Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-960/2025 17.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 938,69 manat zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 28 yanvar 2025-ci il tarixində ** PD *** dövlət qeydiyyat nişanlı “CHEVROLET COBALT LTZ” minik markalı avtomobillə Nərimanov rayonu Atatürk prospekti ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus ** JV *** dövlət qeydiyyat nişanlı “BMC PROCİTYAVTOBUS” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi barədə cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən araşdırılaraq cavabdehin əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulduğu öz əkisini tapdığından barəsində 28 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 7 (gün) müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 29 yanvar 2025-ci il tarixli 2120 saylı zərər aktına əsasən ** JV *** dövlət qeydiyyat nişanlı avtobusa 938,69 manat maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ** PD *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin avtobusuna dəymiş ziyan qarşılanmamışdır və cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsinə heç bir təşəbbüs göstərilməmişdir. Ona görə də cavabdehdən 938,69 manat zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 iyun 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 29 yanvar 2015-ci il tarixli 2120 nömrəli zərər aktının surətindən görünür ki, 28 yanvar 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ** JV *** dövlət qeydiyyat nəqliyyat vasitəsinin sol arxa yan panelin rənglənməsi 118 manat, sol arxa aşağı yan panelin rənglənməsi 184 manat, çöl sol reklam şitin rənglənməsi 111 manat, sol yan panelin rənglənməsi 127,5 manat, sol yan panelin rənglənməsi 127,5 manat və sol arxa yan panelin rənglənməsi 127,5 manat, 143,19 manat ədv (18%) olmaqla - cəmi 938,69 manat ziyan dəymişdir. - 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, 28 yanvar 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - 20 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh 28 yanvar 2025-ci il tarixində ** PD *** dövlət qeydiyyat nişanlı “CHEVROLET COBALT LTZ” minik markalı avtomobillə Nərimanov rayonu Atatürk prospekti ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus ** JV *** dövlət qeydiyyat nişanlı “BMC PROCİTYAVTOBUS” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa yan panelin rənglənməsi 118 manat, sol arxa aşağı yan panelin rənglənməsi 184 manat, çöl sol reklam şitin rənglənməsi 111 manat, sol yan panelin rənglənməsi 127,5 manat, sol yan panelin rənglənməsi 127,5 manat və sol arxa yan panelin rənglənməsi 127,5 manat, 143,19 manat ədv (18%) - cəmi 938,69 manat ziyan dəymişdir. ** PD *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin avtobusuna dəymiş ziyan ödənilməmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş və bunun üçün 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqı ödəmişdir. İddiaçı cavabdehdən 938,69 manat zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus ** JV *** dövlət qeydiyyat nişanlı “BMC PROCİTYAVTOBUS” markalı nəqliyyat vasitəsinə 938,69 manat ziyan dəydiyi iş materialları ilə sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, cavabdehdən 938,69 manat zərər, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 938,69 manat zərər, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla cəmi 969 (doqquz yüz altmış doqquz) manat 09 (doqquz) qəpik məbləği İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-960/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-960/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver