görünür ki, bank borcluya 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit vermişdir. İşdə olan 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh Vəzı̇ r oğlu həmin kredit müqaviləsi üzrə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətində 14296 manat əsas borc, 440 manat faiz borcu olmaqla, cəmi 14736 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24 may 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh ilə iddiaçı bank arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı kimi ipoteka qoymuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh müıkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan iddiaçı bank tərəfindən Cavabdeh ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli M/İİ-8253 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank borcluya mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif edərək ondan kredit müqaviləsi üzrə borcu ödəməyi, mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməyə başlaması barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Elektron Xidmətlər Portalından çıxarılmış 28 sentyabr 2022-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təqsdiqetmə bildirindən və ödəniş barədə məlumatlar”dan görünür ki, təsdiqetmə bildirişinin verilməsi üçün dövlət rüsumu və xidmət haqqı olaraq 45 manat məbləğ ödənilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 noyabr 2022-ci il tarixli **********28 saylı məktubundan görünür ki, Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi **********01-10301) ipoteka predmetinə tutmanın yönəildilməsi barədə bildirirş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İşdə olan 12 sentyabr 2022-ci il tarixli M/22-7922 saylı maliyyə arayışından görünür ki, cavabdehin 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi üzrə cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, o cümlədən 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat 64 qəpik) manat əsas borc, 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat faiz borcu təşkil edir. Beləlilklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinə əsasən bank borcluya 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 (bir) % olmaqla 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit vermişdir. Borcalan isə kredit və kreditdən istifadəyə görə nəzərdə tutulmuş faizləri ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq, borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsinin icrasına təminat məqsədilə bağlanmış 24 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka qoymuşdur. Cavabdeh öhdəliklərini lazımınca icra etməyərək əsas kredit borcunu və onun faizlərini tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı banka 14297.64 (on dörd min iki yüz dosan yeddi manat 64 qəpik) manat əsas borcu, 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdehnın iddiaçı banka 14297.64 manat əsas borcu və 469.52 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik cavabdehin təqsiri üzündən icra edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eləcə də, məhkəmə hesab edir ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğ alınaraq İddiaçı ASC-yə verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, bankın əmələ gəlmiş tələbi Cavabdeh tərəfindən ipoteka qoyulmuş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Tərəflər arasında bağlanmış 24 may 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Ona görə də bankın ipoteka predmetinə tutma yönəldilməsi haqda tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əmələ gəlmiş borc tələbi sonuncuya məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə həyata keçirilməli, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı və Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlə birlikdə yaşayanların həmin əmlakdan çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının fərdi yaşayış evindən çıxarılmasını tələb etdiyi cavabdehlə birlikdə yaşayanlar qeyri-müəyyən olduğundan və konkret şəxslərin ad, soyad və ata adları qeyd edilmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki tələb üzrə gələcəkdə qətnamənin icrasına maneə yaranmamasına görə məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə razılaşdırılmış 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Ona görə də ipoteka predmetinin ilkin satış qiyməti 23.000 manat dəyərində qiymətləndirilməlidir. Belə ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Vəzı̇ r oğlundan 14297.64 manat əsas borc, 469.52 manat faiz borcu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsum və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 14812.16 (on dörd min səkkiz yüz on iki manat on altı qəpik) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Tələb, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz İmlakın Dövlət Kadastrı və X1 Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019–cu il tarixli, **********01-10301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilsin, həmin mənzil açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 14812.16 manat məbləğində pul alınıb “Muğanbank" ASC-yə verilsin. İpoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın və Cavabdeh həmin mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar