Məhkəmə qərarları › İş №e-2(037)-966/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-966/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-966/2025 17.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 465,53 manat əsas borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli **********0145 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 984 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,85 manat, dörd il müddətində isə hər ay 20,93 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 27 may 2025-ci il tarixli maliyyə arayışına əsasən iddiaçıya 465,53 manat əsas borcu yaranmışdır. İddiaçı həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ - Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 08 may 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 11 sentyabr 2019-cu il tarixli **********0145 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 illik 0 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 984 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 984 manat əsas və 30,53 manat faiz olmaqla cəmi 1014,53 manat ödəməyi öhdəsinə götürmüşdür. - 11 sentyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019cu il tarixli **********0145 saylı kredit müqaviləsi əsasında veriləcək 984 manat kreditlə əlaqədar olaraq Cavabdeh1 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 14 may 2025-ci il tarixli 205/999/ nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 11 sentyabr 2019-cu il tarixli **********0145 nömrəli kredit müqaviləsi üzrə yaranmış 465,53 manat kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 27 may 2025-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh1 11 sentyabr 2019-cu il tarixli **********0145 nömrəli kredit müqaviləsi üzrə 465,53 manat əsas borcu vardır. - 05 iyun 2025-ci il tarixli **********89 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli **********0145 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 0 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 984 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 984 manat əsas və 30,53 manat faiz olmaqla cəmi 1014,53 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdehlər üzərilərə düşən öhdəliyi yerinə yetirməmişlər. Hazırda Cavabdeh1 465,53 manat əsas borcu vardır. İddiaçı cəmi 465,53 manat borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu müştərək qaydada cavabdehlərdən tələb edir. Cavabdehlər iddia tələbinə dair münasibət bildirməmişlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 465,53 manat əsas və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 495,53 manat məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 465,53 manat əsas və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 495 (dörd yüz altmış beş) manat 53 (əlli üç) qəpik məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar