Məhkəmə qərarları › İş №e-2(037)-983/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-983/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-983/2023 27.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə olmaqla cəmi 2552,47 manat borcun və 46 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 14 iyun 2016-cı il tarixli 5131NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2387 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 31 oktyabr 2019-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 (bir) % faiz ödəyir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 31 may 2023-ci il tarixli, **********664 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulmasının bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyi görünür. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 23 may 2023-ci il tarixinə kredit üzrə cəmi borcu 2370,98 manat təşkil edir. Bundan 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş 25 avqust 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2387 manat məbləğində kredit verilmişdir. Kredit məbləği tərəflər arasında 14 iyun 2016-cı il tarixli 5131NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə verilmişdir. Kredit müqaviləsində cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. -31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvlənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə hər ay 50,75 manat olmaqla 2387 manat əsas, 72,92 manat faiz – cəmi 2459,92 manat ödəməyi öhdəsinə götürmüşdür. - 31 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən cavabdeh Zamin onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -31 may 2023-cü il tarixli **********664 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit borcunun beş iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -31 may 2023-cü il tarixli **********677 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsi üzrə 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə olmaqla cəmi 2370,98 manat borcu qaldığı qeyd olunmuşdur. -İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 22 avqust 2023-cü tarixdə 46 (qırx altı) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 14 iyun 2016-cı il tarixli 5131NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2387 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 31 oktyabr 2019-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 (bir) % faiz ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 31 may 2023-cü il tarixli **********664 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavadeh Cavabdeh 23 may 2023-ci il tarixinə kredit üzrə cəmi borcu 2370,98 manat təşkil edir. Bundan 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə borcu təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə olmaqla cəmi 2370,98 manat borc və 46 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 154NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2338,64 manat əsas, 32,33 manat faiz, 0,01 manat cərimə və 46 manat dövlət rüsumu olmaqla cəmi 2416 (iki min dörd yüz on altı) manat 98 (doxsan səkkiz) qəpik borc məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar